08:38 25 Noyabr 2017
320 dəfə oxunub
Çap versiyası
...

 

Batumidə hoteldə baş vermiş yanğın nəticəsində 21 nəfər xəsarət alıb və onlar xəstəxanalara yerləşdirilib.

Strategiya.az-ın APA-ya istinadən məlumatına əsasən, bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Zaza Sopromadze deyib.

O bildirib ki, onlardan biri yanğınsöndürəndir. Nazir müavini xəsarət alan şəxslərin həyatlarının təhlükədə olmadığını qeyd edib.  

Baş vermiş faciə ilə bağlı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, parlamentin spikeri İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze başsağlığı veriblər.

Yanğın baş vermiş “Leogrand” hotelinin türkiyəli iş adamı Erol Avgörenə məxsus olduğu bildirilir.

-----

Batumidə “Leogrand” hotelində baş vermiş yanğın nəticəsində 4 nəfər ölüb.

Strategiya.az-ın APA-ya istinadən məlumatına əsasən, bu barədə şəhərin təcili tibbi yardım xidmətindən bildirilib. 

Hotelin elektrik enerjisi ilə təchizatı dayandırılıb. İnsanların təxliyəsi davam etdirilir. Hoteldə “Miss Gürcüstan 2017” müsabiqəsinin iştirakçıları da olub. Onlar xəsarət almayıblar.

Yanğının hotelin mətbəxlərindən birində baş verdiyi bildirilir. 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
21.07.2018 Neft bahalaşıb
20-07-2018
20.07.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5052 san