09:12 25 Noyabr 2017
340 dəfə oxunub
Çap versiyası
...

Noyabrın 28-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən bildiriblər ki, diskontlu istiqrazların ümumi həcmi 30 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 182 gün, ödəmə tarixi 2018-ci il mayın 29-dadır. "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərtilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neft ucuzlaşıb
09:16 23.07/2018
Neft bahalaşıb
10:23 21.07/2018
 
Xəbər başlıqları
23-07-2018
23.07.2018 Neft ucuzlaşıb
23.07.2018 Abşeronda yanğın
22-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7159 san