17:28 13 Noyabr 2017
473 dəfə oxunub
Çap versiyası
...

Almaniyanın Reyn-Pfalts federal torpağının parlamentinin keçmiş deputatı, əslən İran azərbaycanlısı və ixtisasca həkim olan Rəhim Şmitin “Mədəniyyətlərarası tibb və kommunikasiya. Mədəniyyətlərarası səriştə və üstünlüklər inteqrasiyanı təşviq edir” adlı kitabı nəşr edilib.

Nəşrin əvvəlində müəllifin yeni kitabını Azərbaycan xalqına, ulu öndər Heydər Əliyevə və öz oğluna həsr etməsi barədə qeydi, eləcə də görkəmli şair və mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəlindən bir beyt (Azərbaycan və alman dillərində) yer alır.

Kitabda Almaniyanın tibbi sistemində miqrantlarla bağlı məxsusi mövzular, miqrantların tibbi müayinəsi və müalicəsində həkimlərin mədəniyyətlərarası səriştəyə və kommunikasiya imkanlarına malik olmasının əhəmiyyəti, tibbi xidmətin insanların məxsus olduqları mədəniyyət və dinlə bağlı psixoloji və emosional aspektləri araşdırılır.

Kitabın sonunda müxtəlif tibbi və sosioloji qurumların rəhbərləri ilə yanaşı, hakim Xristian-Demokratlar İttifaqı (CDU) partiyasının sədr müavini Yulia Klöknerin nəşrlə bağlı yazdıqları rəylər də verilir.

Vüqar Seyidov


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sabah hava yağmursuz olacaq
14:10 19.06/2018
Sabunçu rayonunda yanğın
13:54 19.06/2018
 
Xəbər başlıqları
19-06-2018
19.06.2018 Neft ucuzlaşıb
19.06.2018 Astarada faciə
18-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4886 san