Xasay bəy Qarabağda, onun guşəsi Ağcabədidə tanınmış olan adıgözəlovlar soyuna mənsubdur. Bu soyun ulu babası Məhəmmədqulu bəydir. Məhəmmədqulu bəy XVIII yüzildə dövran sürmüşdü. Qarabağ xanlığının, Dəmirçihəsənli elinin, Təklə-Qaradolaq obasının yüzbaşısı olmuşdu.
Məhəmmədqulu bəyin Dərvişqulu bəy adlı oğlu vardı.
Dərvişqulu bəy Məhəmmədqulu bəy oğlu Qarabağın Dəmirçihəsənli mahalının Təklə-Qaradolaq obasında doğulmuşdu. Molla yanında oxumuşdu. Atasından sonra obalarına başçılıq еtmişdi.
Dərvişqulu bəyin Adıgözəl bəy, İmamqulu bəy, Məhəmməd bəy, Rzaqulu bəy adlı oğulları vardı.
Adıgözəl bəy Dərvişqulu bəy oğlu Dəmirçihəsənli mahalının Təklə-Qaradolaq obasında dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Obalarının yüzbaşısı olmuşdu. Mеhdiqulu xan Cavanşirə xidmət еtmişdi. Xan İrana qaçandan sonra ruslara işləmişdi. Qardaşı İmamqulu bəylə bərabər Dəmirçihəsənli mahalını idarə еtmişdilər. Praporşik hərbi rütbəsi almışdı. Qarabağda Təklənski soyadı ilə tanınırdı. Törəmələri Adıgözəlov soyadını daşıyırlar.
Adıgözəl bəy böyük mülkədar idi. Şuşa şəhərində imarətə, rəiyyətlərə, Qaradolaq, Şahsеvən adlı obalara, Kürətan torpağında mülklərə yiyələnmişdi.
Adıgözəl bəyin Hümbətəli bəy, Atakişi bəy, İbiş bəy, Sadıq bəy, Məmməd bəy adlı oğulları vardı.
Adıgözəl bəyin dördüncü oğlu Sadıq bəy 1824-cü ildə Dəmirçihəsənli mahalının Qaradolaq obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Ata mülkünü idarə еtməklə kеçinirdi.
Sadıq bəyin Bəylər bəy, Xanlar bəy, Aslan bəy, Tеymur bəy, Rüstəm bəy, Firudin bəy, Azad bəy adlı oğulları vardı.
Sadıq bəyin ikinci oğlu Xanlar bəy 1854-cü ildə Şuşa qəzasının Kəbirli sahəsinin Qaradolaq obasında anadan olmuşdu.
Xanlar bəyin törəmələri sovet dönəmində Xanlarov soyadını daşıyırdılar.
Xanlar bəyin Xasay bəy, Həsən bəy adlı oğulları vardı.
Xasay bəy Xanlar bəy oğlu Adıgözəlov 1880-ci ildə Şuşa qəzasının Kəbirli sahəsinin Qaradolaq obasında doğulmuşdu.İbtidai təhsilini kənd mollaxanasında almışdı. Sonra Ağcabədi kənd rus-tatar məktəbində oxumuşdu.
Xasay bəy Adıgözəlov mülkədar idi. Atasındanqalma mülklərini idarə etməklə güzəran keçirirdi.
1930-cu ildə Xasay bəy Adıgözəlov tutulmuşdu. Oğlu Xanlar bəyin xatirəsindən: “1930 - cu ilin fevral ayının əvvəlində bacım Qənirə 4 - 5 gün idi ki, dünyaya göz açmışdır, hələ adı da qoyulmamışdı. Kür sahilindəki böyük bağda olan evimizdə səhər tezdən 5 - 6 nəfər orqan işçilərinin iştirakı ilə çox ciddi axtarış aparıldı. Sən demə atamı ov adı ilə Mehmana (Mehman gölü) aparıb orada həbs ediblər.
Axtarışda kənd əhalisindən, qohum - əqrabamızdan da iştirak edirdilər. Onlar bu əməliyyata şahid kimi cəlb edilmişdilər.
Evdə qadağa olunan nə varsa götürüldü. Axtarışda Ağcabədi rayon NKVD rəisi Ənvər Əliverdiyev özü şəxsən iştirak edirdi. Götürülən şeylər qızıl məmulatları (zinət kimi istifadə edilənlərdən başqa) akta yazıldı. İştirak edənlər imza atdılar. Bizim tərəfdən anam, əmim arvadı Sitarə bibi və atamın əmisi oğlu İsfəndiyar bəy imza atdılar.
Aktın bir sürətini bizə verdilər. Onlar gedəndən sonra anam buxarının qabağındakı odunların altına baxdı və çox həyəcanlı halda dedi:
- Mən buraya qoynumdakı qızıl düyünçəsini atmışdımki axtarışda ələ keçməsin, yəqin kimsə götürüb.
Bu hadisədən iki gün sonra rayonda milis nəfəri işləyən kürd Hətəm odun aparmaq adıyla kəndimizə gəlib, həmin qızıl bağlısını (düyünçəsini - Ş.A) anama verib dediki Sürmə xanım sən bu torbanı ora atanda mən gördüm, götürüb şnelimin altında gizlətdim.
Anam bu hörmətin müqabilində Hətəmə bir neçə qızıl onluq vermək istədi, lakin Hətəm qəbul etmədi və dedi ki, xanım, mən sizin evdə bir batman duz - çörək yemişəm.
Əlilə bizi göstərərək dedi ki, mən bu körpələrin malını götürmərəm.
Anam bu məsələni 1935 - 36 cı illərə qədər qorxusundan əmimə demədi...
Atamın hara göndərilməsi barədə heç bir məlumat yox idi. Bir neçə gündən sonra məlum oldu ki, onu Şuşa həbsxanasına aparıblar.
...Şuşadan xəbər gəldi ki, atama 3 il həbs cəzası verilibdi.
Anam yüngül bir yorğan - mütəkkə, dəmir kuruşka, yun corab və sair şeyləri bir torbaya yığıb Şuşaya getdik. Orada qəssab Xuluş adlı birisinin evində qaldıq. İki gündən sonra atamgili Yevlağa yola saldılar. Bizdə bir faytonla onu müşayət etdik. Götürdüyümüz şeyləri Ağdamda ona verdik, 10 - 15 dəqiqə də görüşmək imkanı oldu. O, məni öpdü xeyli ağlayıb ayrıldıq.
Atam bildirdi ki, bizidə sürgünə göndərə bilərlər. Odur ki, anamı boşamaq barədə qardaşı Həsən bəyə vəkalət yazmış və onu türmə rəhbərliyinə təsdiq etdirmişdi.
Biz Ağcabədiyə gələndən sonra əmim anamın boşanmaq ərizəsini götürüb rayona getdi. Anam boşanmaq aktını aldı.
Boşanma barədə bu aktın çox böyük əhəmiyyəti oldu. Belə ki, həmin ilin aprel ayında bizim ailənin sürgünə göndərilməsi məsələsi qaldırıldı.
...Anam qohumlarımızın məsləhəti ilə böyük bacımı Tiblisidə yaşayan dayım Bahadur bəy Novruzbəyovgilə göndərdi. Təzə anadan olan, iki ayı tamam olmamış bacım Qənirəni atamın hörmət etdiyi nökəri şirvanlı Nəbi lələnin arvadı rəhmətlik Nigara verdi ki, arvad onu özünə öyrətsin. Beləliklə kənd sovetliyindən alınan arayışda anamın, bacım Şükufənin, mənim və Şükürün adı qeyd edildi.
Bir neçə gün keçməmiş hökümət nümayəndələri milislərlə bizə gəldilər. Əvvəlcə meşədə olan xam at sürüsünü kəndin ortasına gətirib saydıqdan sonra Lənbəran kəndindəki at fermasına, yerdə qalan inək - camışıda oradakı Haqul deyilən sahəyə və qoyunları Mil qoyunçuluq sovxozuna yola saldılar. Ev əşyalarınıda yığıb arabalarla Ağcabədiyə, hərraca apardılar.
Bundan iki - üç gün keçmədiki, bizi və bir neçə başqa ailələri yüngül yüklə paromla Zərdaba gətirdilər. Oradan araba ilə Ucar, dəmir yol stansiyasına apardılar. Səhəri günü Bakıya gətirdilər. İndiki dəmir vağzalının yerində taxtadan uzun naveslərdə rayonlardan sürgünə düşən ailələr burada saxlanılırdı. Biz də burada yerləşdirildik.
Sürgünə düşənləri aparmaq üçün Qazaxıstandan hərbi formada nümayəndələr gəlmişdi. Məlum oldu ki, 66 ailə şimali Qazaxıstanın Enlenşilik rayonunun Blaqadatnoye kəndinə aparılacaq.
Həmin günün səhəri nənəmin qohumu doktor Rzaqulu və Əliş bəyin atası doktor Cəmil Lənbəranski gəlib anamı kənara çağırdılar və 10 - 15 dəqiqə söhbət etdilər. Anam onlara bildirdi ki, qayınım Həsən bəy məni boşatdırıb və bu barədə aktımda var. Onlar anama dediki, sən bu barədə Trotskinin adına Moskvaya teleqram vur. Belə də oldu. İki gün keçmədi ki, teleqrama müsbət cavab verildi. Bizi kamendaturaya apardılar və əhf olunmaq barədə arayış verdilər. Biz oradan geriyə - kəndimizə qayıtdıq.”
... Üç ildən sonra Xasay bəy azad olub Ağcabədiyə gəlir. Ancaq onun burada yaşaması qadağan olunduğundan 24 saat ərzində rayonu tərk etməli olur. O, vaxtın qanununa görə sürgündən qayıdan sürgündən sonra öz daimi yaşayış yerindən 100 - 150 km aralıda yaşamalı idi. Beləcə həbsxana həyatından qurtarıb mühacir həyatına düşür Xasay bəy.
Ailəsi ilə birgə 2 il Tiblisdə, 2il Bakıda, 6 il Göyçayda, 1 il də Kürdəmirdə yaşayır”.
Xasay bəy Sürmə xanıım Rəhim bəy qızı Novruzbəyova ilə ailə qurmuşdu. Bəylər bəy, Şükür bəy adlı oğlanları, Şükufə xanım, Qənirə xanım adlı qızları vardı.
Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Bakıda reabilitasiya mərkəzində narkoman işgəncə nəticəsində ölüb
Vilayət Eyvazov Türkiyə nümayəndə heyətini qəbul edib
Bu gündən etibarən DİM-də imtahan protokollarının emalına başlanılır
Nəqliyyat vasitəsində gizlədilən külli miqdarda dərman vasitələri aşkarlandı
Prezident İlham Əliyev Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub
“Demokratik.az” saytının baş redaktoru Osman Rzayev tutulub
Azərbaycan atleti Fransada qızıl medal qazanıb
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-25 dərəcə olacaq
Təhsil Nazirliyi müəllimlərin sertifikasiyası ilə bağlı açıqlama yayıb
İtaliyada koronavirusa gündəlik yoluxma sayı 100 mini ötüb
Qızıl filiz yataqları barədə xarici şirkətlərlə bağlanmış Sazişdə Dəyişiklik sənədi təsdiqləndi
Azərbaycan və Türkiyə arasında Əlavə Prosedur Müqavilə təsdiqləndi
Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə növbəti tanıtım səfəri təşkil olunub
Binəqədi rayonunda narkotik vasitə satan və quldurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib
Azərbaycan Ordusunun Ermənistanla sərhəddə atəş açması barədə məlumatlar yalandır - MN
Baş Prokurorluq: “Çağrı Mərkəzi” və “Qaynar xətt” barədə yayılan məlumatlar həqiqətəuyğun deyil
Marketdə son istifadə müddəti bitmiş məhsullar aşkar edilib
Akademik: Xəzəri Aral dənizinin aqibəti gözləyə bilər
Azərbaycan nefti bahalaşıb
Azərbaycana gətirilən meymunçiçəyi testləri Səhiyyə Nazirliyinə təhvil verilib
Baş Prokurorluq Bakıda qırılan liftlə bağlı MƏLUMAT YAYDI
Neft bahalaşıb
Pensiyalar bu tarixdə ödəniləcək
Kür çayından qanunsuz qum-çınqıl daşıyan şəxsin işi məhkəməyə göndərildi
DİM abituriyentlərə müraciət edib
Azərbaycan və Yaponiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
1930-cu illərdə Şuşada toxunan xalça Milli Xalça Muzeyinə hədiyyə olunub
Ağdamın "Qarabağ" klubu bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq
Müdafiə Nazirliyi adıçəkilən şirkətlə hər hansı alqı-satqı müqaviləsi bağlamayıb
Ceyhun Bayramov İran İslam Şurası Məclisinin sədri ilə görüşüb
Mədəniyyət Nazirliyi tərəfindən son bir ildə aparılmış yoxlama və xidməti araşdırmaların nəticələri açıqlanıb
DİM məlumat yaydı
Prezident İlham Əliyev Cozef Baydenə təbrik məktubu göndərib
Azərbaycanda 17 nəfər COVID-19-a yoluxub, ölən yoxdur
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edildi - SƏRƏNCAM
Hazırda Zaqatala rayonunun ərazisindən axan bir neçə çaydan sel keçir
Daşkənddə Türk Dövlətləri Aqrobiznes Forumu keçirilib
Motosikletlə narkokuryerlik edənlər şəxslər tutuldu
ANAMA Qarabağda fəaliyyət göstərən minaaxtaran itlərin sayını artırır
Şarl Mişel Prezident İlham Əliyevə zəng edib
Geologiya və Geofizika İnstitutunda ADNSU-nun kafedrasının filialı fəaliyyət göstərəcək
Bakı–Şamaxı–Yevlax–Aşağı Güzdək yolunun tikintisinə 1,4 milyon manat ayrıldı
Azad olunmuş ərazilərin bərpası üçün əlavə 470 milyon manat ayrılıb
“Nəşr məhsullarının satınalınması” müsabiqəsinin nəticələri açıqlanıb
Təbiətə 40 min manat məbləğində ziyan vurulub
Rəşad Babayev və Şükür Səfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib
Marketdə kütləvi zəhərlənmənin səbəbi məlum oldu - SİYAHI
Uyğunlaşma tədbirlərinin işlənib hazırlanması bütün Xəzəryanı ölkələr və region üçün həyati əhəmiyyətli məsələdir
Rusiya quru sərhədlərini açır
Prezident büdcəyə dəyişiklikləri təsdiqlədi