09:25 22 Noyabr 2017
1413 dəfə oxunub
Çap versiyası

 

                                    (O yaşıl yarpaqların,

                                                    solanı xatirədir..Baba Vəziroğlu).

                                                                 

                                      Payızda meşəyə gedə bilmirəm,

               getmək çətindir mənə.

Son bahar, lap qızıl payız da olsa,

        meşə sevinc gətirmir mənə.

                                     Sarılı, qırmızılı,

                                               bozlu, qaralı xalı kimi,

ayağımın altında

       xışıldayan yarpaqlar,

əlləri budaqdan üzülmüş,

bir daha yenidən yaşıl olacağına

ümidi qalmayan yarpaqlar,

             şirin, acı xatirəli,

             sevincli, kədərli

keçən günlərimdir elə bil,

           geriyə dönən deyil.

Bu boyda  yarpaq xalılar,

yazda kol dibindən çıxacaq bir otun,

bir çiçəyin yerini verən deyil...

 

                                       Bu ağaclara nə olub ilahi,

                                   budağının biri əyilmiş,

biri sınmış, qurumuş,

                         xəfif bir küləyə bəndimiş kimi,

qopub düşməyə hazır durmuş.

                          Uca-uca, qoca-qoca ağaclar,

                                 itirəcəyimdən qorxduğun

hər dəqiqə, hər vaxt,

birində şəkər, qan təzyiqi,

 birində infarkt dostları,

yaxınları xatırladır mənə.

 

İlləri yola vermiş,

bir ildırım zərbəsinə,

bəlkə də, bu ilin istisinə

dözməyib quruyan,

artıq yazın gəlişində

bir yarpağı da açılmayacaq,

əbədiyyət yuxusunda uyuyan,

qollu, budaqlı ağaclar

itirdiyim insanları xatırladır mənə.

 

Talada tənha, yanında bir kol,

bir cavan çubuq da olmayan,

tufanda, çovğunda əl-ələ,

budaq-budağa

söykənməyə imkansız ağaclar,

dadına kiminsə yetişəcəyinə

                 gümansız ağaclar.

Yer üzündəki unudulmuş

kimsəsizləri,

   ataları, anaları xatırladır mənə...

 

                                Bu son baharda,

                                         bu qızıl payızda,

nə olub mənə?

                                Bu nə duyğu, bu nə hiss,

                      bu nə şeydi?

                               Ürəyim yaman sıxılır,

bircə yaz tez gəlseydi...

 

 

                        Noyabr, 2017-ci il, Yeni Zod kəndi, Göygöl.


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-12-2017
17-12-2017
16-12-2017
16.12.2017 Neft ucuzlaşdı

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4706 san