11:16 24 Noyabr 2017
171 dəfə oxunub
Çap versiyası
...

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 220 nömrəli məktəb-liseyin VIII sinif şagirdi Rəsul Cəfərli karatenin kyokuşin növü üzrə XXXI Avropa çempionatında I yeri tutub.

İdarədən  verilən məlumata görə, məktəbli Polşanın Firinovski şəhərində çəkisi 50 kiloqramadək olan 12-13 yaşlı idmançı oğlanlar arasında təşkil edilən yarışda bütün rəqibləri üzərində qələbə qazanıb.

R.Cəfərli kubok, medal və diplomla təltif olunub.

Qeyd edək ki, R.Cəfərli karatenin kyokuşin növü üzrə 2016-cı ildə Macarıstanda keçirilən dünya çempionatında III, 2017-ci ildə Türkiyədə təşkil olunan beynəlxalq turnirdə I yerə layiq görülüb. R.Cəfərli karatenin kyokuşin növündə dünya üzrə 12-13 yaşlı 10 ən yaxşı idmançının yer aldığı sıyahıya daxil edilib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-12-2017
17-12-2017
16-12-2017
16.12.2017 Neft ucuzlaşdı

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4968 san