11:22 19 Oktyabr 2017
152 dəfə oxunub
Çap versiyası
...

Güclü təsiredici maddələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Strategiya.az-a bildirilib ki, Xaçmaz Gömrük İdarəsinin “Şirvanovka” gömrük postunda Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı, vətəndaşın ayağındakı corablarda 6 konvalyut (60 kapsul) “Tramadol 50 mq” və 1 konvalyut (7 həb) “Tramadol HCI 150 mq” markalı dərman preparatları aşkarlanıb.

Xatırladaq ki, “Tramadol” Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Antiradar satanlar tutulub
12:05 23.11/2017
Ayı ovlayanlar saxlanıldı
09:14 23.11/2017
 
Xəbər başlıqları
24-11-2017
23-11-2017
23.11.2017 Neft ucuzlaşıb
22-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.364 san