12:07 24 Noyabr 2017
248 dəfə oxunub
Çap versiyası
...

Alman və türk siyasətçiləri Almaniyanın şimal-qərbində yerləşən Möln şəhərində 25 il bundan əvvəl neonasistlər tərəfindən təşkil edilən yanğının qurbanlarının xatirəsini yad ediblər.

1992-ci il noyabrın 23-də neonasistlər Mölndə türklərin yaşadığı iki evə “Molotov kokteyli” tullayıblar. Yanğında 51 yaşlı Bahidə Arslan və onun iki nəvəsi – 10 yaşlı Yeliz və 14 yaşlı Ayzə həlak olublar. Daha 9 nəfər müxtəlif dərəcəsi yanma xəsarətləri alıb.

Strategiya.az xəbər verir ki, şəhər məscidində başlanmış anım tədbirinin əvvəlində həlak olanların ruhuna dualar oxunub. Xristian və müsəlman icmalarının üzvləri basqın nəticəsində həlak olan 3 nəfərin xatirəsini ehtiramla yad ediblər. Türkiyənin Almaniyadakı səfiri Əli Kamal siyasətçilərin və ictimaiyyətin həmin hadisədən dərs alacağına ümidvar olduğunu bildirib.

Anım mərasimində həmin yanğın vaxtı 7 yaşı olan İbrahim Arslan və onun atası Faruk Arslan da iştirak ediblər.

Vüqar Seyidov


Şərh yaz




Enter Code*:

Son xəbərlər
NASA yeni planet kəşf edib
08:23 18.12/2017
 
Xəbər başlıqları
18-12-2017
17-12-2017
16-12-2017
16.12.2017 Neft ucuzlaşdı

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5807 san