22:31 05 Dekabr 2017
210 dəfə oxunub
Çap versiyası
...

Şirvan sakinindən 2 kq-dan artıq narkotik vasitə olan marixuana aşkar olunub. Polis narkotik vasitəni maddi sübut kimi götürüb. Cəlilabadda isə heroin satmaq istəyən iran vətəndaşı saxlanılıb.

Narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs iş başında yaxalanıb..

Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklə mübarizə qrupu əməkdaşlarının məlumat əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İlyas İlyasov saxlanılıb. Polis onun üzərində 2 kq-dan artıq qurudulmuş marixuana aşkar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Cəlilabadda isə narkotik satmaq istəyən İran vətəndaşı saxlanılıb. Məlum olub ki, sərhəd buraxılış məntəqəsindən qanuni yolla Azərbaycan ərazisinə keçən Sabir Dərgahi burada digər İran vətəndaşı olan Əli adlı şəxsdən satılması üçün narkotik maddə əldə edib. O, narkotik maddəni şərti alıcıya satmaq istəyərkən iş başında yaxalanıb. Saxlanılarkən onun üzərində olan 10 qrama yaxın heroin maddi sübut kimi götürülüb. Faktla bağlı Cinayət məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi başlanıb, istintaq davam edir. 

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-12-2017
15-12-2017
15.12.2017 Neft bahalaşır
14-12-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.647 san