Qarabağın düşmən işğalından azad edilməsi Ermənistanda siyasi böhranla nəticələndi. Siyasi konyukturanın dəyişməməsi üçün hər oyundan çıxan Baş nazir N.Paşinyan Qarabağ müharibəsindən sonra şəxsi maraqları naminə özündən başqa hər kəsi günahlandıraraq hakimiyyətdə qalmaq üçün çabalayır. Siyasi savadı özünü rüsvay edəcək səviyyədə olan Paşinyan müharibədəki uğursuzluqlara müxtəlif cür don geyindirir. Gah Rusiya tərəfindən təchiz edilən İsgəndər raketlərinin partlamadığını deyir, gah da siyasi təzyiq altında qalaraq Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyinin onu düzgün məlumatlandırmamasını ifşa edərək özünə haqq qazandırır. Fəqət unutduğu və ya xatırlamaq istəmədiyi yeganə həqiqət Azərbaycan Ordusunun uğuru, “dəmir yumruğ”un zərbəsidir. Gedişat o qədər acınacaqlıdır ki, ölkədə hər gün siyasi etirazlar, parlamentdə deputatlar arasında münaqişələr, iqtisadiyyatın çöküşü-bir sözlə, xaos hökm sürməkdədir.
Xatırladaq ki, Ermənistanda daxili siyasi böhran 2021-ci ilin fevralın 25-də Silahlı Qüvvələrinin Baş Qərargahının Nikol Paşinyanın istefasını tələb etməsilə yeni bir dövrə qədəm qoydu.Bununla da ölkədəki siyasi vəziyyət daha da pisləşdi. N.Paşinyan bunu çevriliş cəhdi kimi qiymətləndirdi və Onik Qasparyanın Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi barədə qərar imzaladı. Lakin bu sənəd Ermənistan Prezidenti Armen Sarkisyan tərəfindən imzalanmadı və Baş nazirlik aparatına geri göndərildi. Klanlararası qarşıdurmanın pik səviyyədə olduğu Ermənistan yeni bir siyasi qarşıdurma ilə üz-üzə qaldı. Hadisələrin inkişafında Paşinyan hakimiyyətdən devrilmək qorxusunu göz önünə alaraq xalqı 1 martda İrəvanın Respublika Meydanına mitinqə və həmrəylik yürüşünə çağırdı. Bununla da müxalifətə güc nümayişi göstərərək qətiyyətsiz addımlarından xilas olmağa cəhd etdi. O, Respublika Meydanında mitinqdə çıxış edərkən müxalifətin müvafiq memorandum imzalayacağı təqdirdə növbədənkənar seçkilərə getməyə hazır olduğunu da qeyd etdi. Bundan sonra isə N.Paşinyan sənədi təkrar Ermənistan prezidentinə göndərdi, eyni zamanda Ermənistan Konstitusiya Məhkəməsinə də müraciət etdi. Lakin Ermənistan Prezidenti Armen Sarkisyan Baş Qərargah rəisinin azad olunmasına dair sənədlə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmədi. Daha sonra mətbuata verdiyi açıqlamada qeyd etdi ki, bu, hüquqi prosedur kimi Baş nazirin səlahiyyətindədir.Bununla da, Ermənistan Prezidenti bu məsələ ilə əlaqədar Baş nazir tərəfindən təqdim olunan fərman layihəsini imzalamadığı və qanunla müəyyən edilmiş müddətdə Konstitusiya Məhkəməsinə müraciət etmədiyi üçün Onik Qasparyan 10 mart tarixindən etibarən vəzifəsindən azad edildi. Yerinə isə Artak Davtyan gətirildi. Bu həmin Davtyandır ki, 2018-ci ildən 2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində olub və Baş nazir Nikol Paşinyanın təklifi ilə işdən kənarlaşdırılıb. Onun vəzifədən uzaqlaşdırılmasına səbəb isə koronavirusa görə sərt karantin elan olunan zaman oğluna toy etməsi olub. Təbii ki, bu cür tragikomik hadisələrin Ermənistanda olması heç də təəssüf doğurmur. Ölkədə cərəyan edən hərbi münaqişənin “həll”indən sonra Paşinyannövbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında da qərar qəbul edib. Belə ki, N.Paşinyan,Ermənistan prezidenti, “Mənim addımım” partiyası və “Çiçəklənən Ermənistan” partiyasının liderləri ilə müzakirələrdən sonra erkən parlament seçkilərinin 2021-ci ilin iyunun 20-də keçirilməsi barədə yekun qərara gəliblər.
İqtisadi məsələlərə gəldikdə isə, Ermənistanda əhalinin getdikcə dərinləşən sosial problemləri, işsizlik, iqtisadiyyatın tənəzzülü, istehsalın yoxluğu vəziyyəti daha da ağırlaşdırır.Problemlərin köklü həlli üçün isə hökumətin müvafiq proqramı yoxdur.İqtisadiyyatdakı böhran səbəbindən Ermənistanda büdcə balansı da pozulub. Belə ki, ötən il büdcə kəsirləri kapital qoyuluşunu üstələyib. Cari il üçün isə büdcə kəsirinin 342 milyard dram (dövlət büdcəsinin təxminən 18,5 faizi və yaxud təxminən 700 milyon dollar) olması, kapital xərclərinin isə 215 milyard dram (400 milyon dollardan çox) olacağı proqnozlaşdırılır.
Ermənistanın xaosdan azad olmaq üçün yeganə çıxış yolu 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı qeyd-şərtsiz icra etməkdir. Bununla da Ermənistan iqtisadi blokadadan xilas olar, regionda baş tutacaq layihələrdə özünə yer tapar. Əks halda ölkədə hökm sürən anarxiya Ermənistanı məhvə sürükləyəcək.
Hüseyn Hüseynli
Tarix üzrə fəlsəfə doktoru,
BDU-nun Tarix fakültəsinin müəllimi
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM