15:00 15 Dekabr 2017
957 dəfə oxunub
Çap versiyası
...

Astara Gömrük İdarəsində İrandan Azərbaycana piyada gələn İran vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.
 
 
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu səbəbdən vətəndaş saxlanılıb və ona məxsus çamadan təkrar yoxlanılıb.
 
Yoxlama zamanı, çamadanda əvvəlcədən gömrük nəzarətinə şifahi, yazılı və ya elektron formada bəyan olunmayan 7 ədəd kiçikölçülü flakonda, təsiredici maddəsinin xalis çəkisi 48,541 qram olan metallik civə aşkar edilib. Bundan başqa, çamadanda ölkə ərazisinə gətirilməsi üçün müvafiq icazə sənədləri olmayan 1 ədəd portativ (əl) metalaxtaran detektor və 1 ədəd metalaxtaran detektorun funksiyalar bloku aşkarlanıb.
 
Xatırladaq ki, metallik civə Azərbaycanın müvafiq qanunu ilə təsdiq edilmiş "Zəhərli maddələrin Siyahısı"na daxildir.
 
Faktla bağlı araşdırma aparılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
"Azərsu"dan acı etiraf
22:07 23.09/2018
Bakıda yanğın
21:58 23.09/2018
Faktiki hava
14:18 23.09/2018
 
Xəbər başlıqları
24-09-2018
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.4084 san