10:46 07 Yanvar 2014
100066 dəfə oxunub
Çap versiyası

Kölgəsini görə bilmədiyim arzularım

Ürəyimdə utanıb qalan sözlərim.

Və bir də dəryada gəmi axtaran kimi-

Uzaqlara dikilib qalan gözlərim.

Nə qədər mənasız yazdıqlarım

Nə qədər pozulmuş izlərim.

Böyük-böyük dərdlərə tərəf

Uşaq kimi iməkləyən dizlərim.

Səbəbsiz yaranan istəklərim

Ara-sıra görünən ümidlər.

Hər tində bir gül ətri,

Ora-bura səpələnən çiçəklər

Və bu çiçəkləri yığmaq həvəsi.

Nəfəsi duyulan xəyallarım

İçimdə hönkürən duyğuların səsi.

Bir qız həsrətinə uzanan qollarım

Həm də qaranlığın ayaq açıb

Üstümə yeriyən «yox-yox» kəlməsi.

Cavabsız suallarım kimi

yozumsuz yuxularım

Bu yuxularda tanıdığım,

tanımadıqlarım.

Əllərimdə kül olan dilsiz siqaretlər

Fikrimdə saysız-hesabsız tapdığım,

tapmadıqlarım.

Dünya başdan-başa tapmaca,

Həyat başdan-başa heyrətlər.

3 aprel. 1996-cı il.

 

 

 

 
 

Müəllifin digər yazıları


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
Çəhrayı qərənfillər
14:55 25.05/2018
BAŞA DÜŞMƏDİ
09:19 17.05/2018
"Orada bir evim var"
13:01 08.05/2018
Bizim Bərdə torpağı
13:58 12.03/2018
Sizi deyib gəlmişəm
09:28 22.02/2018
 
Xəbər başlıqları
21-06-2018
21.06.2018 Neft ucuzlaşıb
21.06.2018 Bakıda yanğın
20-06-2018
20.06.2018 Yay gəlir...

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.3056 san