Madrid Realının forvardı Kriştiano Ronaldo FİFA versiyasına görə ilin ən yaxşı futbolçusu seçiləcək. Bu barədə İspaniyanın Marca qəzeti məlumat verib. Mükafatlandırma mərasimi oktyabrın 23-də Londonda olacaq. Qalib milli komandaların baş məşqçiləri , kapitanları , jurnalistlər və azarkeşlər arasındakı sorğu əsasında müəyyənləşdiriləcək.Əlavə edək ki, Ronaldodan başqa Messi və Neymar da mükafata namizəddirlər.