09:55 25 Noyabr 2017
217 dəfə oxunub
Çap versiyası
...

Nazirlər Kabineti “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nda dəyişikliklər edib.

Strategiya.az “Report”a istinadən xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərar Nazirlər Kabinetinin “Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Prezidentinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 519-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 1292 nömrəli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 642-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Qanununun tətbiq edilməsi barədə” 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 1 may tarixli 1353 nömrəli fərmanlarının 1.2-ci bəndlərinin və “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 1358 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi qəbul olunub:

Qaydalara aşağıdakı dəyişikliklər edilib:

1. 1.1-ci bəndə “rüsumunun” sözündən sonra “20 faizinin (Qanunun 4.1-ci maddəsi nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

2. 2.1.2-ci yarımbənddə “25 faizi” sözləri “bu Qaydaların 1.1-ci bəndində nəzərdə tutulan hissəsi” sözləri ilə əvəz edilsin.

3. 3.5-ci bənd üzrə: 3.1. birinci cümlədə “75 faizi dövlət büdcəsinin gəlirlərinə, 25 faizi” sözləri “20 faizi (Qanunun 4.1-ci maddəsi nəzərə alınmaqla)” sözləri ilə əvəz edilsin; 3.2. ikinci cümlədə “Dövlət büdcəsinə daxil olmuş vəsaitlərin 25 faizinin” sözləri “Həmin vəsaitin” sözləri ilə əvəz edilsin.

4. 3.6.3-3.6.5-ci yarımbəndlərdən “dövlət rüsumunun 25 faizi üzrə” sözləri çıxarılsın.

5. 3.6.6-cı yarımbənddən “dövlət rüsumunun 25 faizi hesabına” sözləri çıxarılsın.

6. Bu Qaydalara əlavə - “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 25 faizi hesabına formalaşan büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetasının icrası barədə rüblük hesabat”ın adında “dövlət rüsumunun 25 faizi” sözləri “dövlət rüsumu” sözləri ilə əvəz edilsin.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-12-2017
18.12.2017 Neft bahalaşıb
17-12-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3909 san