08:15 03 Dekabr 2017
1140 dəfə oxunub
Çap versiyası
Vüqar Seyidov
Tarix üzrə fəlsəfə doktoru

Pis vəziyyətə düşməmək və cərimə olunmamaq üçün turistlərə, elə almanların özünə də Almaniyanın şəhər və kəndlərinin küçələrində hansı hərəkətləri etməməyi bilmək vacibdir. Strategiya.az həmvətənlərimiz üçün qeyri-adi, Almaniyada isə qayda pozuntusu sayılan hərəkətlərin siyahısını təqdim edir.
Məsələn, bu yaxınlarda Düsseldorfda 86 yaşlı təqaüdçüyə dayanacaqda oturub dincəldiyinə görə cərimə yazıblar. Buna səbəb – həmin dayanacaqdan onun təyinatına aid olmayan məqsədlər üçün istifadə edilməsi olub, çünki bu şəxs orada avtobus gözləmirdi. Almaniyanın bəzi regionlarında əgər siz stansiyada və dayanacaqda elə-belə oturmusunuzsa, həqiqətən də cərimə tətbiq edilir. Təqaüdçüyə 35 avro cəriməni ödəmək lazım gəlməyib, çünki o, demensiya və ürək xəstəliyindən əziyyət çəkirmiş və ona dincəlmək vacib idi. Yalnız müvafiq tibbi arayış təqdim ediləndən sonra təqaüdçünün üzərindən cərimə götürülüb.
Bu qayda praktikada az istifadə olunsa da, Almaniyanın bir çox şəhərlərində ictimai nəqliyyatda alkoqol qəbul etmək həqiqətən də qadağandır. Avtobus, metro və tramvaya pivə və çaxır şüşəsi ilə daxil olmaq mümkündür. Lakin alkoqol şüşəsini nəqliyyatda açıb qəbul etmək qadağan edilir. Bu qaydalar Berlin, Münxen, Nürnberq, Ştutqart və Duysburqa tətbiq edilir. IC и ICE tipli sürətli qatarlara bu, aid edilmir.
Banan qabığı, alma cecəsi və hətta giləmeyvə tumlarını yerə atmaq olmaz: belə hərəkətlərə görə cərimə 10 avrodan 20 avroyadəkdir.
Qayıdaq ictimai nəqliyyata. Şaurma və ya kartof-frinin qoxusu çətin ki, digər sərnişinlərin xoşuna gələ bilər. Bu səbəbdən avtobus, metro və tramvaylarda yemək-içmək xoş qarşılanmır. Əgər siz yeməyiniz və ya içkinizlə oturacağı çirkləndirsəniz, o halda 40 avro cərimə ödəməlisiniz.
2017-ci ilin aprelindən Kölndə qəlyan çəkmək qadağan olunub. Amma bu qadağa şəhərin yalnız bir ərazisinə - Reyn sahilində yerləşən Doyts rayonuna aiddir. Qayda pozanların 75 avrodan 150 avroyadək cərimə ödəmək qorxusu var.
Siqareti küçədə çəkmək və sonra kötüyünü yerə atmaq yaxşı ideya deyil. Bu hərəkətə görə cərimə 20 avrodur.
Saqqız da zibilə aiddir, onu da təyin olunmayan yerə atanların cəzası 10-20 avro arası təşkil edir.
Almaniya parklarında çiçək kərdisindən buket toplamaq və ya gül dərmək cəzasız ötüşməyəcək. Buna görə cərimələr lazımıncadır. Bu, dəcəllik deyil, maddi ziyanın vurulmasıdır.
"Wildpinkler” – Almaniyada ayaqyoluna "çata bilməyən” adamları belə adlandırırlar. Yaxşısı budur, belə zarafat etməyəsiniz. Çünki bu hərəkəti törədən ən pis halda bir ilədək azadlıqdan məhrum edilə bilər. Xuliqanlığa görə minimal cərimə isə 35 avrodur.


Müəllifin digər yazıları

  1. AFR DİN rəhbəri federal kanslerə güzəşt edir
  2. Almaniyada Hitler dövrünün kilsə zəngləri hələ də qalır
  3. Səmimi, amma nəticəsiz olmuş görüş
  4. Berlin Ukrayna tranzitinin saxlanılmasında israrlıdır
  5. Almaniyanın yeni hökumətinin prioritetləri nələrdir?
  6. BMT Təhlükəsizlik Şurasının “Afrin çoxgedişlisi”
  7. Deyəsən Avropa dağılır
  8. Almaniya hökuməti Hanoy hakimiyyət orqanlarını kəskin tənqid edib
  9. Almaniyada erməni fırıldaqları
  10. Avropa İnsan Haqları Məhkəməsi erməni mif yaradıcılığı barədə növbəti qərar çıxarıb
  11. Almaniyada hansı hərəkətləri etmək olmaz?
  12. Ermənistan nümayəndə heyəti Brüsseldən əliboş qayıdıb
  13. AFR Prezidenti Moskvaya səfər edəcək
  14. Hazırda Almaniya iqtisadiyyatı nə vəziyyətdədir?
  15. Tehran, Moskva və Ankara İdlibdə təhlükəsizliyə dair mövqelərini tutuşdururlar
  16. Almaniyada erməni kredit mafiyası ifşa edilib
  17. Almaniyada qaçqınlar işləyən müəssisələrin sayı üçqat artıb
  18. Dünya güclü kiberhücuma məruz qalıb
  19. Almaniyanın ən kiçik seçki məntəqəsi - xalliq Gröde
  20. Almaniyalı ekspertlər Angela Merkelin Soçiyə səfərinə münasibət bildirirlər
  21. Ksenofob zabitin suriyalı qaçqın adı altında terror aktı hazırlaması ehtimal edilir
  22. Berlin İsraillə diplomatik qalmaqala səbəb olub
  23. “Avropanın nəbzi” həftənin bazar günlərində Almaniya küçələrində hökmranlıq edir
  24. Alman mətbuatında Xocalı soyqırımı ilə bağlı müxtəlif məqalələr dərc edilib
  25. Almaniyada prezidenti necə seçirlər?
  26. Donald Trampın himayəçiliyi Almaniya biznesini narahat edir
  27. Konyakdan narkotiklərədək və ya ermənilərin rüsvayçılıq girdabından çıxmaq üçün konvulsiv cəhdləri
  28. Angela Merkel Avropa İttifaqını “Brexit”dən sonra birliyə çağırıb
  29. “Eurasia News” portalı Azərbaycan əsgərinin cəsədinin ermənilər tərəfindən təhqir olunmasından yazır
  30. Potensial terrorçular güclü müşahidə altındadırlar
  31. Berlindəki hadisə terror aktıdırmı?
  32. AFR DİN: Almaniya terrorçuların hədəfindədir
  33. Drezden sarayında ən məxfi illik forum keçirilir
  34. Oxfam: dünyada sosial təbəqələşmə kəskinləşir
  35. Soyqırımı kim-kimə qarşı törətmişdir? 1914-1922-ci illərdə qətlə yetirilmiş dinc ermənilərin və müsəlmanların sayı məsələsinə dair
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-07-2018
23.07.2018 Neft ucuzlaşıb
23.07.2018 Abşeronda yanğın
22-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8298 san