BMAM sədri Rufiz Qonaqov: "İctimai təşkilatların, gənclərin sosial şəbəkələrdəki fəallığı təşəbbüskarlığın və insan kapitalının inkişafı deməkdir"
"Azərbaycan cəmiyyəti ictimai-siyasi baxımdan aktiv və yetkindir"
BMAM- dan Strategiya.az-a verilən məlumata görə,Azərbaycan əhalisinin 70%-i internet istifadəçisidir. Hər kəs istənilən məkanda və sərbəst surətdə öz fikirlərini geniş ictimaiyyətlə bölüşə bilir. Bu da ölkədə azad fikirlilik, internet imkanlarından bəhrələnməklə, təşəbbüskarlığın artması deməkdir: " Ölkə gəncləri, ictimai sektorun təmsilçiləri sosial şəbəkələrin fəal iştirakçılarıdır. Bu da vətəndaşlarımızın, ictimai təşkilatlarımızın inkişafının, təşəbbüskarlığının artmasına çox böyük stimul verir. Təkcə, "Facebook"-da 1 milyondan çox istifadəçi var. İnternet azadlığına məhdudiyyət qoyulmaması, senzura tətbiq olunmaması həm gənclərin, həm də digər ictimai qurumların, bütünlükdə ictimai fəaliyyətin və təşəbbüskarlığın artmasına geniş imkanlar yaradır. Sosial şəbəkə istifadəçiləri sosial-iqtisadi baxışlarını, ictimai-siyasi düşüncələrini paylaşmaq, dövlətçilik maraqlarını müdafiə etmək və onu daha geniş ictimaiyyətə çatdırmaq üçün öz imkanlarından, intellektlərindən sərbəst istifadə edirlər. Bu şəbəkələrin yaratdığı imkanlaran yararlanan minlərlə azərbaycanlı bu və ya digər formada milli maraqlarımızı müdafiə edir, mədəniyyətimizin, tariximizin dünyaya çatdırılmasında fəallıq göstərir. Kampaniyaların sistemli aparılması ölkəmizin inkişafı və informasiya yayılması baxımından müstəsna rol oynayır. XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə "Xocalıya Ədalət", Şuşanın işğalı ilə "Şuşaya azadlıq" kampaniyalarında ictimai təşkilatların internet üzərindən apardıqları təbliğat informasiya blokadasından çıxış, dünya ictimaiyyətinin məlumatlandırılması baxımından olduca böyük və əhəmiyyətli bir hadisə oldu. Statistik hesablamalara görə, bu kampaniyalara 100 minlərlə sosail şəbəkə iştirakçısı qoşulub və bu çox ciddi göstəricidir.
Prezident seçkiləri ərəfəsində sosial şəbəkələrdə dövlətçiliyimizin təbliği, ölkədəki ictimai-siyasi sabitliyin müdafisəi ilə bağlı aparılan təbliğat kampaniyalarında da ictimai sektorun, o cümlədən gənclərin fəallığı çox diqqətəlayiqdir. Bu mövzularda sosial şəbəkələrdə açılan polemikalar həm öyrənmək, həm də informasiya baxımından ciddi əhəmiyyətə malikdir. Sosial şəbəkədə fəaliyyət göstərən "Ağ yol" Vətəndaş Hərəkatına məxsus "facebook" qrupu nəinki Azərbaycanda, hətta MDB-də ən böyük qrupdur. Bundan əlavə "facebook" sosial şəbəkəsində ondan artıq sayı yüzminlərlə olan qruplar və səhifələr mövcuddur. Bu qrupların birbaşa fəaliyyəti Azərbaycan dövlətinin, onun iqtisad-siyasi inkişafının, sabitliyin təbliğatı olub. Bu təşəbbüskarlıq alqışlanmalır.
Eyni zamanda ölkəmizdə digər sosial şəbəkələrdən - "twitter", "vkontakte", "youtube", "instagram", "odnaklasniki", "whatsApp" və digələrindən istifadə edən yüzminlərlə vətəndaşlarımız var. Bu onun göstəricisidir ki, Azərbaycanda yeni media və sosial şəbəkələrdən sərbəst şəkildə geniş istifadə mövcuddur.
Hesab edirik ki, sosial şəbəkələrdə fəaliyyət, xüsusən də, Azərbaycanın dövlət maraqlarının müdafiəsi, qlobal geosiyasi nəzəriyyədə və praktikada yeri, müstəqilliyimiz və onun qarantiyası olan ənənələrin təbliğatı, mədəniyyət və tariximiz, turizm, diaspora fəaliyyətimiz, torpaqlarımızın işğalı, Qarabağ problemi, yurd-yuvasından didərgin düşmüş 1 milyondan çox qaçqın və köçkün soydaşlarımızın problemləri ilə bağlı sosail şəbəkələrdə ayrı-ayrı ictimai təşkilatlar və fərdlər tərəfindən başladılan kampaniyalar gücləndirilməlidir. Xalq-dövlət vahidliyi, ərazi bütövlüyümüzlə bağlı kampaniyalarımız davam etdirilməlidir. Sosial şəbəkələrdəki aktivlik və təşəbbüskarlıq göstərir ki, Azərbaycan cəmiyyəti ictimai-siyasi baxımdan aktiv və yetkindir. Bu təşəbbüskarlıq və aktivlik milli potensialımızı üzə çıxarır, insan kapitalının inkişafına təkan verir".
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM