15:10 20 Oktyabr 2017
568 dəfə oxunub
Çap versiyası
...

Azərbaycanın milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi – texniki bazasının möhkəmləndirilməsi, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün 2018-ci il dövlət büdcəsi xərclərinin 19,5 faizi həcmində və 4068,3 milyon manat vəsait nəzərdə tutulub.

 

Strategiya.az-ın məlumatına görə, bu, Azərbaycanın 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrdə əksini tapıb. Bu da 2017-ci illə müqayisədə 202,4 milyon manat və ya 5,2 faiz çoxdur.

 

Müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq – mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üzrə nəzərdə tutulmuş vəsaitin 2738,7 milyon manatı və ya 67,3 faizi (2017-ci ilə nisbətən 96,6 milyon manat və ya 3,7 faiz çox) müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə, 1329,5 milyon manatı və ya 23,7 faizi (2017-ci ilə nisbətən 105,8 milyon manat və ya 8,6 faiz çox) məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərində nəzərdə tutulub.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Cəbhədən SON XƏBƏR
09:54 22.09/2018
 
Xəbər başlıqları
22-09-2018
22.09.2018 Neft bahalaşıb
21-09-2018
21.09.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
6.1208 san