Məşədi Muxtar bəy Şuşada, Qarabağda tanınmış zeynalovlar soyuna mənsubdur. Bu soyun ulu babası İsaxan bəy Kəbirli mahalının Qurd-Gürcüstan obasında anadan olmuşdu. Molla yanında təhsil almışdı. İbrahimxəlil xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi. Ailəsi ilə birlikdə Şuşa şəhərinə köçmüşdü.
Məşədi İsaxan bəy Xanım xanımla ailə qurmuşdu. Zeynal bəy, Mustafa bəy, Talıb bəy, Gülməmməd bəy adlı oğlanları vardı. [ARDTA, fond 10, siyahı 1, saxlama vahidi 81, vərəq 123.].
Zeynal bəy Məşədi İsaxan bəy oğlu 1782-ci ildə (bəzi mənbələrə görə 1789-cu ildə) Şuşa şəhərində doğulmuşdu. Molla yanında təhsil almışdı. Ticarətlə məşğul idi.
Zeynal bəyin törəmələri Zeynalov soyadını daşıyırlar.
Zeynal bəy Səkinə xanımla ailə qurmuşdu. Əsəd bəy, İbad bəy, Kərim bəy, Allahverdi bəy adlı oğlanları vardı. [ARDTA, fond 29, siyahı 1, saxlama vahidi 9, vərəq 133.].
Zeynal bəyin ikinci oğlu İbad bəy 1826-cı ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında təhsil almışdı. Ticarətlə məşğul olmuşdu. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı İbad bəyin Muxtar bəy, Həmid bəy, Kərim bəy, Firudin bəy adlı oğlanları vardı. [ARDTA, fond 10, siyahı 1, saxlama vahidi 81, vərəq 123.].
Muxtar bəy Kərbəlayı İbad bəy oğlu Zeynalov 1845-ci ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında təhsil almışdı. Ticarətlə məşğul olmuşdu. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi Ziyarət etmişdi.
Məşədi Muxtar bəy Zeynalov Tərtər stansiyasına köçmüşdü. Burda ticarətlə məşğul olur, fayton üçün at saxlayırdı.
Məşədi Muxtar bəy Zeynalov Difai partiyasının Tərtər şöbəsinin üzvü idi. Məşədi Alim İsmayılov, Məşədi Dadaş bəy Muradxanov, Məşədi Fərhad bəy Vəlibəyovla bərabər partiyaya rəhbərlik edirdi. [Документы по русской политике в Закавказье. Вып.1, Баку, 1920, с.22] O, həm də təbliğat işinə baxırdı. Əhalini təşviq edirdi ki, erməni tacirlərindən mal almasın.
“Qarabağ Birlik Məclisi”ndə, eləcə də bütün “Difai” partiyasında tacirlərdən ibarət böyük bir təbəqənin mövcud olması proqramda ticarət haqqında ayrıca bölmələr olmasını şərtləndirmişdi. Ticarətdə qayda yaratmaq və suiistifadə hallarına son qoymaq nəzərdə tutulurdu. Bu halda Azərbaycanda həm sənayeni, həm də ticarəti sırf milli istiqamətdə inkişaf etdirmək lazım idi. Əsas tələb ondan ibarət idi ki, “müsəlmanlar başqa millətlərə deyil, özümüzə xeyir vermək üçün yalnız müsəlmanlardan mal alsınlar”. [ГИААР: Ф.524,оп. 1, д.18, л.27.]
Bu kimi təbliğatların nəticəsində Qarabağın türk-müsəlman tacirlər varlanmışdılar. Həmin dövrdə ticarətin səviyyəti özünəməxsus mal dövriyyəsinə görə fərqlənirdi, ticarət əlaqələrinin əhəmiyyətli dərəcədə inkişafı nəzərə çarpırdı. Bu isə Qarabağın Şuşa, Bərdə, Qaryagin, Ağdam, Cəbrayıl və Tərtər kimi yaşayış məntəqələrinin intensiv şəkildə xarici ticarətə cəlb olunmasına gətirib çıxartdı. Ticarət sahəsində məhz bu cür sıx əməkdaşlıq həmin məntəqələrin sonradan daha da güclü inkişafına səbəb oldu.
Döyüşkən partiya kimi yaranmasına və rus rəhbər orqanlarının nümayəndələrinə qarşı bir sıra qətl tədbirlər keçirməsinə baxmayaraq, "Difai” partiyası yalnız hərbi məqsədlər güdmürdü. Partiya türk-müsəlman əhalini erməni qırğınlarından xilas etməyi, həm də müsəlmanların maariflənməsi uğrunda mübarizə aparmağı özünün başlıca məqsədi elan etmişdi. Məşədi Muxtar bəy Zeynalov Tərtərdə ilk məktəbin binasını qoyan şəxslərdən idi.
Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Bakıda reabilitasiya mərkəzində narkoman işgəncə nəticəsində ölüb
Vilayət Eyvazov Türkiyə nümayəndə heyətini qəbul edib
Bu gündən etibarən DİM-də imtahan protokollarının emalına başlanılır
Nəqliyyat vasitəsində gizlədilən külli miqdarda dərman vasitələri aşkarlandı
Prezident İlham Əliyev Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub
“Demokratik.az” saytının baş redaktoru Osman Rzayev tutulub
Azərbaycan atleti Fransada qızıl medal qazanıb
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-25 dərəcə olacaq
Təhsil Nazirliyi müəllimlərin sertifikasiyası ilə bağlı açıqlama yayıb
İtaliyada koronavirusa gündəlik yoluxma sayı 100 mini ötüb
Qızıl filiz yataqları barədə xarici şirkətlərlə bağlanmış Sazişdə Dəyişiklik sənədi təsdiqləndi
Azərbaycan və Türkiyə arasında Əlavə Prosedur Müqavilə təsdiqləndi
Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə növbəti tanıtım səfəri təşkil olunub
Binəqədi rayonunda narkotik vasitə satan və quldurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib
Azərbaycan Ordusunun Ermənistanla sərhəddə atəş açması barədə məlumatlar yalandır - MN
Baş Prokurorluq: “Çağrı Mərkəzi” və “Qaynar xətt” barədə yayılan məlumatlar həqiqətəuyğun deyil
Marketdə son istifadə müddəti bitmiş məhsullar aşkar edilib
Akademik: Xəzəri Aral dənizinin aqibəti gözləyə bilər
Azərbaycan nefti bahalaşıb
Azərbaycana gətirilən meymunçiçəyi testləri Səhiyyə Nazirliyinə təhvil verilib
Baş Prokurorluq Bakıda qırılan liftlə bağlı MƏLUMAT YAYDI
Neft bahalaşıb
Pensiyalar bu tarixdə ödəniləcək
Kür çayından qanunsuz qum-çınqıl daşıyan şəxsin işi məhkəməyə göndərildi
DİM abituriyentlərə müraciət edib
Azərbaycan və Yaponiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
1930-cu illərdə Şuşada toxunan xalça Milli Xalça Muzeyinə hədiyyə olunub
Ağdamın "Qarabağ" klubu bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq
Müdafiə Nazirliyi adıçəkilən şirkətlə hər hansı alqı-satqı müqaviləsi bağlamayıb
Ceyhun Bayramov İran İslam Şurası Məclisinin sədri ilə görüşüb
Mədəniyyət Nazirliyi tərəfindən son bir ildə aparılmış yoxlama və xidməti araşdırmaların nəticələri açıqlanıb
DİM məlumat yaydı
Prezident İlham Əliyev Cozef Baydenə təbrik məktubu göndərib
Azərbaycanda 17 nəfər COVID-19-a yoluxub, ölən yoxdur
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edildi - SƏRƏNCAM
Hazırda Zaqatala rayonunun ərazisindən axan bir neçə çaydan sel keçir
Daşkənddə Türk Dövlətləri Aqrobiznes Forumu keçirilib
Motosikletlə narkokuryerlik edənlər şəxslər tutuldu
ANAMA Qarabağda fəaliyyət göstərən minaaxtaran itlərin sayını artırır
Şarl Mişel Prezident İlham Əliyevə zəng edib
Geologiya və Geofizika İnstitutunda ADNSU-nun kafedrasının filialı fəaliyyət göstərəcək
Bakı–Şamaxı–Yevlax–Aşağı Güzdək yolunun tikintisinə 1,4 milyon manat ayrıldı
Azad olunmuş ərazilərin bərpası üçün əlavə 470 milyon manat ayrılıb
“Nəşr məhsullarının satınalınması” müsabiqəsinin nəticələri açıqlanıb
Təbiətə 40 min manat məbləğində ziyan vurulub
Rəşad Babayev və Şükür Səfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib
Marketdə kütləvi zəhərlənmənin səbəbi məlum oldu - SİYAHI
Uyğunlaşma tədbirlərinin işlənib hazırlanması bütün Xəzəryanı ölkələr və region üçün həyati əhəmiyyətli məsələdir
Rusiya quru sərhədlərini açır
Prezident büdcəyə dəyişiklikləri təsdiqlədi