20:41 30 Oktyabr 2017
340 dəfə oxunub
Çap versiyası
...

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında xalq artisti, aktyor Eldəniz Zeynalovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

İdarədən  verilən məlumata görə, yubiley gecəsində xalq artisti, rejissor Ramiz Həsənoğlu, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə, Azərbaycan Dillər Universitetinin professoru Gəray Yusifov, Xəzər rayon Ağsaqqallar Şurasının sədri, tarixçi-etnoqraf Təvəkkül Səlimov, Baş İdarənin rəis müavini Gülnarə Seyidova və digər əməkdaşları, aktyorun ailə üzvləri və media nümayəndələri iştirak ediblər.

Tamaşaçılar Sarayın foyesində Eldənizin Zeynalovun həyat və yaradıcılığını əks etdirən foto-sərgi ilə tanış olublar.

Aparıcı Kamran İsrafilov tədbiri açıq elan edərək, E.Zeyanlovun kino və teatr aktyoru kimi fəaliyyətindən qısa məlumat verib.

R.Həsənoğlu, M.Bədirzadə və T.Səlimov sənətkarın həyat və yaradıcılığından, milli kinomuzun inkişafındakı xidmətlərindən söz açıblar. Bildirilib ki, onun imza atdığı rollar yaddaşlarda hər zaman yaşayıb və yaşayacaq. Tədbir zamanı sənətkarın rol aldığı filmlərdən fraqmentlər də nümayiş olunub.

Aktyorun oğlu Elbrus Zeynalov çıxış edərək, atası haqqında öz xatirələrini bölüşüb və tədbirin təşkilatçılarına ailəsi adından təşəkkürünü bildirib.

Tədbir konsert proqamı ilə davam edib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-02-2018
19.02.2018 Qubada bıçaqlanma
18-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6857 san