Boşanmadan sonra uşaqların taleyi

11:32 / 28.02.2014

Paşa Səfərov

Vəkil, hüquqşünas-ekspert

  Nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı (rayon (şəhər) qeydiyyat şöbələri) və məhkəmə tərəfindən həyata keçirilir

Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Lakin yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ər (arvad) məhkəmə qaydasında itkin düşmüş, fəaliyyət qəbiliyyəti olmayan hesab edildikdə vəya ər (arvad) cinayət törətməyə görə ən azı üç il müddətinə azadlıqdan məhrum olunduqda, ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanında aparılır.

Ər-arvad arasında uşaqlar barədə yaranan mübahisələrə müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından asılı olmayaraq məhkəmə qaydasında baxılır. Həmçinin yuxarıda göstərilən hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qalmasını müəyyən edən saziş təqdim edə bilərlər. Əgər ər-arvad arasında belə bir saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir.

Apardığımız araşdırma nəticəsində müəyyən etdik ki, məhkəmə tərəfindən nikahın pozulması ilə bağlı işlərə baxılarkən çox zaman (nikahın pozulmasına dair işlərin 85 %-i) yetkinlik yaşına çatmayan uşaqların ananın yanında qalmasının şahidi oluruq. Buna əsas səbəb kimi uşağın azyaşlı olması və atanın razılığı götürülür.

Boşanmadan sonra valideynin birindən ayrı yaşayan uşaqlar bəzən müəyyən səbəblərdən (məsələn, evin olmaması və s.) başqa şəxslərlə (məsələn, baba, nənə, dayı, xala və s.) və yaxud başqa ailədə (məsələn, babanın, nənənin, dayının, xalanın ailəsində və s.) yaşamağa məcbur olur.

Hətta bu vəziyyətdə onunla birgə yaşayan şəxslərin təsiri altında (məsələn, ana öz qızına keçmiş həyat yoldaşı ilə ünsiyyət yaratmağı onun əxlaqının ləkələnməsi kimi qiymətləndirir və s.) himayəsində olan valideyn uşağın digər valideyinlə ünsiyyət qurmasına hər vəchlə mane olmağa çalışır (halbuki, valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir). Çox zaman buna əsas kimi uşağın tərbiyyəsinin pozulması və yaxud təhsilinin aşağı düşməsi halı əsas gətirilir. Yəni uşaqdan ayrı yaşayan valideyn onun tərbiyəsinə və yaxud təhsilinə mane olması ilə günahlandırılır.

Baxmayaraq ki, ailə qanunvericiliyinə görə hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.

Təəssüflər ki, başqa şəxslərlə birgə yaşam vəziyyətdə uşağın gələcək həyatının düzgün formalaşmasında mühüm rol oynayan tərbiyyə və təhsildə müəyyən qüsurlar əmələ gətirir. Məsələn, azyaşlı uşaq onunla bir evdə yaşayan cinayət törətmiş və buna görə cəza çəkmiş dayısının tez-tez cinayətdən, cəza çəkmə müəssisəsindən apardığı danışıqların şahidi olur, lakin dayının xəbəri olmadan onun söhbətləri uşağa maraqlı olur və uşaqda hardasa bu sahəyə gizli meyllənmə mövcud olur ki, bu da gec-tez özünü biruzə verməlidir. Yaxud, uşaq onunla birlikdə yaşayan nənəsinin yaşlı və xəstə olması səbəbindən etdiyi müəyyən hərəkətlərdən iyrənir və bu hal onda müəyyən bir psixi pozuntu halları meydana gətirir.

Halbuki, Ailə Məcəlləsinin 60.3-cü maddəsinə əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Hətta valideynlər ayrı yaşasalar belə bu razılıq həyata keçirilməlidir.

Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.  Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır.

Həmçinin uşaqdan ayrı yaşayan valideyn öz uşağı haqqında tərbiyə və müalicə, sosial müdafiə və digər müvafiq müəssisələrdən məlumat almaq huququna malikdir (Ailə Məcəlləsinin 61.5-ci maddəsi).

Hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malik olan uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), Ailə Məcəlləsi ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir.

Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları), 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.

Boşanmadan sonra uşaqların hüquqlarının və qanuni mənafelərinin müdafiəsinin təmin edilməsi ilk növbədə onunla birgə yaşayan valideynin üzərinə düşür. Heç bir halda valideynlik hüququ uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.

Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməli, onların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verməməlidir. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Eyni zamanda belə hallarda digər uşaqdan ayrı yaşayan valideyn məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb etmək, həmçinin, öz valideynlik vəzifələrini yerinə yetirmədiyinə görə valideynlik hüquqlarından məhrum etmə tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM