Araz Yaquboğlunun Qərbi Azərbaycan İcmasında keçirilən “Sındırılmış saz, yandırılmış aşıq” adlı kitabın təqdimatındakı çıxışı

11:50 / 16.10.2026
Baxılıb: 514

Salam, çox hörmətli təqdimat iştirakçıları.

Bu gün təqdimatına toplaşdığımız “Sındırılmış saz, yandırılmış aşıq” adlı kitab Daşkəndli Aşıq Nəcəfin həyat və yaradıcılığı haqqındadır.

Aşıq Nəcəf haqqında indiyədək yüzdən çox kitab, jurnal və qəzetlərdə məqalələr nəşr olunmuş, televiziya və radio verilişləri hazırlanmışdır. Aşıq Əsəd Rzayev, Xəstə Bayraməli, Həsən Xəyallı, Xəlil Rza Ulutürk, Əli Qurban Dastançı, Zəlimxan Yaqub, Maşallah Xudubəyli və başqaları əsərlərində Daşkəndli Aşıq Nəcəfin həyat və yaradıcılığı haqqında fikir bildirmişlər. Haqqında ayrıca Sərraf Şiruyə “Aşıq Nəcəf və Gülüstan” dastanı, Eldar İsmayıl “Nəcəf” poeması, Xasay Zeynalov “Aşıq Nəcəf dastanı” məsnəvisi, Abbas Vəfadağlı isə “Aşıq Nəcəflə Aşıq Əsədin Şəmşəddin səfəri” əhvalatını yazmışdır.

Daşkəndli Aşıq Nəcəf irsinin tanıdılması istiqamətində bu günə qədər mühüm işlər görülmüşdür. Hələ 1998-ci ildə İrəvan Dövlət Dram Teatrı Zəlimxan Yaqubun “Göyçə dərdi” poeması əsasında Aşıq Nəcəfə həsr olunmuş “Qanlı tarix” bölməsini səhnələşdirib. Sənətkarın xatirəsi media məkanında da hər zaman diqqət mərkəzində saxlanılıb. Məsələn, 2007-ci ildə radionun “Telli saz”, 2013-cü ildə isə televiziyanın “Ozan məclisi” verilişində Sərraf Şiruyə qonaq olmuş və Qorxmaz Tofiqoğlu ilə birlikdə sənətkarın irsini geniş işıqlandırmışdır. Sonrakı illərdə – 2017-ci ildə “Ozan məclisi”ndə, 2018-ci ildə isə professor Məhərrəm Qasımlının “Saz-söz axşamı” verilişində Göyçəli Aşıq Fətulla qonaq olaraq, Aşıq Nəcəf haqqında geniş auditoriyaya ətraflı məlumat vermişdir.

Çox hörmətli tədbir iştirakçıları, onu da deyim ki, 1950-ci illərə aid Həsən Xəyallının əlyazmasından əldə etdiyimiz Aşıq Nəcəfin 3 şeirindən başqa yazılanların hamısı 1990-cı illərdən sonra nəşr olunanlardır. Düzdür, Sərraf Şiruyə “Aşıq Nəcəf və Gülüstan” dastanını 1977-ci ildə, Eldar İsmayıl isə “Nəcəf” poemasını 1981-ci ildə yazsa da bu əsərlərin mövzusu milli məsələ olduğundan sovetlər dönəmində çap olunmamışdır.

Nəşr olunan bir çox kitablarda Aşıq Nəcəfin doğum tarixi təxmini hesablamalara görə səhvən 1876-cı il göstərilirdi. Son illərdə Nazir Əhmədli tərəfindən elmi dövriyyəyə daxil edilən kameral siyahılarda Aşıq Nəcəf Allahverdi oğlunun 1867-ci ildə Göyçə mahalının Daşkənd kəndində Kalvalılar (Kərbəlayı Əlilər) nəslində anadan olduğu dəqiqləşdi.

Aşıq Nəcəf dövrünün tanınmış aşığı Dədə Ələsgərə on il şəyirdlik etmiş, onunla ağır məclislər yola salmış, Dədə Ələsgərin özünün də dəfələrlə vurğuladığı kimi on iki şəyirdindən ən çox sevdiyi olmuşdur. Aşıq Nəcəfin səsi ilə Aşıq Əsədin səsi uyğun gəldiyindən Aşıq Ələsgər hər iki şəyirdinə məsləhət görərmiş ki, siz daim bir yerdə olun, bir yerdə çalıb-oxuyun. Yüksək səs tempirinə görə Aşıq Nəcəflə Aşıq Əsəd dəfələrlə otuzluq lampanı toy məclislərində söndürərmişlər. Aşıq Əsəd özü də həmişə səmimiyyətlə etiraf edərmiş ki, Daşkəndli Aşıq Nəcəfin səsi mənimkindən yüksək və məlahətli idi.

Aşıq Nəcəflə Aşıq Əsəd 1910-cu ildə İran səfərində olarkən Təbriz aşıqlarının ustadı onlara hörmət və ehtiram əlaməti olaraq hər birinə on telli “Xətai sazı” bağışlamışdır.

Hamımızın sevə-sevə dəfələrlə dinlədiyimiz məşhur “Ayaq Cəlili” saz havasını Daşkəndli Aşıq Nəcəf gözəl ifa etdiyinə görə həmin hava “Nəcəfi” adlandırılmış, hazırda da Göyçə-Kəlbəcər, Gədəbəy və başqa bölgələrin aşıqları və sazsevərləri də həmin saz havasını “Nəcəfi” olaraq qəbul edirlər.

Daşkəndli Aşıq Nəcəf həm ifaçı, həm də yaradıcı aşıq kimi şöhrət tapmış, Əlimərdanlı Aşıq Zülfüqar və Cilli Aşıq Mehdi kimi aşıqların ustadı olmuş, onların mükəmməl aşıq kimi formalaşmasında müstəsna xidmətlər göstərmişdir.

Aşıq Nəcəf olduqca yaraşıqlı, boylu-buxunlu, qəddi-qamətli adamıymış. Mükəmməl bilik, dərin hafizə, əsrarəngiz ifaçılıq, möcüzəli zil səs sahibi olan Aşıq Nəcəf səliqə-səhmanı, ədəb-ərkanı ilə də həmişə diqqəti çəkər, aşıqdan çox bəyə, bəyzadələrə oxşayarmış.

Aşıq Nəcəf 1913-cü ildə Sankt-Peterburq şəhərində Romanovlar sülaləsi hakimiyyətinin 300 illik yubileyində Qaraimanlı Məşədi İsə və Aşıq Əsədlə birlikdə iştirak etmişdir. Həmin yubiley tədbirindən sonra Məşədi İsə “Bürünc xatirə medalı”, Aşıq Əsədlə Aşıq Nəcəf isə hər biri 250 manat pulla mükafatlandırılmışdır.

Aşıq Nəcəf əmisi Hüseynin nəvəsi Gülüstan xanımla ailə həyatı qurmuş, Şəmiddin, Şəmistan, Mikayıl, Astan və İsmayıl adında beş oğlu dünyaya gəlmişdir. Ustadın ömür sürdüyü və geniş təsərrüfatla məşğul olduğu Daşkənd kəndində sonralar onun adı ilə bağlanan “Aşıq Nəcəfin komu” və “Aşıq Nəcəfin ağıl yeri” kimi yer adları (mikrotoponimlər) formalaşmışdı.

Hörmətli tədbir iştirakçıları, hamımıza yaxşı məlum olan 1919-cu il hadisələri zamanı erməni daşnakları Göyçə kəndlərini dağıdaraq əhalini öz yurdlarından didərgin salmışlar. Göyçə camaatı həmin illərdə əsasən Kəlbəcər rayonunda məskunlaşmışdır. Göyçənin tanınmış şəxslərini məhv etmək məqsədilə ermənilər barışıq adı altında 11 nəfəri – Zodlu Səməd ağa, Daşkəndli Aşıq Nəcəf, Şişqayalı Kor Tanrıverdi, onun oğlu Ələkbər, Şişqayalı Məşədi Allahverdi, onun oğlu Məhərrəm, Bala Məzrəli Salah və başqalarını Basarkeçərə dəvət etmiş və onları müxtəlif üsullarla öldürmüşlər. Daşkəndli Aşıq Nəcəf isə daha amansızlıqla erməni polkovniki Bolyanikin başçılığı ilə Basarkeçərin yaxınlığındakı “Küllü təpə” deyilən yerdə belinə qaynar samovar bağlanaraq beş oğlu ilə birlikdə vəhşicəsinə qətlə yetirilmişdir. Bir çox yazarlar Aşıq Nəcəfin öldürülməsini erməni generalı Selikovun Zod kəndində öldürülməsinin əvəzi kimi qeyd edirlər. Sössüz ki, bu danılmaz bir həqiqətdir ki, həmin illərdə ermənilər tərəfindən öldürülən minlərlə Göyçəlinin çoxu unudulub. Amma, Zodlu Səməd ağa, Daşkəndli Aşıq Nəcəf, Şişqayalı Kor Tanrıverdi və başqaları kimi Göyçənin öndə gedən şəxsiyyətlərinin öldürülməsi dünya durduqca unudulmayacaq, xalqımızın sinəsində sağalmaz bir yara kimi daim qövr edəcəkdir.

Əsrarəngiz ifaçılığa, zil səsə sahib olan Aşıq Nəcəf mənfur qonşularımız olan ermənilər tərəfindən acınacaqlı şəkildə kürəyinə odlu samovar bağlanaraq öldürülmüşdür. 1919-cu ildə şəhid edilmiş Aşıq Nəcəf haqqında bu gün də dillərdə dastan olan həyatını heç vaxt heç kim unutmur. Daim o xatırlanır, şeirləri aşıqlarımız tərəfindən oxunur.

2027-ci ildə Daşkəndli Aşıq Nəcəfin anadan olmasının 160 illik yubiley ilidir. İnanıram ki, Qərbi Azərbaycanın – Göyçənin və Azərbaycan incəsənətinin ilk şəhidi kimi Aşıq Nəcəfin yubileyi dövlət səviyyəsində qeyd olunacaq və adı əbədiləşdiriləcək.

Çox hörmətli tədbir iştirakçıları!

“Sındırılmış saz, yandırılmış aşıq” adlı kitabın təqdimatına dəstək olan Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərliyə təşəkkürümü bildirirəm.

Aşıq Nəcəf haqqında saatlarla danışmaq olar. Digər çıxışçıları da nəzərə alaraq burada fikirlərimi bitirmək istəyirəm.

Məni səbirlə və diqqətlə dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.

Qeyd edək ki, tədbirin sonunda kitabın müəllifi Araz Yaquboğlu Aşıq Nəcəfin irsinin tədqiqi və nəşrin hazırlanması istiqamətində gördüyü işlərə görə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tərəfindən fəxri fərmanla təltif edilib.

Goyce.az


Etiket:
Xəbərlər

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib

16.10.2026

Araz Yaquboğlunun Qərbi Azərbaycan İcmasında keçirilən “Sındırılmış saz, yandırılmış aşıq” adlı kitabın təqdimatındakı çıxışı

16.10.2026

“Sındırılmış saz, yandırılmış aşıq”

10.10.2026

Basarkeçər kökənli 347 gənc ali məktəblərə qəbul olunub

05.10.2026

Elmin və şəxsiyyətin akademiki

24.09.2026

Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH

19.09.2026

Adın özü bir düşüncədir

19.09.2026

Şəhid Daşkəndli Aşıq Nəcəfin 160 illik yubileyinə hazırlıq məsələləri müzakirə olunub

19.09.2026

Mədəni irs siyasi mübahisələrin deyil, tarixi yaddaşın bir hissəsidir 

17.09.2026

Göyərən qəbir

09.09.2026

Tanınmış şair Qılman İmanın "Keçmişdəki gələcək" adlı yeni şeirlər kitabı nəşr edilib.

10.08.2026

DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?

10.08.2026

“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”

14.07.2026

AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)

14.07.2026

AŞIQ ALIDAN QALAN SƏRVƏT

14.07.2026

Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları

14.07.2026

Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.

25.06.2026

Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam

25.06.2026

Qərbi Azərbaycan sədası Göygöldə

23.06.2026

Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri

06.06.2026

ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)

06.06.2026

Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib

06.06.2026

Sözlə çəkilən şəkil

06.06.2026

“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR

03.06.2026

 "Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı

10.05.2026

Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ

04.05.2026

İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi

04.05.2026

İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ 

04.05.2026

Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili

11.04.2026

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025
Bütün xəbərlər