11:34 07 Dekabr 2017
116 dəfə oxunub
Çap versiyası
...

Çərşənbə günü, dekabrın 6-da səhər saat 5 radələrində Los-Ancelesdə 405-ci avtomagistralın və Brentvud rayonundakı Mulholland drayvının yaxınlığında başlanmış yanğın gün ərzində güclənməkdə davam edib.

Yanğına qarşı mübarizəyə 350-dən çox yanğınsöndürən və bir neçə helikopter cəlb edilib. Dekabrın 6-da günün sonuna qədər yanğını yalnız 5 faiz söndürmək mümkün olub. Los-Anceles yanğınsöndürmə xidməti departamentinin məlumatına görə, 405-ci avtomagistral qeyri-müəyyən müddətə bağlanıb. Bundan əlavə, rayonun hakimiyyət orqanları varlılar yaşayan məşhur Bel-Eyr məhəlləsinin sakinlərinin məcburi qaydada təxliyə edilməsi barədə sərəncam veriblər.

Los-Anceles meri Erik Qarsetti mətbuat üçün bəyanatında bildirib ki, yanğın nəticəsində bu rayondakı 11 yaşayış iqamətgahı zərər çəkib, azı 6 yaşayış binası dağılıb. Qarsetti Bel-Eyr rayonunda fövqəladə vəziyyət elan edib. Los-Anceles məktəb dairəsi administrasiyasının press-relizində bildirilir ki, San-Fernando vadisində və Los-Ancelesin qərbində yerləşən 265 məktəbin hamısı yanğınla əlaqədar, cümə gününə qədər bağlanıb. Yanğına səbəb kimi, sürəti saatda 120-130 kilometrə çatan şiddətli küləklər və Cənubi Kaliforniyada rütubət səviyyəsinin aşağı olması göstərilir.

Yusif Babanlı


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-12-2017
15-12-2017
15.12.2017 Neft bahalaşır
14-12-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6698 san