09:38 07 Dekabr 2017
2876 dəfə oxunub
Çap versiyası
...

Külәk әsir... üşüyür yenә daş-divar,
Sәkilәrin üstünә düşür damcılar,
Küçәlәrdәn tәlәsik keçib gedirlәr,
Sәni xatırlayıram, qәlbimdә kәdәr –
Biz dә belә gedәrdik,
Külәkli havalarda, yağışlı havalarda.

Külәk әsir, titrәyir qapı-pәncәrә,
Yağış yağır... şırhaşır düşür şәhәrә,
Dalda yerә çәkilir bir qız, bir oğlan
Qorxub yağışdan.
Biz dә belә edәrdik,
Külәkli havalarda, yağışlı havalarda.

Külәk әsir... sevdiyin mahnını çalır,
Yağış yağır, o vaxtı yadıma salır.
Bir qız keçir sәn geyәn jaketdә bu dәm,
Duman çökmüş şüşәdәn onu görürәm,
Sәni görmürәm...
Külәkli havalarda, yağışlı havalarda.

Külәk әsir, közәrir odum, yanıram,
Yağış yağır, gözümdәn yağır sanıram,
Sәni, sәni axtarır, sәni gәzirәm.
Başqa vaxtı hicrinә bir cür dözürәm,
Ancaq dözә bilmirәm
Külәkli havalarda, yağışlı havalarda.

QABİL - "Küləkli havalarda, yağışlı havalarda"
1961

"Əsərlər" külliyyatı, 2-ci cild, səh.266


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Çəhrayı qərənfillər
14:55 25.05/2018
BAŞA DÜŞMƏDİ
09:19 17.05/2018
"Orada bir evim var"
13:01 08.05/2018
Bizim Bərdə torpağı
13:58 12.03/2018
Sizi deyib gəlmişəm
09:28 22.02/2018
 
Xəbər başlıqları
26-05-2018
25-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0348 san