Hakimin yoxluğunda qərarı kim imzalamalıdır

09:40 / 03.04.2014

Paşa Səfərov

Vəkil, hüquqşünas-ekspert

 

Ümumiyyətlə, icraatından asılı olmayaraq inzibati-iqtisadi mübahisələrə, inzibati xətalara dair, mülki və cinayət işlərinə məhkəmələrdə hakim (hakimlər) tərəfindən baxılır.

Məhkəmədə baxılan hər bir iş yekun məhkəmə qərarı ilə tamamlanır ki, bu qərar da işə baxmış hakim (hakimlər) tərəfindən qəbul edilir və imzalanır.

Lakin təcrübədə qərarı qəbul etmiş hakimi onu imzalamaq səlahiyyətində olmaması halına rast gəlinməsi istisna edilmir (məsələn, qərarı qəbul edən hakim onu hazırladıqdan sonra, lakin imzalamadan əvvəl ölür, yaxud onun xəstəliyi səbəbindən hazırlanmış qərarı imzalamaq səlahiyyəti olmur və s.).

Belə bir halın baş verməsindən sonra hazırlanmış, lakin imzalanmamış qərarın imzalanması məsələsi təəssüflər olsun ki, nə prosessual normativ hüquqi aktlarda (İPM, İXM, CPM, MPM), nə digər hüquqi aktlarda, nə də ki, məhkəmələrin tövsiyyə xarakteri daşıyan aktlarında nəzərdə tutulmamışdır.

Bəs belə bir halın baş verməsi nəticəsində yaranmış çətinliyin həlli qaydası necə həyata keçirilməlidir?

Mülki işlər və iqtisadi mübahisələrə dair işlər üzrə yekun məhkəmə aktı kimi qətnamənin işə baxan hakim tərəfindən imzaqlanması MPM-in 214.4-cü maddəsindən nəzərdə tutulmuşdur.

Sözügedən normaya əsasən, qətnaməni qəbul etdikdən və imzaladıqdan sonra hakim məhkəmə iclas zalına qayıdır, qətnaməni elan edir. Qətnamənin məzmununu, ondan şikayət etmə qaydası və müddətini izah edir.

Lakin mürəkkəb işlər üzrə qəbul edilmiş qətnamənin həcminin  böyüklüyü səbəbindən hakim ancaq qətnamənin nəticə hissəsini elan edə bilər. Bu zaman qətnamənin elan edilmiş nəticə hissəsi yazılı formada tərtib edilməli, hakim və ya hakimlər tərəfindən imzalanmalı və işə əlavə edilməlidir. Qətnamənin nəticə hissəsi elan edildikdən sonra sədrlik edən işdə iştirak edən şəxslərə və nümayəndələrə qətnamənin tam mətni ilə tanış olmanın vaxtını bildirməlidir.

Bundan sonra hakim tərəfindən qətnamənin tam mətni hazırlanır və imzalanır. Lakin yuxarıda qeyd etdiyimiz kimi qətnamənin hazırlanmasından sonra onun hakim tərəfindən imzalanmasının qeyri-mümkünlüyü halının mövcudluğu  istisna deyil.

Ölkədaxili qanunvericilikdən fərqli olaraq bəzi xarici ölkələrin qanunvericiliyində belə bir vəziyyətin baş verməsi halında ediləcək hərəkət tənzimlənmişdir. Məsələn, Türkiyə Respublikasının Mülki Prosessual Məcəlləsində  bu hal belə müəyyən edilmişdir.

“Qət edilən nəticə yoxlanıldıqdan sonra əsaslı qərarı imzalamadan hakim ölərsə və ya hər hansı bir səbəblə imza edə bilməz hala düşərsə, yeni hakim, yoxlanılan nəticəyə uyğun olaraq hazırlanan əsaslı qərarı şəxsən yazaraq imzalayır. Kollegiyal tərkibli məhkəmələr də belə bir vəziyyətin həyata keçməsi halında, nəticə digər hakimlər tərəfindən imzalanır və sədrlik edən və ya ən təcrübəli hakim tərəfindən, nəticənin altına digər hakimin imza etməməsinin səbəbi yazılaraq imza olunur.”.

Hesab edirik ki, kollegiyal tərkibdə işə baxan hakimlərdən birinin qərarı imzalaya bilməməsi halında məhkəmə qətnaməsini kollegial tərkibə sədrlik edən və yaxud daha təcrübəli hakim tərəfindən səbəbi göstərilməklə imzalanması halı daha məqsədəmüvafiqdir.

Lakin işə təkbaşına baxan hakim tərəfindən belə bir halın mövcudluğuna nisbətdə onun imzalanması məsələsi bir qədər çətinlik yaradır. Məsələn, belə bir halın baş verməsi zamanı məhkəmə qətnaməsini məhkəmə sədri, yaxud məhkəmənin digər hakimi, məhkəmənin tək hakimdən ibarət olması vəziyyətində onun digər məhkəmənin hakimi və ya sədri tərəfindən imzalanması halını doğru hesab edə bilərik. Lakin MPM-in 387.2.5-ci maddəsində qətnamənin onda göstərilən hakim tərəfindən imzalanmaması apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi birbaşa göstərilmişdir.

Əgər qətnamədə yeni hakim tərəfindən baxılması və imzalanması nəzərdə tutulduğu halda o zaman MPM-in 387.2.6-cı maddəsinin tələbi baxımından qətnamə işə baxan hakim tərəfindən qəbul edilməmiş, kimi hesab olunaraq apellyasiya instansiya məhkəməsi tərəfindən ləğv olunacaqdır.

Ümumiyyətlə məhkəmə qətnaməsinin imzalanması məsələsi 3 yerə bölünür:

1) tam hazır olunmuş və imzalanmış qətnamə;

2) nəticə hissəsi imzalanmış və tam hissəsi imzalanmamış;

3) tam hazırlanmış, lakin imzalanmamış qətnamə.

Tam hazırlanmış və imzalanmış qətnamə araşdırma mövzusuna uyğun olmadığına görə onu tədqiq etməyə ehtiyac görmürük.

Nəticə hissəsi imzalanmış və tam hissəsi imzalanmamış qətnaməyə gəlincə hesab edirik ki, həmin qətnamə nəticəyə uyğun olaraq məhkəmənin digər hakimi, yaxud bu mümkün olmadığı təqdirdə digər eyni instansiyalı məhkəmənin hakimi tərəfindən qətnamənin sonunda səbəbi göstərilməklə imzalanmalıdır.

Təbii ki, bu MPM-in 387.2.5-ci və 387.2.6-cı maddələri ilə ziddiyyət təşkil edəcək, lakin bu ziddiyyətin həlli qaydası mülki prosessual qanunvericiliyə ediləcək əlavə və dəyişikliyinn üzərinə düşür.

Tam hazırlanmış, lakin imzalanmamış qətnaməyə gəlincə, burada hadisələr bir qədər mübahisəli şəkildə tədqiq edilməkdədir. Belə ki, hazırlanmış qətnamə MPM-in 215-ci maddəyə uyğun olaraq hazırlanır ki, həmin normaya görə, müstəsna hallarda xüsusilə mürəkkəb işlər üzrə qətnamə qəbul edildikdə, hakim qətnaməni və yaxud onu nəticə hissəsini məhkəmə baxışı qurtardıqdan sonra 3 gündən gec olmayaraq elan edə bilər. Bu halda hakimin hazırlanmış qətnamənin imzalaya bilməməsi onun məhkəmə iclasının başa çatmaması və işə yeni hakimin cəlb olunması ilə iş üzrə yekun məhkəmə qərarının çıxarılması ilə davam etdirilməlidir.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM