Məsmənin gözləri sanki məyusluq uçurumuna düşmüşdü. Həyat xəyallarını başına uçurmuşdu, indi bu sınıq-salxaq xəyallardan özünə yeni həyat qurmaq istəyirdi, yaralarını xəyallarıyla sarıyırdı. İllərin ölümcül sakitliyi onun yanından çay kimi axıb gedirdi. Çayçı Vahab Məsmənin hər gün təkrarlanan söhbətlərindən bezar olmuşdu, Məsmə ağzını açmamış ağzının üstündən vururdu:
– Ay rəhmətliyin qızı, əl çək də bu naftalin iyi verən arzulardan. Sənin arzularını güvə yeyib e, xəbərin yoxdu.
Məsmə zərbə yemiş it kimi başını çiyninə qısıb incik baxışlarla çayxanada oturanlara baxdı, hamının başı nərdə, dominoya qarışmışdı, onun nəinki boş-boş zəvzəməyinin, heç varlığının belə fərqində deyildilər. Bu vəziyyət qəfildən Məsməni təəccübləndirdi və üzünə qatı bir məyusluq yayıldı. Sir-sifəti əyilib daha da eybəcərləşdi, əllərini hardansa tapdığı, üzü üzlər görmüş nimdaş, yırtıq kişi pencəyinin ciblərinə dürtdü, Vahab anladı ki, Məsmə siqaret istəyir. Məsmə bütün ciblərini eşələyəndən sonra çarəsiz baxışlarını Vahabın üzünə dikdi. Vahab başını bulayıb stolun üstündəki “Viceroy”dan bir gilə çıxarıb Məsməyə verdi, Məsmə əlləri əsə-əsə kibriti çəkib siqareti yandırdı və tüstünü acgözlüklə sinəsinə çəkdi.
– Axırıncı dəfə nə vaxt çimmisən, ay Məsmə? – Çayçı Vahab burnunu tutub ayağa qalxdı.
Yaxınlıqda oturmuş cavanlardan biri Məsməyə baxıb hırıldadı. Məsmə günahkarcasına gülümsədi və etinasızlıqla: – Nə bilim əşi. Yadımnan çıxıb eee, – dedi.
Hərə Məsməylə bir cür məzələnirdi, kimi oturduğu stula mismar qoyurdu, Məsmə oturanda mismar büzüşmüş dalına batırdı, “uyyy, Allah öldürsün süzi!” – deyə qarğış tökürdü, kimi oturmaq istəyəndə stulu Məsmənin altından çəkirdi, yazıq arxası üstə yerə yıxılırdı, bir başqası kirdən rəngi bilinməyən tumanının ətəyini dartıb aşağı çəkirdi. Məsmə bütün bu şit zarafatlara əzmlə dözürdü. Üzündə ilğım kimi təbəssüm yellənirdi və bu vecsiz təbəssüm çox keçməmiş sərxoş adamlar kimi yırğalana-yırğalana uçurumun dibinə yuvarlanırdı. Ürəyi onun uçurumu idi, Məsmə bu uçurumda o qədər yarıda qırılmış təbəssümlər dəfn etmişdi ki… O, zahirən hər şeyə biganə, büsbütün özünə qapanmış kimi görünsə də ətrafında gedən söhbətlərin dəmini tez tuturdu, çox vaxtsa qəsdən özünü qanmazlığa vururdu. Zahiri görkəmilə ziddiyyət təşkil edən nikbinliyini həmişə qoruyub-saxlayırdı, ən axmaq vəziyyətlərə düşəndə bu ucuz nikbinlik onu xilas edirdi. Anlamaq olmurdu, o bu qədər gücü, iradəni haradan alırdı, bu nikbinlik hansı ümiddən qidalanırdı?..
Məsmə ilk dəfə bu tərəflərdə görünəndə əyin-başı indiki kimi iştahadan çıxmamışdı, köhnə həsir kimi didilmiş ətəyi onda abırlı kökdəydi, onu hələ indiyəcən başqa ətəkdə görən olmamışdı, yay-qış əynində elə bu həsir ətəyi görərdin. Pencəyinin qolları və yuxarı hissəsi kirdən parıldayırdı, deyərdin qətran sürtülmüş xam göndür. Məsmə özü də insanlıqdan çıxıb çürük bir parçaya dönmüşdü. Amma o vaxt… O vaxt isə deyəsən heç siqaret də çəkmirdi, hələ nəfəsi təmiz idi. Qənd kimi ağappaq dişləri, uzun kirpikləri, kaman qaşları varmış, deyilənə görə, beli üzük qaşından keçərmiş, yeriyəndə kəndin bütün kişiləri çevrilib arxasınca baxarmış. Gözəlliyi göz qamaşdıran Məsməyə nə oldu ki, zamanından tez solub-saraldı? Zaman öz işində dəqiq olur, o, gözəlliyi solduranda insanın ruhu da incimir, insandan xəbərsiz görür bu işi. Kəmfürsət zaman boş yerə demirlər ki. Məsməni qəzavü-qədər çeynəyib eybəcər hala salmışdı və sonra da həmin bu çayxananın kandarına tüpürüb getmişdi.
***
Nəsə, deyəsən, əlimdəki açar bu hekayətin qapısına düşmür, Məsmə də qapının o tayında özünü yeyib-tökür: – Məni çox saxlayacaqsan burda? Aç qapını, çıxıb gedim işimin-gücümün dalınca!
Özüm də bilmədim ona necə təpindim:
– Pah! Kişinin qızının işi-gücü varmış! İşinin-gücünün adı nədir, de, bilək.
Yan otaqdan gələn yuxulu səs məni özümə qaytardı:
– Gecənin bu vaxtı orda kiminlə danışırsan?
Sualı verən bizim xanım idi. Heç, – deyə mızıldandım. Göz qapaqlarım yumulurdu, gecə düz başımın üstündə sallanırdı. Ürəyimdə Məsməni yaş yuyub quru sərdim. Qal orda səhərəcən, itin qızı! Təbii ki, xanımım Məsmənin əlində girinc-giriftar olduğumdan tamamilə xəbərsiz idi. Bir də ki, Məsmənin qısqanılacaq təhəri qalmamışdı. Mən biləni, Məsmə sevgini Nuh əyyamında yadırğamışdı. …Yuxu məngənə kimi beynimi sıxır, hələlik Məsməni əhvalatın o üzündə saxlayaq, səhərə Allah kərimdi.
O uşaq təpənin ayağına yıxılmış daxmada doğuldu. Yeddi ildən sonra Allah-taala Turab kişiyə axır ki, bir övlad əta elədi. Üzü üzlər görmüş əbəçi Sona daxmanın ovulub tökülməkdə olan çürük qapısından çıxıb Turab kişiyə gözaydınlığı verəndə o boyda adamın dizləri əsdi, dili tutuldu. Bilmədi qarıya nə cavab versin. Büzüşüb bir əlcə olmuş əbəçi Sona kişini necə dümsüklədisə, dili düyün düşmüş kəndir kimi açıldı:
– Allah səni sevindirsin, a Sona!
Uşağın mayıf doğulmağı anasını məyus eləsə də atasının heç eyninə deyildi, sevinci yerə-göyə sığmırdı. Qocalıqdan qəddi bükülmüş əncir ağacının altında o baş-bu başa gedərək maxorka tüstülədirdi, kişi xoşbəxtliyin havasından məst olmuşdu. Gəl bir olmasın, əlli yaşın tamamında bəxt üzünə gülümsəmişdi, sonsuz damğası üstündən götürülmüşdü. Aşığı alçı durmuşdu, kefi ala buluddaydı. Rəncbərlik edə-edə yarım əsrin dizini yerə vurmuşdu, hələ də dünyanın işlərindən bixəbər idi. Hər gün sübh obaşdan yerindən qalxıb bir loxma çörəyini yeyirdi və gedirdi hambalçılığının dalınca. Axşam da yorğun-arğın qayıdıb Allah verəndən, arvad bişirəndən yeyirdi, “çox sağ ol” əvəzinə binəva arvadın qaşqasına bir “qısır” kəlməsini nallayıb kəlləsini atıb yatırdı. Arvad dediyin də dilsiz-ağızsız, Allahın mağmın bir bəndəsiydi. Turab kişidən düz iyirmi yaş kiçik idi. Nə az, nə çox, düz yeddi il idi Turab kişi onun bətnində bir toxum əkə bilmirdi. Hambalçılıqdan başı ayılmamışdı ki, evlənsin, bir vaxt ayılmışdı ki, yaşı qırxı keçib. Kəndin ağsaqqalları ata-anası çoxdan ölmüş, nənəsinin himayəsində qalan bu yetim qızı gətirib onun daxmasına salmışdılar.
Turab kişi axşamçağı işdən qayıdanda arada özü özüylə nərd də oynayırdı, ha illah edirdi, özü özünü uda bilmirdi. Bu çağa dünyaya gələn günün axşamı gedib nərdtaxtanı taxçadan götürdü və özünə bir “domaşnı” mars verdi, uduzmağından ləzzət aldı. Deyəsən, çağa da atasının uduzmağına sevindi, başını bələkdə yelləyib gülümsünəntəhər oldu. Arvadı ərinə nə desə yaxşıdı? “Allah sənə ağıl versin!”.
Başqa vaxt olsaydı, Turab kişi bu sözə görə arvadını eşşək sudan gəlincə çırpardı. Bu dəfə özünü elə apardı ki, heç elə bil arvadının bu qəfil, köntöy atmacasını eşitmədi. El dili yüyrək olar, Turab kişinin qızı böyüdükcə özü tovdan düşdü, qız məktəbi buraxıb evdə oturan ilin bir qış günündə, axşamçağı yerinə girmək istəyəndə kişini elə bil ildırım vurdu, sağ tərəfi qıc oldu. Ana-bala köməkləşib onu çarpayıya uzatdılar. Arvadı birinci dəfəydi belə qəziyyə ilə üzləşirdi, tamam başını itirdi, bilmədi neyləsin, qızına dedi ki, dədənin ayaqlarını ovuşdur. Kişini nə qədər ovuşdursalar da keyimiş əli, ayağı açılmadı. Həmin gecə Turab kişi əhli-əyalını başsız qoyub qırağını qatladı. Anayla qızı hələ də nə baş verdiyini anlaya bilmirdilər. Turab kişi insult keçirmişdi.
Turab kişinin qızı məktəbi beşinci sinifdə atdı. Müəllimlər ata-anaya dedilər ki, bu uşağın məktəbə gəlib-getməsində bir fayda yoxdur. Beş il ərzində hələ də adını düz-əməlli yaza bilmir, bununku oxumaqdan keçib, evdə qalıb sizə əl tutmağı məsləhətdir. Evdə də qızı dindirməsəydin, ağzını açıb bir kəlmə danışmazdı. Atası qızının bu susqunluğundan rəncidəhal olurdu, arada üstünə çımxırırdı: – A bala, sən haçan adamla bir söhbət edəcəksən? Dilin səndən xərac istəyir bəyəm? Allah sənə dil verib, bir danış, din. Bu gedişlə sən evdə qalassan, evin tikilsin!
Anası da qızına qahmar çıxırdı: – A kişi, nə düşmüsən uşağın üstünə? Ürəyi istəyəndə danışır, istəməyəndə danışmır.
Turab kişi də başını bulayıb mütəkkəsinə dirsəklənirdi və maxorkasını eşməyə başlayırdı. İndi evin yeganə çörək gətirəni dünyadan köçmüşdü və mağmın arvadla əfəl qız taleyin ümidinə qalmışdı. Təpənin ayağına yıxılmış daxma sanasan ki, Turab kişinin təpənin zirvəsinə qaldırmaq istədiyi daş idi, yenidən aşağı yumalanmışdı. O daxmanın alnına aşağı yuvarlanmaq yazılmışdı. O daxmanı başından aşağı basan Məsmənin ağır bəxti idi. Məsmənin ağırlığı Turab kişiyə imkan vermirdi daxması böyüsün.
Anası qızdırmanın şiddətindən canını tapşırandan sonra qız birinci dəfə o daxmadan çölə çıxdı, neçə illərdən bəri içində çabalayan sözlər nizamsız şəkildə ağzından tökülməyə başladı. İnsanlar onun nə dediyini anlaya bilmədilər, bu anlaşılmaz sözləri yabanı ot kimi tapdayıb keçdilər. Kişilər onun sözünü eşitmədilər, bədənini gördülər və bizim bu bədbəxt qəhrəmanımız hamının şərikli malına çevrildi.
Məsmə çayxananın kirli zirzəmisində pallı-paltarlı yatırdı və arada gecələr yuxusuna təpənin döşündən yumalana-yumalana ona doğru yaxınlaşan bir daxma görürdü və hər dəfə də qan-tər içində, ürəyi çırpına-çırpına yerindən dik atılırdı, handan-hana özünə gələndən sonra it zingiltisinə bənzər səslə uzun-uzadı ağlayırdı, heç kirimək bilmirdi.
***
– De görüm, Məsmə kimdir?
Səhər yuxudan duran kimi xanımım başımın üstünü kəsdirdi və şübhəli baxışlarını ox kimi üzümə tuşladı.
– Gecə yuxuda “Məsmə” deyirdin, bir neçə anlaşılmaz söz də dedin, başa düşmədim nə deyirsən.
Elə bil bu suala cavabım gecədən hazır idi:
– Məsmə dünyanın ən ağır daşıdı, – dedim.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Azərbaycan MN: Ermənistan atəşkəs rejiminin tələblərinə əməl etmir
Mustafa Şentopla Ceyhun Bayramov görüş keçirib
Tələbə təhsil kreditini 10 ilə qaytara bilər
Mustafa Şəntop: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələri üçün çox əhəmiyyətlidir
Ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addımlar qətiyyətlə cavablandırılacaq - XİN
Kəlbəcər istiqamətində gərginlik davam edir - MN
“Qənərçay” qum-çınqıl yatağı hərrac qaydasında istifadəyə verilib
Hazırda Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində vəziyyət sabitdir - MN
Son 24 saatda dünyada koronavirusa 573 mindən çox yoluxma qeydə alınıb
Bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“Ltv 7” kanalının direktoru və bir neçə əməkdaşı barəsində cinayət işi başlanılıb
Jerom Lamber: Qarabağ müharibəsinin əsas səbəblərindən biri Minsk qrupunun diplomatik uğursuzluğudur
Prezident İlham Əliyev: Bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə biz formalaşdırırıq və bu, həqiqətdir
Prezident İlham Əliyev: Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər
Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatır
22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür
Prezident İlham Əliyevin adından Kəlbəcərdə şəhid olmuş jurnalistlərin ailələrinə mənzil sənədləri təqdim edildi
Toya dəvət edilən qonaqlar içərisində koronavirus xəstəsi aşkarlandı
Qurban bayramı ilə əlaqədar bayram namazı qılınıb
“Azeri Light” neftinin bir bareli 69,33 dollara satılır
Zərdabda karantin qaydalarının pozulduğu toy məclisləri aşkarlanıb
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Ermənistan XİN-in Azərbaycanı tarix və ərazi iddialarında ittiham edən açıqlaması növbəti cəfəngiyyatdır
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub, hərbi qulluqçumuz yaralanıb
Ermənistan Naxçıvanda Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinə sədr təyin edilib - SƏRƏNCAM
Rusiya ilə Azərbaycan arasında sığorta Memorandumu imzalanıb
Vətən Müharibəsi Qəhrəmanları üçün nəzərdə tutulan güzəştlər məlum olub - SİYAHI
Ağdamda növbəti yeni hərbi hissənin açılışı olub
Prezident İlham Əliyev Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin beşinci ildönümü ilə bağlı Ərdoğana məktub ünvanlayıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib
Səfirlik Azərbaycan vətəndaşlarını qısa zamanda Rusiya ərazisində hüquqi vəziyyətlərini tənzimləməyə çağırıb
Prezident İlham Əliyevdən Ermənistana xəbərdarlıq: Sonra gec ola bilər
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi davam etdirilir
Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub
Leyla Abdullayeva: Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən şərh belə oluna bilməz
İlin ikinci yarısında qlobal neft tələbatı sutkada 4,6 milyon barel artacaq
Azərbaycana gələn 31 nəfərdə "Delta" ştammı aşkarlanıb
Prezident İlham Əliyev-Qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi” narahatlıq doğurur
COVID-19 sertifikatları artıq “myGov”da
Prezident İlham Əliyev Rusiya Federasiyasının Baş nazirinin müavinini qəbul edib
Hərbi qulluqçunun özünü öldürməsi ilə bağlı cinayət işi açıldı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
İtkin düşən daha bir hərbi qulluqçunun şəhid olduğu müəyyənləşdi - Hərbi Prokurorluq
DİN narkotikə qarşı təbliğat üçün vətəndaşlara müraciət edib
Ermənistan Gədəbəy istiqamətində mövqelərimizi atəşə tutub - MN
Azərbaycan neftinin qiyməti 77 dollara çatır
Qəbul imtahanlarında bu suallar salınmayacaq
Qubadlı və Laçın rayonlarında Dövlət Sərhəd Xidmətinin iki yeni hərbi hissəsi xidməti istifadəyə verilib