21:12 23 Noyabr 2017
455 dəfə oxunub
Çap versiyası
...

Argentinanın yoxa çıxmış “San-Juan” hərbi sualtı qayığının axtarışları onun olduğu yer və taleyi haqqında dəqiq, təsdiqlənmış məlumatlar əldə olunanadək davam etdiriləcək.

Strategiya.az RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bunu Argentina Hərbi Hava Qüvvələrinin nümayəndəsi Enrike Balbi bildirib. Bundan əvvəl isə məlumat verilmişdi ki, ölkənin Hərbi Hava Qüvvələri sualtı qayığın yoxa çıxması ilə bağlılığı ola biləcək partlayış haqqında informasiyaya malikdir.

Xatırladaq ki, “San-Juan” sualtı qayığı noyabrın 15-də “Uşuaya” limanından Mar-del-Plata şəhəri istiqamətində üzən zaman onunla əlaqə kəsilib. Altı günlük oksigen ehtiyatına malik qayığın göyərtəsində 44 nəfər olub. Son əlaqə zamanı ekipaj yaranmış nasazlıq barədə məlumat verib.

Hazırda axtarış əməliyyatlarında ABŞ, Fransa, Böyük Britaniya, Braziliya, Çili və digər ölkələrdən olan 4 minə yaxın insan iştirak edir. Bu gün əməliyyatlara Rusiya da qoşulub.

Aralarında bir qadının da olduğu ekipaj üzvlərinin sağ qalmasına ümid hər ötən gün azalır. Onların qohumları və dostları “Mar-del-Plata” bazasının qarşısına toplaşaraq yeni xəbərlər gözləyir və dualar edirlər.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
21.07.2018 Neft bahalaşıb
20-07-2018
20.07.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7186 san