Vəkil, hüquqşünas-ekspert
Brinci instansiya məhkəməsi 11.07.2011-ci il tarixli qərarı ilə fiziki şəxs C.Məmmədov İXM-in 169-cu maddəsi ilə təqsirli bilinərək 30 manat məbləğində inzibati tənbeh növündə cərimə edilmişdir.
Sözügedən qərarın təsviri-əsaslandırıcı hissəsində “30 manat” ifadəsi səhvən “300 manat” kimi göstərilmişdir.
İnzibati mübahisələrə dair işlər üzrə İPM-də (maddə 76), mülki işlər üzrə MPM-də (maddə 228) məhkəmə aktlarında yol verilmiş yanlışlıqların düzəldilməsinə dair müvafiq normalar nəzərdə tutulsa da (cinayət işləri üzrə CPM-də belə norma nəzərdə tutulmasa da analogiyanın tətbiqinin mümkünsüzlüyünə dair maddə mövcud deyildir) İXM-də inzibati xətalara dair işlər üzrə məhkəmə aktlarında yol verilmiş yanlışlıqların düzəldilməsinə dair müvafiq norma nəzərdə tutulmamışdır (qeyd edək ki, bəzi xarici ölkələrin, o cümlədən Rusiya Federasiyasının İXM-də məhkəmə qərarında yol verilmiş yanlışlığın düzəldilməsi məsələsi nəzərdə tutulmuşdur). Bu səbəbdən fiziki şəxs C.Məmmədov brinci instansiya məhkəməsinin 11.07.2011-ci il tarixli qərarında yol verilmiş yanlışlığın düzəldilməsi ilə bağlı hüququn və qanunun analogiyasının tətbiqi baxımından MPM-in 228-ci maddəsinə istinad edərək bu barədə vəsatət vermişdir.
MPM-in 228.2-ci maddəsinə əsaəsn, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər.
Brinci instansiya məhkəməsi 05.08.2011-ci il tarixli qərardadı ilə vəsatəti rədd edərək göstərmişdir ki, İXM-də analogiyanın tətbiqinə icazə verilmir.
İXM-in 6.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir.
Həmçinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən, cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüququların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz.
Göründüyü kimi normativ hüquqi akt inzibati xətalara dair işlər üzrə məhkəmə icraatı zamanı maddi və prosessual məsələlər baxımından məsuliyyətə cəlb edilmiş hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi halları istisna olunmaqla hüququn və qanunun analogiyasından istifadə olunmasına məhdudiyyət qoymur.
Məhkəmə qərarında yol verilmiş yanlışlıqların düzəldilməsi məsələsində isə məsuliyyətə cəlb edilmiş hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi halları müəyyən olunmadığından hüququn və qanunun analogiyasından istifadə mümkündür.
Beləliklə, hesab edirəm ki, İXM-də analogiya nəzərdə tutulmasa (maddə 6.3) belə vəsatət hüququn və qanunun analogiyasından istifadə edilməklə MPM-in müvafiq maddələrinə uyğun olaraq verilə bilər. Bu səbəbdən fiziki şəxs C.Məmmədovun vəsatəti əsaslı hesab olunmalıdır.
Göstərilənləri nəzərə alaraq İXM-in 6.3-cü maddəsinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.5-ci maddəsinə uyğun olaraq dəyişdirilməsini (məsələn, “cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüququların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz” və s.), yaxud İXM-ə qərarda düzəliş edilməsi ilə bağlı maddə (“İnzibati xətalara dair işlər üzrə qəbul edilən məhkəmə aktlarında yol verilmiş yanlışlıqların düzəldilməsi qərarı (qərardadı) qəbul edən məhkəmə tərəfindən həyata keçirilir.” və s.) əlavə edilməsini təklif edirəm.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM