“Dostlarımın çoxu mavilərdir”

21:03 / 15.01.2014

Enn Heteuey 1982-ci ilin 12 noyabrında Nyu Yorkda sadə ailədə anadan olub. Atası Gerald Heteuey hüquqşünas, anası Keyt McCauley isə aktrisa olub. Aktrisanın valideynləri onu, dahi Şekspirin həyat yoldaşının şərəfinə Enn Heteuey adlandırıblar. Beləliklə, “Qlamurlar” layihəsində bu gün Enn Heteuey haqqında danışacağam.

Qatı katolik kimi tərbiyə edilən Heteuey qardaşının homoseksual olduğunu öyrəndikdən sonra, insanların cinsi seçimlərinə qarışan bir məzhəbin üzvü olmayacağını önə sürərək özünü məzhəbsiz xristian təyin edir.

“Kişi dostlarım çoxdur, lakin onların əksəriyyəti homoseksuallardır. Buna görə də, dostlarımla sekslə bağlı heç vaxt problemimiz olmayıb. Bilirsiniz, mən əminəm ki, kişi və qadın dost ola bilər. Adamlar bir-birinə xoş və maraqlı ola bilər, lakin aralarında hisslərin olması mütləq deyil. Əvvəlcədən işvə və flirt varsa, dostluq alınmayacaq. Mən çox mühafizəkar insanam, hesab edirəm ki, qadının həyatında ancaq 1 kişi olmalıdır. O, həm arxa, həm ən yaxşı dost, həm də yaxşı sevgili olmalıdır”.

Ailədə 3 uşaq olublar. 14 yaşına qədər Enn də qardaşları kimi nadinc olur və kişi köynəklərində gəzirdi, kosmetikaya isə ümumiyyətlə, nifrət edirdi. İndi də, kosmetikadan çox az istifadə etməsinin səbəbini də bununla izah etmək olar. Boyu 1 73 sm, çəkisi 57 kq-dır.

Uşaqlıqda həkim olmağı arzulayan Heteuey bu istəyindən vaz keçdikdən sonra özünü kino sahəsində sınayır. Anasının bu sahədə olması ona təkan verir və ömrünü incəsənətə həsr edərək gələcək taleyini həll edir. Lap uşaq vaxtlarından Enn Heteuey rəqs və dram ilə maraqlanır. Həm də anadangəlmə gözəl səsi var. Enn Heteuey teatr truppasının uşaq tamaşalarında ilk rollarını ifa edir. Millburn Litseyində oxuduğu vaxtlarda bir çox teatr səhnələrində rol alan aktrisa “Once Upon a Mattress” adlı oyunla ən yaxşı litseyli ulduz mükafatına layiq görülür.

O, teatrla erkən yaşlarda məşğul olmağa başlayır, yeniyetmə yaşlarında isə təhsil almaq üçün Nyu-Yorkda nüfuzlu şirkətin teatrına daxil olur. Burada o, çox oxumur, amma əvəzində “Get Real” televiziya şousunda peyda olur. “Necə şahzadə olmaq olar?” səhnəciyindəki rolu onun qarşısında uğura gedən qapıları açır və hamı onu öz layihələrində iştirak etməyə çağırır.

Amma Heteuey başqa yol seçir. Belə ki, 2000-ci ildə Vassar Kollecinə daxil olur, onu təhsil almağa atası təkid edir. Enn valideynlərinin istəklərinə müqavimət göstərmir və məktəbi bitirir. Orada ingilis ədəbiyyatını dərindən öyrənir. O, yenə kameralar qarşısında peyda olmağa şans əldə edir. 2002-ci ildə Nikolas Niklbi Ennə teatr tamaşalarında iştirak etmək təklifi edilir. Amma Ennin arzuları daha böyük idi. O, dünyada tanınmaq istəyirdi.

2004-ci ildə o, “Tilsimlənmiş Ella” filmində çəkilir. Filmin ssenarisi ilə “Zoluşka” nağılı arasında oxşarlıq var idi.

“Necə şahzadə olmaq olar” filminin uğurunu unutmaq mümkün deyildi, elə buna görə də Hollivud prodüserləri filmin ikinci hissəsini çəkməyə qərar verirlər. 2004-cü ildə Ennini filimin 2-ci hissəsinə dəvət edirlər və sadəlövh rollar arxada qalır. Film klassik süjet əsasında çəkilmişdi: kifirin valehedici gözələ çevrilməsi haqqında idi. Enn Heteueyin populyarlığı gündən-günə artırdı, jurnalistlər demək olar ki, artıq onu təqib edirdilər. 2004-cü ildə Enn Heteuey “Havos” dramında çəkilir. 2005-ci ildə o, homoseksualizmin problemlərini araşdıran “Qozbel dağ” filmində ifa edir. Onun yaradıcılığında daha uğurlu filmlər də olub. “İblis Prada geyinir”, “Alisa möcüzələr Ölkəsində”, “ Gəlinlərin müharibəsi”, “Məhəbbət və digər dərmanlar”, “Bir gün”, “Səfillər” və başqa filmlərdə çəkilib.

“Ancaq film üçün böyük əhəmiyyətə malik olduğu halda çılpaq çəkilməyə razı olaram”.

2006-ci ildə "FHM" jurnalında dünyanın ən seksual qadını arasında 85-ci yeri tutub.

Taleyin rişxəndi

18 yaşına qədər Enn bütün yeniyetmələr kimi xarici görkəmindən və bədənindən narazı olur. Hormonlar 18-də geri çəkilməyə başlayır və Enn birdən başa düşür ki, o qədər çirkin deyil. Yöndəmsiz yeniyetmə Enn gözəl qıza çevrilir. Parlaq saçları, ideal dərisi, yumşaq kiprikləri, badamı gözləri, bir də həcmli dodaqları... Enn cismani sevgi üçün yaradılıb və bütün gənc qızlar kimi, o da, sevgini ehtirasla gözləyirdi.

 

Enn Heteuey 1999-2001-ci ildə Topher Qreys ilə sevgili olub. 2002 - ci ildə Enn Heteueyin Skot Sartiano ilə aralarında ötəri eşq məcərasının olduğu da yazılmışdı.

Folleri ilə nağıla bənzər həyat sürürdü: Karib dənizində böyük yaxta, özəl təyyarə ilə səyahət, Park-avenyuda ofis, hər ay 37 min dollar icarə haqqı, “Olympic Tower”da ikimərtəbəli ev, Mərkəzi Parkda malikanə, onları daim izləyən cangüdən, şəxsi həkim...

Enn Heteuey 4 il italyan biznesmen Rafaello Folleri ilə birlikdə yaşayıb. Lakin onların münasibətləri qəflətən və dramatik şəkildə bitir. Sən demə Rafaello əsl fırıldaqçı imiş. Belə ki, o, milyarder Ronald Berklinin yardım Fonduna və katolik kilsələrə ianə olan əlli milyon dolların talan edilməsində iştirak edib. Rafaello həqiqətən dahiyanə fikri ilə Katolik kilsəsinin adından bazar münasibətləri kimi istifadə edir. Bir neçə düzgün tanışlıq, yalançı manevr Follerinin cibinə 55 milyon dollar qoyurdu. Çirkin işlərində Enndən də istifadə edir. Vəkil olan atası ianələrin yoxa çıxmasından şübhələnərək qızının “boyfriend”inin fəaliyyətinin araşdırılması üçün özəl dedektiv tutur. Artıq bir neçə aydan sonra Rafaellonu FTB-nin agentləri və Nyu-York prokuroru izləyirlər.

Bu və bir neçə digər fondların həmtəsisçisi Enn özü olub. Ona görə də, onun şəxsi gündəlikləri ittihamların sübutu üçün məhkəmə işinə cəlb edilir. Aktrisa heç bir ittihamlarda elan olunmur, amma faktın özü depressiyaya düşmək üçün kifayət edirdi. Enn yer üzündən yox olmaq, itmək istəyirdi. Və əlbəttə ki, yeni münasibətlər haqqında düşünmürdü. İndi Enn şəxsi həyatının təfərrüatlarını bacardığı qədər gizlətməyə çalışır.

Lakin 2009-cu ildə paparatsilər aktrisanı aktyor və zinət əşyaları dizayneri Adam Şulmanın ağuşunda tuturlar. Adam onun bütün planlarını pozur. Onlar ümumi dostlarının evində qonaqlıqda tanış olublar. Amma qonaqlığa Adam öz sevgilisi ilə gəlmişdi. Ennin qəmgin gözləri və məsum üzü onun yadından heç cürə çıxmırdı. Bir neçə aydan sonra onlar yenidən görüşürlər. Həmin vaxtda Adam artıq sərbəst idi: Çünki Enn haqqında fikirlər ona rahatlıq vermirdi, öz rəfiqəsini isə aldatmaq istəmirdi. Adam Ennin eks sevgilisi kimi ona dünyanın yarısını hədiyyə edə bilmirdi. Amma məhəbbətə inamını qaytarmaqla ona rahatlıq bəxş edə bilir.

Enn aşiq olur. O, yenə başını itirmək istəmirdi, Adam isə elə mehriban, qayğıkeş, sədaqətli və romantik idi ki, qadın öz xoşbəxtliyindən imtina edə bilmir. Onlar 3 il görüşdükdən sonra 2011-ci ilin noyabrında evlənmək istədiklərini bəyan edirlər. Adam Ennin həyat yoldaşı olacağına çoxdan öz qərarını vermişdi. Və sevgilisinə dünyanın ən gözəl üzüyünü bağışlamaq istəyirdi. Üzüyün dizaynı əlbəttə ki, özünə məxsus idi. “Səfillər” filmindəki tək uşaqlı ana, Fantina roluna görə, aktrisa 11 kq arıqlamalı və saçlarını qısa kəsdirməli olur. Bu halda isə cazibədar aktrisa gəlinlik geyinmək istəmirdi. Kökəlib, saçlarını uzatdıqdan sonra toya hazır olur. Toyları 2012-ci ilin sentyabrın 9-da balaca şəhərcikdə, özəl mülklərində baş tutur.

İfat Oren məşhur Hollivud mütəxəssisi toyun mərasimlərinin təşkili ilə özü məşğul olur. Gəlinlik libasını isə dahi Valentino Qaravani şəxsən özü tikir. Enn və Adamın toyunda yalnız yaxın qohumları və dostları iştirak ediblər. İndi amerikalı aktrisanın tək bir arzusu var, o da hər bir qadın kimi övlad sahibi olmaq istəyir. 2013-cü ilin noyabrında məlum oldu ki, cütlük ilk övladlarının yolunu gözləyir.

İlahi gözəlin sirləri

Onun təbii gözəlliyi əsl möcüzədir. O, heç vaxt botoksdan istifadə etməyib.

Aktrisa parlaq dərisini SPF tərkibli kremlərin köməyi ilə qoruyur. Yatmazdan əvvəl qan dövranını sürətləndirməkdən ötrü üzünü yumşaq barmaq hərəkətləri ilə masaj edir. Maska: Çay ağacının yağı, nəmləndirici krem və təmiz çaytikanı meyvələrinin yağını qarışdırıb üzünə çəkir. “Günəşin həddən artıq təsirindən çəkinin. Şəkər istifadəsini azaldın. Şəkər ləkə yarada bilməz, amma daha pis hala sala bilər.

Düzgün qida, fiziki hərəkətlər, mütəmadi qulluq və pozitiv baxış dərini yaxşılaşdırır. Çox böyük dəyişiklik olmasa da, təcrübəmə görə kiçik irəliləyişlər baş verir”.

Dodaq quruluşu icazə verdiyi üçün onları qırmızı pomada ilə vurğulayır. Ağ dəri ilə qırmızı boya mükəmməl görünür. Qaşlarını qalınlaşdırmaq üçün qaş qələmindən istifadə edir. Gözlərini çox vaxt qara qələmlə haşiyəyə alır.

İdeal bədən quruluşuna qalanda pəhriz saxlamır. Sağlam qidalanır, səhərlər yumurta və buxarda bişmiş tərəvəzlər yeyir. Neqativ enerjini yoqanın köməyi ilə uzaqlaşdırır. Hər səhər parkda qaçır.

Evdən çıxmazdan qüsurları görmək üçün əvvəlcə şəklini çəkir. Bəzəndikdən sonra müqayisə aparır. Bu, aktrisanın ən birinci gözəllik sirridir.

“Sağlam qidalanmaq gözəlliyin əsas komponentidir. Sevimli məhsulum brokolidir. Tərəvəz və meyvələrdən daha çox istifadə edirəm. Şirin və undan hazırlanmış məhsullardan özümü məhdudlaşdırıram. Yatmazdan əvvəl, 2 qaşıq zeytun yağı və sıxılmış limon şirəsi içirəm. Bu yolla zəhərləri orqanizmdən tez təmizlənir”.

ÇEVİRDİ: AYTƏN


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM