10:19 14 Noyabr 2017
1213 dəfə oxunub
Çap versiyası
...

 

 

Noyabrın -14 də Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda Mərkəzin gördüyü işlər , fəaliyyət istiqamətləri , geopolitik vəziyyətin araşdırılması və öyrənilməsi geniş müzakirə olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti yanında QHT -lərə Dövlət Dəstəyi Şurasının üzvü , BMAM sədri Rufiz Qonaqov iclasda çıxış edərək , Mərkəzin gördüyü işlər , həyata keçirdiyi layihə və tədbirlər , qarşıda duran vəzifələr , çevik icra strukturunun yaranması zərurəti və yeni təyinatlarla bağlı çıxış etmişdir.

Sədr Rufiz Qonaqov bildirmişdir ki , Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi 11 illik fəaliyyəti ilə ölkəmizdə bir çox uğurlara imza atmış , xeyli sayda vətəndaş cəmiyyəti və ölkəmiz üçün vacib layihələr həyata keçirmişdir. BMAM rəhbəri Mərkəzin ölkəmizin içtimai həyatında fəal mövqeyə malik olduğunu , indiyədək ən vacib koalisiya və qurumlara rəhbərlik etdiyini bütün yerli və beynəlxalq konfrans , görüşlər və tədbirlərdə təmsil olunduğunu xüsusi qeyd etmişdir .

İclasda Mərkəzin yeni icra strukturu , tanınmış ekspertlərin təmsil olunacağı 9 nəfərdən ibarət ekspertlər qrupu təsdiq edilib. Yeni icra strukruna müvafiq olaraq , yeni təyinatlar edilib.

BMAM rəhbərinin müvafiq sərəncamları ilə Ramin Səmədov , Eldar Orucov , Nazim Süleymanov , Novruz Dadaşov sədrin müxtəlif sahələr üzrə müşavirləri , Esmira Həmzəbəyova sədrin köməkçisi – baş məsləhətçi , Nurlanə İsmayılova baş məsləhətçi , Muxtar Vəliyev, məsləhətçi, və Cəbrail Fərzəliyev ekspert, təyin olunub.

BMAM MƏTBUAT XİDMƏTİ


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Cəbhədən son xəbər
09:39 23.11/2017
 
Xəbər başlıqları
24-11-2017
23-11-2017
23.11.2017 Neft ucuzlaşıb
22-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4321 san