17:24 24 Noyabr 2017
178 dəfə oxunub
Çap versiyası
...

SOCAR-ın 5,7 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim”in ərazisində inşasını davam etdirdiyi “Star” neft emalı zavodu 2018-ci il oktyabrın 1-də istifadəyə veriləcək.

Bu barədə “Star” neft emalı zavodunun baş direktoru Mesut İlter deyib. Bildirilib ki, layihə üzrə işlərin 96,4 faizi görülüb. “Star” hər il 10 milyon ton xam neft emal edəcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu və 160 min ton kükürd istehsal olunacaq.

Qeyd edək ki, “Star” neft emalı zavodundan ilk 5 ildə hər il Azərbaycan iqtisadiyyatına 614 milyon dollar gəlir gələcək. Növbəti 10 il ərzində isə “Star”dan hər il 864 milyon dollar əməliyyat gəliri gələcəyi gözlənilir.

Xatırladaq ki, “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.

SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları isə belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neft ucuzlaşdı
10:24 16.12/2017
 
Xəbər başlıqları
18-12-2017
17-12-2017
16-12-2017
16.12.2017 Neft ucuzlaşdı

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.603 san