14:31 19 Oktyabr 2017
413 dəfə oxunub
Çap versiyası
...

"Euronews" telekanalı 1967-ci ildən fəaliyyət göstərən Azərbaycanın Xalça Muzeyi haqqında maraqlı süjet hazırlayıb.

Süjetdə 50 il ərzində Azərbaycanın mədəni irsini dünya ictimaiyyətinə çatdıran xalçaçılıq, milli ornamentlərlə işlənmiş qədimi xalçaların zəngin tarixi barədə danışılır.

Materialda xalçalarla yanaşı, 10 mindən çox qədim zərgərlik nümunələri, milli geyimlər, misdən, şüşədən hazırlanmış əşyalar və bu tətbiqi sənət növünün tarixindən geniş şəkildə bəhs olunur.

Bildirilir ki, dünyada ilk dəfə 2014-cü ildə xalça formasında, qeyri-adi üslubda yaradılan muzey məhz Azərbaycanda açılıb. Muzeyin xarici görünüşünü xüsusi diqqət çəkib.

"Euronews"un süjetində qeyd edilir ki, 2010-cu ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən milli ornamentlərlə işlənmiş Azərbaycan xalçaları Ağ Ev, Ermitaj və Vatikanda da qorunub.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-06-2018
18.06.2018 Neft ucuzlaşdı
17-06-2018
16-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.1698 san