22:53 07 Dekabr 2017
232 dəfə oxunub
Çap versiyası
...

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon söhbəti zamanı ABŞ prezidenti Donald Trampın Qüdsə dair bəyanatından sonra Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə ediblər. Trend RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

 


Prezidentlər ABŞ-n Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə əlaqədar ciddi narahatlıq ifadə edib.

"Hər iki tərəf Birləşmiş Ştatların səfirliyi Tel-Əvivdən Qüdsə köçürülməsinə dair planlarından ciddi narahatdır. Bu cür addımlar Yaxın Şərqdəki sülh prosesinə xələl gətirə bilər", - deyə mətbuat xidmətində bildiriblər.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-12-2017
15-12-2017
15.12.2017 Neft bahalaşır
14-12-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7567 san