22:47 24 Noyabr 2017
168 dəfə oxunub
Çap versiyası
...

Gələn il Yaponiyada baş tutacaq voleybolçu qadınlar arasında Dünya çempionatının oyunlarının keçiriləcəyi şəhərlər bəlli olub. Azərbaycan millisinin də iştirak edəcəyi yarışın oyunları gündoğar ölkənin 6 şəhərində təşkil olunacaq.

 Mundialın qalibini müəyyənləşdirəcək görüşlər Yokohama, Sapporo, Kobe, Hamamatsu, Naqoya və Osakada baş tutacaq. Gələn il sentyabrın 29-dan oktyabrın 20-dək davam edəcək dünya birinciliyində 24 kollektiv mübarizə aparacaq. Komandalar 4 qrupda mübarizə aparacaqlar. A qrupunun oyunları Yokohamada "Yokohama Arena"da, B qrupunun oyunları Sapporoda "Hokkaydo Prefekturalasının İdman Mərkəzi"ndə, C qrupunun oyunları Kobedə "Qrin Arena"da, D qrupunun oyunları isə Hamamatsuda "Hamamatsu" arenasında keçiriləcək. Növbəti mərhələyə çıxacaq komandalar hərəsində 8 kollektiv olmaqla 2 qrupda yarışacaqlar. II mərhələ Osakada İdman sarayında və Noqayada "Nippon Qaişi" arenasında baş tutacaq. III mərhələyə çıxacaq 6 yığma 2 qrupda olmaqla yenə Noqayada yarışacaqlar. Mundialın yarımfinal və final qarşılaşmaları Yokohamada keçiriləcək. Qrup mərhələsinin püşkatması bu il dekabrda baş tutacaq.

Qeyd edək ki, meydan sahibi Yaponiya və son çempion ABŞ yığmaları ilə yanaşı, Avropadan Serbiya, Rusiya, Azərbaycan, Türkiyə, İtaliya, Almaniya, Niderland, Bolqarıstan, Asiyadan Çin, Cənubi Koreya, Tailand, Qazaxıstan, Afrikadan Kamerun, Keniya,
Şimali və Mərkəzi Amerika, Karib Dənizi Hövzəsindən Kanada, Kuba, Dominikan Respublikası, Puerto-Riko, Meksika ,Trinidad və Tobaqo, Cənubi Amerikadan Braziliya, Argentina kollektivləri birincilik uğrunda mübarizə aparacaqlar.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-12-2017
17-12-2017
16-12-2017
16.12.2017 Neft ucuzlaşdı

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5542 san