14:03 13 Noyabr 2017
159 dəfə oxunub
Çap versiyası
...

Böyük Britaniya Avropa İttifaqından çıxması halında azı 60 milyard avro ödəməlidir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Antonio Tayani noyabrın 13-də “Funke” media qrupuna müsahibəsində bildirib.

“Fikrimcə bu, ən azı 60 milyard avro həcmində olmalıdır. Əgər London bu məbləği ödəməkdən imtina etsə, bu yük Aİ-nin digər ölkələrinin vətəndaşlarının üzərinə düşəcək”, - deyə o qeyd edib.

Avropa Parlamentinin başçısı, həmçinin vurğulayıb ki, ilin sonuna qədər üç əsas maddə - Aİ vətəndaşlarının Böyük Britaniyada hüquqlarının təmin olunması, İrlandiya və Şimali İrlandiya ilə sərhəd məsələləri, həmçinin Avropa İttifaqına ödəmə üzrə çərçivə sazişi əldə olunacağı təqdirdə “Brexit” təyin olunan vaxtda – 2019-cu ilin mart ayında sona çata bilər. Aİ yalnız belə çərçivə sazişi əsasında Birləşmiş Krallıqla gələcək ticarət əlaqələri üzrə danışıqlar apara bilər.

“Britaniyalılar Aİ ilə – Norveç və ya İsveçrə modelləri kimi, hansı münasibətlər qurmaq istədiklərini müəyyən etməlidir. Hələlik bunu heç kim bilmir”, - deyə o bildirib.

Avropa Parlamenti başçısının fikrincə, hazırda britaniyalıların əksəriyyəti Aİ-nin tərkibindən çıxma qərarını səhv addım hesab edir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-11-2017
23-11-2017
23.11.2017 Neft ucuzlaşıb
22-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3745 san