22:18 20 Oktyabr 2017
276 dəfə oxunub
Çap versiyası
...

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də İstanbulda “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında təşkil olunan inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) IX Zirvə görüşü ilə bağlı mətbuat konfransı keçirib.

 D-8 təşkilatının yaranması və ötən dövrkü fəaliyyətinə toxunan Prezident Rəcəb Tayyib Ərdoğan təşkilatın işini səmərəli vəziyyətə gətirmək üçün fikir və mülahizələrini bölüşüb. Təşkilata üzv olan tərəflərin, ümumiyyətlə, müsəlman ölkələrinin zəngin təbii qaynaqlara sahib olduqlarını diqqətə çatdıran Türkiyə Prezidenti bildirib ki, D-8 ölkələri arasında ticarət dövriyyəsini genişləndirmək üçün əməliyyatlar qarşılıqlı olaraq milli valyutalarla həyata keçirilməli, mərkəzi dövlət bankları arasında ortaq fəaliyyət proqramı qurulmalıdır.

Prezident üzv ölkələr arasında ticarət, sənaye, nəqliyyat, informasiya, maliyyə, qlobal iqtisadiyyatda əməkdaşlıq, bank işi, texnologiyalar, yoxsulluqla mübarizə, insan resursları, kənd təsərrüfatı, enerji və digər sahələrdə əməkdaşlığa dair geniş imkanlar olduğunu qeyd edib, həmçinin BMT və Avropa İttifaqı kimi təşkilatlarda struktur islahatlarının aparılmasının, həmçinin terrorçuluqla birgə mübarizənin vacibliyindən danışıb.

Jurnalistlərin suallarını cavablandıran R.T.Ərdoğan Azərbaycan və Türkiyənin həyata keçirdiyi beynəlxalq iqtisadi layihələrin əhəmiyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, bir vaxtlar bəzilərinin gerçəkləşəcəyinə şübhə ilə yanaşdıqları Bakı-Tbilisi-Qars dəmir yolu xətti artıq istifadəyə hazırdır və yaxın günlərdə Azərbaycanda keçiriləcək açılış mərasimində iştirak edəcək.

Sabir Şahtaxtı


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-11-2017
24-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4506 san