Aftandil adlı birinə Gülçöhrə - deyə də xitab etməzdi... - Status

09:43 / 02.01.2014

Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev öz "facebook"səhifəsində fərqli bir bayram statusu paylaşıb. 

Uşaqlıqda yaşlı-başlı bir yolkam vardı. Hər bayramda yüz xahiş-minnətdən sonra atam o yolkanı evin çardağından düşürər, anam isə həmin minnətin daha yüz misli ilə bizim üçün qurardı onu... Qonaq otağındakı pianonun üstü idi başı bəlalı yolkamın yeri. Niyə başı bəlalı? Çünki, oturacaq tinlərindən biri qırıq olduğuna görə iki gündən bir təpəsi üstə ağzı aşağı gələr, əzilər, hər dəfəsində bir-iki oyuncaq itkisi verər və beləcə yolkadan başqa hər şeyə bənzəyərdi...

Qırıq oyuncaqları arxa tərəfə bəzərdim. Görünməsin deyə. Amma heç atmazdım onları. Bir şəkildə düzüb-qoşub, harasınısa harasınasa yapışdırıb, calaq edib, gizlədib, can verən yolkamın varlığını, rəngini, bayram ahəngini qoruyub saxlamağa çalışardım... Hətta Şaxta Babanın piano-üstü "zəlzələ"lərdən sonra saqqalı belə tökülmüşdü. Soyuq Laplandiyanın deyil, isti Dubayın bayram personajlarını xatırladırdı. Yanındakı boynu bükük Qar Qızı görən isə anındaca düşünərdi ki, yeni il bitən kimi onu ərə verib savaba girsin. Yəni o qədər "lijimsiz" idi...

Və...ən maraqlı məqam: Mən elə bilirdim, biz yatan kimi Şaxta Baba Qar Qıza sevgi nağılları söyləyib, onu tovlamağa çalışır. Bu səbəbdən, yatmadan öncə onların hərəsinin üzünü bir yana çevirərdim ki, vəziyyət "kontrol"dan çıxmasın. *** Bir zamanlar Yeni il axşamı hamı evində oturub qonaq gözlərdi. Hamı bir-birini gerçəkdən sevərdi, təbrik edərdi. Puluna, vəzifəsinə, statusuna baxmadan, fərq qoymadan...

Bir zamanlar mobil telefon və insanı bayramdan iyrəndirən ucdantutma şablon sms-lər də yox idi. Və təbii olaraq kimsə göndərdiyi həmin sms-in altında bəzən ad dəyişməyi unudub məsələn Aftandil adlı birinə Gülçöhrə - deyə də xitab etməzdi...

Bir zamanlar 31-i axşamı bizi TV-lərin indiki kimi duzsuz, məzəsiz söhbətləri, çəkilişləri, "rolik"ləri deyil, hər kəsin həvəslə, maraqla gözlədiyi və ən azından bir neçə gün dillərdə əzbər dolaşan verilişləri qarşılardı...

Bir zamanlar heç "kitayski" Şaxta Babalar da yox idi və onunla "Fəvvarələr meydanı"nda şəkil çəkdirən azyaşlı uşaqların "mama"larından mobil nömrə istəyib, tanış olmaq kimi adətləri də mövcud deyildi həmin Şaxta Babaların...

Hə, bir də o vaxt insanlar növbəti ilin proqnozunu Zirəddinin falçı araşdırmalarına deyil, öz güclərinə, potensiallarına güvənərək verərdilər...

***

İndi isə dəyişib hər şey. Çox dəyişib.

Kimisi 2014-də tikəcəyi torbaların, kimisi ağladacağı növbəti anaların, kimisi də Şaxta Baba qiyafəsinə girib sonunda bədbəxt edəcəyi Qar Qızların cədvəlini tutur, sıralamasını aparır.

İnsanlar o qədər cahilləşib ki, hətta ilin təzələndiyi günə belə "xristian"damğasını vuracaq həddədir! 25-30 yaşında ikən cibindəki 100 manat pulun tamamını mənasız fişəngə, ya da öz dilləri ilə desək "partdadan"a verəcək ağılda...!

 

İndi bu bayramı (əslində bütün bayramları) böyük əksəriyyət öz arzusuna, zövqünə uyğun deyil, kiməsə, hansı qohumunasa, qonşusunasa, tanışınasa acıq vermək üçün düzənləyir. Məsələn pullu, fəqət ingilis dilini bilməyən sıradan bir həmvətənim üçün Londonun uzaq bir guşəsində, ya da tutaq Parisin dəxilsiz bir otelində ağzını ayıraraq, gözlərini döyərək Yeni il qeyd eləmək min dəfə daha sanballı və karlı bir işdir, nəinki bu bayramı öz evində doğmaları ilə, əzizləri ilə bərabər keçirmək. Niyə? Çünki, o qayıdarkən kiməsə bolluca acıq, "yandıq-yandıq" verəcək, kiminsə atasını nöyütsüz yandıracaq.

P.S Çünki biz ərin arvadla, ananın övladla, bacının bacıyla, qardaşın qardaşla bəhsə-bəhs girdiyi məmləkətdə yaşayırıq...

***

Evin bir küncündə bəzədiyim yolkaya baxıram...Bu dəfə daha dəbdəbəlidir. Hətta, gizlənməli, utanmalı bir qırıq oyuncağı belə yoxdur. Bərq vurur. Göz qamaşdırır bəzən.. Bu dəfə qurulması, bəzənməsi üçün atama və anama da minnətçi düşməmişəm. Heç deyim, Şaxta baba ilə Qar Qızın da üzü artıq qibləyə deyil, bir-birinə tərəfdir. Amma.. Ona baxıb çox qərib şəkildə dalmışam... Sanki uzaqlarda nəyisə axtarırmış kimi dalmışam...

Əlimdəki telefon isə susmur. İyrənc sms-ləri qəbul etməkdədir. Hamısı da eyni məzmunda. Bir insan hüzur və sağlıq arzulamır. Hamının arzuladığı pul və vəzifədir.

Hətta ən yaxınlarımın belə...

P.S Köhnə yolkamı və köhnə insanları özlədim.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM