11:20 24 Noyabr 2017
2408 dəfə oxunub
Çap versiyası
Şəmsəddin Əliyev
“Polisə Dəstək” İB-nin sədri

 

Separatizm fransız dilində “separatizme”, latın dilində isə “seperatus” sözündəndir - “ayrılma” mənasını verir. Nəzəri mənada dövlətin ərazisinin müəyyən hissəsinin ayrılmasına, yeni, müstəqil, suveren dövlətin yaradılmasına və muxtariyyət statusunun alınması məqsəqilə ambisiyalı dəstələrin siyasi və praktik fəaliyyəti anlaşılır. Lakonik mənada separitizm - müəyyən qrupun qanuna zidd formada dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli təhlükəsizliyinə təhlükə mənbəyi sayılan fəaliyyətdir. Separatizm bir tərəfdən “xalqların öz müqəddaratını təyin etmək” xülyasından doğursa, digər tərəfdən beynəlxalq hüququn hamılıqla tanınmış - dövlətlərin “suverenlik”, “ərazi bütövlüyü”, “sərhədlərin toxunulmazlığı” prinsiplərini pozmaqla beynəlxalq aləmdə millətlərarası və dövlətlərarası münaqişə ocaqlarının meydana gəlməsinə real zəmin yaradır. Bəzən dini və milli azlıqların, insan və xalqların hüquqlarlarının kobud şəkildə pozulması halları separatizm ocağının alovlanmasını sürətləndirir, yeni, gənc milli dövlətlərin yaranmasında mühüm rol oynayır. Bu gün, XXI əsrin ilk onilliklərində separatizmə meyl həm inkişaf etmiş, (Kanada İspaniya və s.)həm də, inkişaf etməkdə olan (Hindistan, Pakistan, İraq və Afrika dövlətləri) ölkələr üçün ciddi problemlər yaradır.

Separatizm çox milyonlu SSRİ-nin, Yuqoslaviyanın, Çexoslavakiyanın, Avstriya, Macarıstan ölkələrinin dağılmasında mühüm alət rolunu oynamışdır. Beynəlxalq təhlillərə istinadən demək olar ki, dünyada separatizmin əlli əsas ocaqları qeydə alınmışdır. Ümumilikdə separatizmin heç bir çərçivəyə sığmayan hərəkətləri dünyanın 12,7 mln kv km ərazisini əhatə etmiş (söhbət əsas əlli ocağın zəbt etdiyi ərazidən gedir) və 220 mln əhalinin yaşadığı geniş ərazidə metastaz verə biləcək münaqişə mənbəyinə çevrilmişdir. Qeyd etdiyim təhlilə əsasən separatizmin 6 coğrafi tipini təqdim etmək olar: Qərbi Avropa tipinə 8, Şərqi Avropa tipinə 12, İslam dünyasına 6, Asiya tipinə 14, Afrika ölkələri tipinə 6 və Amerika tipinə 4 belə ocaq düşür. 50 münaqişə ocağının 20 -də münaqişə və qarşıdurma hərbi xarakter daşıyır. Bu, Asiya üçün daha xarakterik haldır. Planetin onlarla hissəsində seperatizmin təzahürü beynəlxalq aləmdə potensial təhlükədir .

1991-ci ildə Sovetlər İttifaqı süqut etdikdən sonra, dağılmış ittifaqın subyektlərindən olan Ermənistan, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı işğal etmiş, insanlığa qarşı ən ağır cinayətlərdən sayılan və hamıya bəlli olan Xocalı soyqırımını törətmiş, başqa dövlətlərin hərbi arsenalından və gücündən istifadə edərək Azərbaycanın milli təhlükəsizliyinə qəsd etmiş, xalqımıza qarşı faşizm ideologiyasına xas siyasətə başlamışdır. BMT TŞ-nın məlum qətnamələrinə baxmayaraq bu siyasət əhəmiyyətini itirməməmiş, əksinə müstəsna həyasızlıqla davam edir.

Separatizmi Etnik və Dini dəstələr növündə iki yerə ayırmaq olar. Birinci halda – etnik azlıq ayrılmağın tərəfdarı, digəri - dinin tərəfdarıdır. Seperatizmi məqsədlərinə görə də fərqləndirmək mümkündür. Bu mənada yeni, müstəqil dövlət təşkil etmək arzusu ilə ayrılmaq və qanunsuz silahlı dəstələrdə birləşməsi başa düşülür. Türkiyədə Kürd, Çin Xalq Respublikasında isə Uyğurların separatizm hərəkatını buna əyani misal kimi göstərmək olar. İkincisində məqsəd başqa dövlətə birləşmək cəhdi ilə müşayiət olunan separatizmdir, məsələn: Çinin Muxtar Regionunun Monqolustana birləşməsilə bağlı olan seperatizm. (Çinin Muxtar Regionu Monqulustanın ərazisində olduğuna görə ora birləşmək istəyi). Üçüncü halda dövlətin daxilində qalmaqla geniş muxtariyyət əldə etmək məqsədilə separatizm. Məsələn: Fransa dövlətində Korsikin muxtariyyət hüququnun genişləndirilməsi uğrunda mübarizə.

Müasir dövrdə öz müqəddəratını dinc və yaxud, hərbi arsenalın tətbiqi yolu ilə müəyyən etmə halları Rusiyada çeçenlərin və tatarların (1992-ci ildə), İndoneziyada açekstlərin, Şərqi Pakistanda benqalların və puştunların, Hindistanın Şimali-Şərqində çox saylı separatçı hərəkətləri, İranda kürdlərin, İraq və Türkiyədə, Sudanda qeyri müsəlman əhalinin təhlükəli davranışlarını, Albanların Serbiyada və Makedoniyada, İrlandların Böyük Bitaniyada, Abxazların və Osetinlərin Gürcüstanda, ermənilərin Azərbaycanın suverenliyi daxilində, Uyğurların, Tibetlilərin Çində, Hindular ABŞ da distant üsulla idarə olunan müəyyən qrupların legitimləşməyən “demokratik islahatları”göstərmək olar.

Qeyd etdiklərim Beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərinin qəlibinə sığmadığından “müstəqil dövlət” yaratmaq ideyasını beynəlxalq ictimaiyyət qəbul etmir. Heç BMT də, indiki halda bunun hayında və tərəfdarı deyil. Ən azı ona görə ki, Millətlər təşkilatı onun subyekti olan ölkələrin suverenliyini müdafiə edə və dövlətlərin daxili işinə müdaxiləni qəbuledilməz saysa da, bu qadağanı nizamnaməsinə uyğun digər dövlətlərdən tələb edə bilmir. Faktiki olaraq BMT dünyada artıq nüfuzunu xərcləmiş bir təşkilata çevrilib. Yetər ki, üzv dövlətlər ondan üz döndərsələr, kağızdan düzələn evcik kimi dağılacaq. İndi, yeni bir beynəlxalq qurumun təsis edilməsinə və siyasi cəhətdən yetkin, erudiyalı, güclü liderlərə böyük ehtiyac var. Avropa Şurası bu arzuda olsa da, alınmadı. 20 ildən çox müddət ərzində Azərbaycan dövlətinin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması və yaxud, məsələnin dinc yolla həllinə imkan verilməməsi belə deməyə əsas verir. Nə BMT, nə də, vasitəçilik qrup qane edəcək bir siyasət ortaya qoya bilmədilər, istəmədilər. Bu məsələdə BMT və ATƏT danışan alətə xas davrandılar,müqəvva siyasətinə üstünlük verdilər. Təssüflər olsun ki, ərazimizin işğaldan qeyd-şərtsiz azad olunması barədə BMT TŞ-nin məlum qətnamələri icraya yönəlmədiyindən məsələyə beynəlxalq hüququn prinsiplərinə uyğun baxılması müxtəlif və vecsiz bəyanatlarla yubanır. Güc tətbiq etmək hüququ isə Baş Komandanın özgəninkiləşdirilməyən hüquqları və səlahiyyətləri sırasındadır.

Yuxarıda toxunduğum kimi ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası beynəlxalq hüququn prinsiplərinə hörmətsizlik və laqeydlik ruhunda davranması separatizmin, söndürülməmiş ocağın alovlanmasına şərait yaradılır.

Adətən sosial-iqtisadi vəziyyətin gözlənilməz dəyişikliyi, qeyri-siyasi sabitliyin yaranması və ya, ölkədə iqtisadi böhran vəziyyəti nəticəsində etnik və dini münaqişələr separitizmə gedən yolu qısaldır. Qeyd etdiyim kimi bunun bariz nümunəsi olaraq sosialist sisteminin çökdüyü bir dövrdə dünyanın super dövləti olan Sovet ittifaqını, habelə sosialist Çexoslavakiya və Yuqoslaviyanı göstərmək olar.

Keçmişdə separat hərəkatlar və birləşmələr nəticəsində bir sıra ümumdünya və regional beynəlxalq təşkilatlar yaranmağa başladı. Bura BMT-da nümayəndəliyi olmayan “millətlərin və xalqların təşkilatını” aid etmək olar. Postsovet məkanında olan müstəqil dövlətlər birliyinin analoqu kimi “tanınmayan dövlətlərin birliyi”, xalqların hüquqları və demokratiya uğrunda hərəkatı aid etmək olar və s.

Ekspertlər hesab edirlər ki, dövlət daxilində özbaşınalıqlara, itaətsizliyə, ictimai asayişin kütləvi şəkildə pozulmasına, qeyri-siyasi sabitliyə gətirib çıxaracaq hərəkət və hərəkətsizliklərin qarşısını almaq məqsədilə cəzanın sərtləşməsinə ehtiyac var. Separatizmə açıq çağırışlar siyasi-iqtisadi vəziyyətə neqativ təsir etdiyindən RF-da 5 ilə qədər azadlıqdan məhrumetmə və üç ilə qədər müəyyən vəzifə tutma hüququndan məhrumetmə cazası müəyyən edilir.

Azərbaycan Respublikası Konstitusiyasında dövlətin ərazisinin qanuni yolla, ümumxalq səs vermə - Referendum vasitəsilə dəyişdirilməsinin mümkünlüyü ehtiva edilmişdir. Belə ki, Konstitusiyanın 3-cü maddəsinə görə Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni Referendumla həll edə bilər. Əsas qanunda “Azərbaycan Respublikası dövlət sərhədlərinin dəyişdirilməsi də yalnız Referendumla həlli” qeyd edilmişdir. İstənilən halda separatizm bütün dövlətlər üçün arzu olunmaz və zərərli düşüncədir. Bu sayaq düşünən qrup, siyasi və dini təşkilatı vətəndaşı olduğu dövlət qəbul etmir.

Mövcud ictimai institutlara qeyri-müəyyən utopik baxışlar, həddən artıq fərdiyyətçilik halları dövlət əleyhinə neqativ əhval-ruhiyyənin yayılmasına səbəb olduğundan CM-nin müvafiq məddələrinin dispozisiyası və sanksiyalarında cəzanı sərtləşdirən dəyişiklərin edilməsi vacib məsələlərdəndir.


Müəllifin digər yazıları

  1. SEPARATİZM VƏ ONU DOĞURAN SƏBƏBLƏR
  2. Korrupsiya müasir dünyanın ciddi problemlərindəndir
  3. CƏZA, CİNAYƏTƏ GÖRƏ QİSASDIR
  4. Avropa insan hüquqları məhkəməsinin qərarlarına üstünlük verilməlidirmi?
  5. Avropa, avropada nüfuzunu itirməkdədir
  6. Kibernetika əleyhinə olan cinayətkarlıq. (Kompyuter cinayətkarlığı)
  7. Cinayətkarlığın xəbərdarlığı və profilaktikasında ictimaiyyətin rolu
  8. XOCALI SOYQIRIMI UNUDULMAYACAQ
  9. İNSANLARİN ƏN XEYİRLİSİ... (Bir millət vəkilinin davranışına söz ardı.)
  10. DİNİ RADİKALİZMƏ QARŞI BİRLƏŞƏK!
  11. Terrorizmin spesifik cəhətləri
  12. QARDAŞ XALQIN CƏSARƏTİ ÖLÜM HÖKMÜNÜ DİQTƏ EDİR
  13. TERRORÇULUQ - XXI ƏSRİN MÜHARİBƏSİ
  14. Nikah, boşanma və aliment
  15. Hakimiyyət və müxalifət
  16. Cinayətkarlığın anatomiyası
  17. Ailə - məişət zorakılıqları
  18. TƏQSİRSİZLİK PREZUMPSİYASINA PROSESUAL EHTİYAC VARMI?
  19. Müstəqil Azərbaycan polisinin nüfuzu artır
  20. ƏVVƏLLƏR MƏHKUM OLUNMUŞ ŞƏXSLƏRİN CİNAYƏTLƏRİ
  21. Xalq rüsvayçılığa, bəşəriyyət isə müharibəyə yox deyir
  22. MƏNZİL OĞURLUQLARINA QARŞI MÜBARİZƏ PROBLEMLİ MƏSƏLƏDİR
  23. Cəmiyyətin dəstəyi polisin dayağıdır
  24. Dövlət və cəmiyyət qarşısında mənəvi borcumuz...
  25. İstintaq komitəsi lazımdırmı?
  26. QƏTİYYƏTLİ İNSAN, SƏDAQƏTLİ VƏTƏNDAŞ
  27. “Söndürülməmiş ocaq”
  28. Efir, aparıcının özəl mülkiyyəti deyil
  29. Yetkinlik yaşına çatmayanların cinayətlərinin kriminoloji təhlili
  30. Residiv cinayətkarlığa akademik baxış
  31. Cinayətkarlıqla mübarizə
  32. İnsanın ağlı onun əxlaqı və ədəbi ilə ölçülür və ya baş vermiş bir hadisəyə sözardı
  33. “ Qalxın ayağa məhkəmə gəlir! “
  34. “İnsan alveri ilə mübarizə”
  35. İnsan alverinin formaları
  36. Polis və Cəmiyyət
  37. İTKİN DÜŞƏNLƏRİN AXTARIŞINA NƏZƏRİ BAXIŞ
  38. Polisin işini rəğbətləndirməyi bacarmırıq.Niyə?
  39. BMT-nin TŞ 1990-cı ildə Küveytin azad olunmasına dair bir qətnamə, Qarabağa dair isə 4 qətnamə qəbul etmişdi. Küveyt azad olundu, Qarabağ isə...
  40. İnsan alveri cinayətləri, səbəblər və aradan qaldırılması yolları
  41. Məişət zorakılıqları... Problemlər və səbəblər
  42. Narkomanlığın aradan qaldırılmasına təkliflər
  43. NARAHAT GECƏLƏR
  44. VAHİDLİYİMİZ DÖVLƏTİMİZİN TƏMƏLİNİ TƏŞKİL EDİR
  45. “Qəbristanlığın səssizliyi heç kimi aldatmasın”
  46. Qulun ağasına itaət etdiyi kimi qanunlara itaət etsək,onun sərtliyinə ehtiyac qalmır
  47. Narkomaniya və HİV-lə mübarizəyə tarixi baxış
  48. Narkomaniyanın cəmiyyətdəki fəsadları – Təhlil
  49. Riçard Morninqstara Açıq məktub
  50. Cəmiyyətin səfil,simasını itirmiş “ uşaqları” və yaxud lümpen təbəqəsi
  51. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmağa görə cəza sərtləşməlidir
  52. Vətənə sədaqət korrupsiyaya "YOX" demək
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-12-2017
17-12-2017
16-12-2017
16.12.2017 Neft ucuzlaşdı

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.506 san