Strategiya.az əməkdar artist Zöhrə Abbdullayeva ilə müsahibəni diqqətinizə çatdırır
Bir zamanlar Qarabağın ayrı-ayrı bölgələrindən, xüsusən də Şuşadan olan ifaçılar Bakı məclislərinin bəzəyi sayılırmışlar. Çünki Qarabağın ürəyi, istedadlar diyarı olan xanəndələr, müğənnilər üçün püxtələşmək, tanınmaq üçün Bakıdan daha əlverişli mühit ola bilməzdi. Paytaxt bir növ bu fitri istedadların cilalanması funksiyasını yerinə yetirirmiş. Müsahibimiz, respublikanın əməkdar artisti, tanınmış müğənni Zöhrə Abdullayeva isə bu mənada bəxti gətirən sənətkarlardandır. Belə ki, onda həm Şuşa, həm də Bakı ruhu var.
-Zöhrə xanım, yetərincə tanınmış sənətkarsınız. Amma istərdik özünüzü sevənlərinizə istədiyiniz şəkildə təqdim edəsiniz, tanıdasınız.
-Dekabrın 16-da, qarlı qış gecəsində Şuşada anadan olmuşam. Atam bakılı, anam şuşalıdır. Orta məktəbə gedənə qədər Şuşada yaşamışıq. Mənim 6-7 yaşım olanda atamın işi ilə əlaqədar Bakıya köçdük. O. Şuşa icra hakimiyyətini mədəniyyət şöbəsinin müdiri, anam Üzeyir Hacıbəyov adına Şuşa Musiqli Teatrının aparıcı səhnə ustası, aktrisa idi. "Stalin" medalı almışdı o vaxtlar. Bakıda 21 və 13 nömrəli məktəblərdə oxudum. Sonra sözün əsl mənasında məktəb formamı çıxarıb ailə həyatı qurdum. Bir oğlum dünyaya gəldi. 29 yaşından dul qaldım. Yavaş-yavaş qadın toylarına getməyə başladım. Çünki dolanmaq lazım idi. Ailə qurana kimi "Lalə" qızlar ansamblının solisti idim.
-Necə oldu ki, toylara getməyə başladınız?
-Şövkət Ələkbərovanın bacısının yoldaşı, qarmonçalan Bədəl var idi. Onun ikinci həyat yoldaşı Məryəm xanım mənə dedi ki, müğənni məni aldadıb, toya gəlməyib. Yəni mən həmin müğənnini əvəzləməli idim. O illər Qızxanım Dadaşova, Məryəm xanım böyük sənətkarlar idilər. Anamgildəydim. Anam dedi ki,dur, geyin get. Nəysə, getdim toya. Ondan sonra başladım qadın toylarına. Qadın toylarına gedə-gedə Ağacəbrayıl Abbasəliyevin Həkimlər evindəki ansamblına yazıldım. Onun ansamblından İslam Rzayev məni bəyəndi. 1985-ci ildə "İstedadlar axtarırıq" konsert müsabiqəsi var idi. O müsabiqədə Bilal Əliyev və mən birinci yeri tutduq. İndiki Heydər Əliyev adına sarayda keçirilən müsabiqədə tamaşaçılara kağızlar paylayırdılar. Səhnə davranışı, geyim və oxumaq üzrə qiymətləndirilirdik. Tamaşaçılar tərəfindən hər üç meyar üzrə "5" aldım. İslam Rzayevin ansamblında çalışa-çalışa kolxoz, sovxoz konsertlərimiz olurdu. Ordan keçdim Rəşid Behbudov adına Mahnı Teatrına.
-O vaxt Rəşid Behbudov sağ idi?
-Bəli. Günlərin birində rəhmətlik Məmmədbağır Bağırzadə mənə zəng elədi ki, istəyirəm səninlə duet oxuyum. Artıq yetərincə məşhurlaşmışdım, böyük məclislərə gedirdim. Məmmədbağırla ilk duetimizi-"Haca gedərəm, hacı olaram"ı yazdırdıq. Ümumiyyətlə, onunla 12 duetimiz var. On il sərasər həm səhnədə, həm toylarda bir yerdə olduq. Məndən lap əvvəl Nisə Qasımova ilə duet oxuyub.
-Bir neçə gün öncə keçirilən seçkilərdə həm sosial şəbəkələrdə, həm də təbliğat-təşviqat kampaniyalarında çox fəal idiniz.
-Seçkidən öncə kimə ərkim çatırdısa, xahiş edirdim ki, prezidentə səs versin. Prezidentimizi həm qohumlarım, həm də mən çox istəyirik. Elə atasını da çox istəyirdim. Heydər Əliyevi 1969-cu ildən tanıyıram. Mən belə hesab edirəm ki, biz Heydər Əliyevi itirməklə dünya siyasətinin peyğəmbərini itirmişik. O qəlblərdədir, əməlləri hələ də çiçəklənir. Mən istəmirəm Heydər Əliyevin yadigarı meydanda tək qalsın. Xalqımız onun ətrafında daha da sıx birləşməlidir və birləşib də. Görün Bakı, eləcə də ölkəmizin ayrı-ayrı regionları necə gözəlləşib. İncəcənətə, mədəniyyətə diqqət getdikcə artır. Nə qədər prezident təqaüdü alanlarımız var. O gün olsun mənə də qismət olsun. Gec də olsa, 2011-ci ildə "əməkdar artist" fəxri adını aldım. Yəqin ki, yenə də nəzərdən, diqqətdən kənarda qalmaram. Hər bir sənətkar istəyər ki, zəhməti dövlət tərəfindən dəyərləndirilsin. Mənim də zəhmətim qeyd elədiyim kimi qiymətləndirilib. İnşallah yenidən qiymətləndiriləcəyinə insanıram. Kim istəməz ki, xalq artisti olsun?
-Hansısa partiyada təmsil olunursunuz?
-10 ildir Yeni Azərbaycan Partiyasının fəal üzvüyəm. Bütün tədbirlərdə iştirak edirəm. Allah mənə nə qədər ömür veribsə, dövlətçiliyimizə sədaqətli olacağam. Ulu öndərimiz Heydər Əliyevin imzası olan partiya vəsiqəmlə fəxr edirəm.
-Yeni nəsilə nə tövsiyyə edərdiniz? Ümumiyyətlə onlarda çatışmayan cəhət nədir?
-Gənc müğənnilər arasında ədəb-ərkanlıları da var. Amma bəzən özlərini elə yüngül aparırlar ki. Sənət aləmindəki müğənnilərin ehtiyaclı vaxtlarını da görmüşəm. Qəribədir ki, pul qazandıqca, varladıqca etikadan kənar zarafatlar edirlər bir-birləri ilə. Mən Şövkət Ələkbərovanın yanında çay içməyə utanırdım. İndiki müğənnilərdə belə cəhət çatışmır. Amma Babək Niftəliyev, Elnur Məmmədov, Ehtiram kimi gənc ifaçılar, orta nəsildən Gülyaz və Gülyanaq Məmmədovalar öz yerlərini bilirlər və bu cəhətlərini yüksək qiymətləndirirəm. Bəzilərinin də sənəti var, insanlığı yoxdur.
-Bu sənətdə kimlərə dəstək olmusunuz?
-Nurcan adlı bir müğənni var idi. Ona dəstək olmuşam. Zahid Qubadlı, Gülbahar Şükürlü kimi tanınmış musiqiçilərin ilk dəfə efirə çıxmağında böyük əməyim olub. Sağ olsunlar, özləri də bunu danmırlar.
-Nə əcəb pedaqoq kimi fəaliyyət gstərmirsiniz?
-Hövsələm yoxdur.
-Kimlərdən dərs almısınız?
- Bizim evimizdə Əbülfət Əliyev, Yavər xanım Kələntərli, sarə Qədimova, Şövkət Ələkbərova kimi müqtədir sənətkarlar olub. Rəhilə Həsənova isə mənim ilk müəlliməm olub. 10 yaşımda məni "Qaqarin" adına pionerlər evində, indiki Tofiq İsmayılov adına Uşaq Filarmoniyasında səhnəyə çıxardb.On yaşında dövlət konsertində oxumuşam. İlk müəllimim Rəhilə Həsənova, son müəllimim Məmmədbağır Bağırzadə olub. Allah hər ikisinə rəhmət eləsin. İslam Rzayevə də rəhmət oxuyuram. Məni o məşhurlaşdırıb. Nadir Axundovun da ilk dəfə eifrə çıxmağıda böyük əməyi var. Oxuduğum "Kəsmə şikəstə"ni ilk dəfə o efirə verib. Hərçənd ki, 7 ildir AZTV-nin qapısından içəri girmirəm.
-Niyə?
-Bilmirəm. Amma mən Nadir Axundovun əməyini itirmərəm.
-Ali təhsiliniz var?
-Bəli, 1991-ci ildə Gəncə Texnologiya İnstitunu bitirmişəm. İxtisasca mühəndis-texnoloqam.
-Sizi nə vaxtsa siyasətdə görə bilərikmi?
-Yox, siyasət mənlik deyil. Hər kəs öz işi ilə məşğul olsa yaxşıdır. Amma hər zaman dövlət başçımızın siyasətini dəstəkləmişəm. Allah dünya siyasətinin peyğəmbəri olan Ümummilli liderə Heydər Əliyevə rəhmət eləsin. Onun yadigar və davamçısı olan İlham Əliyevə səs verməyimlə fəxr edirəm və onu müvəffəqiyyətlər arzulayıram.Dünyamızın birinci xanımına-Mehriban Əliyevanı seçkidəki qələbə münasibəti ilə təbrik edirəm. Möhtərəm prezidentimizin silahdaşına, musiqimizin xeyirxah, qoruyucu mələyinə övladları ilə birlikdə möhkəm can sağlığı arzulayıram..
-Nə kimi qayğılarınız var?
-Bir az əziyyətim çoxdur. Nəvələrlə yaradıcı adamın bir yerdə yaşamağı asan deyil. Səs-küy çoxdur. Onlar roka, popa qulaq asırlar. Bir evin içində alınmır. Çox əziyyət çəkirəm. Ayrıca evim olsaydı, daha yaxşı olardı.
-Hansı xarici ölkələrdə olmusunuz?
-Hansı xarici ölkədə olmuşamsa, dilindən asılı olmayaraq, alqışlarla qarşılanmışam. Dünyanın 40-a yaxın ölkəsində musiqimizi tərənnüm etmişəm, müxtəlif fəxri diplomlarla təltif edilmişəm.
-Və son olaraq yaradıcılıq planlarınız haqda bir neçə kəlmə danışardınız.
-Bir sıra xalq mahnılarını, təsnifləri, muğamları lentə yazdırmaq istəyirəm. Bununla yanaşı bəstəkar mahnılarını da ifa etmək fikrim var. Sizə maraqlı bir əhvalat danışım. Bu yaxınlarda sevimli şairə Sona xanım Vəliyevanın "Çəhrayı rəngli dünyam" adlı kitabı ilə tanş oldum. Bu kitabı oxuduqca onun nə qədər zəngin daxili aləmə sahib olduğunun şahidi oldum. İnşallah həmin şeirlərdən birini seçib mahnı yazdıracağam. İnanıram ki, bu mahnı həm məni sevənlərin, həm də Sona xanımın poeziya dünyasının vurğunlarının ürəyincə olacaq.
İntiqam Valehoğlu
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM