08:43 15 Noyabr 2017
171 dəfə oxunub
Çap versiyası
...

"TANAP rəsmi Ankara və Bakı arasında siyasi və iqtisadi əlaqələri gücləndirməklə yanaşı, həm də Türkiyə üçün enerji təhlükəsizliyi baxımından çox önəmli layihədir".

Strategiya.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehmet Ali Bərbər xarici jurnalistlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, Türkiyə üçün Azərbaycan qazı çox böyük əhəmiyyət kəsb edir: "Çünki Türkiyənin idxal etdiyi təbii qazın 50%-i Rusiyanın payına düşür. Bu da yetərincə böyük rəqəmdir. Düşünürəm ki, hökumət nail olmaq istədiyi enerji mənbələrinin diversifikasiyası enerji təhlükəsizliyimizi təmin edəcək".

Nazirlik rəsmisi bəyan edib ki, Azərbaycan qazının Avropaya nəqli rəsmi Ankara və Bakının iradəsini nümayiş etdirir. "Avropa illərdir müzakirə etdiyi, lakin həyata keçirə bilmədiyi layihəni Azərbaycanla Türkiyə birgə həyata keçirə bildi", - deyə o vurğulayıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neft ucuzlaşıb
09:20 23.11/2017
 
Xəbər başlıqları
24-11-2017
23-11-2017
23.11.2017 Neft ucuzlaşıb
22-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5914 san