17:47 15 Dekabr 2017
778 dəfə oxunub
Çap versiyası
...

Azərbaycanda yeni tikilən binalardan mənzil almaq üçün yeni qaydalar tətbiq ediləcək.

Strategiya.az bildirir ki, Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Mülki Məcəlləyə dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliklər haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, məqsəd mənzil satışı zamanı bir çox problemlərin yaranmasının, bir mənzilin bir neçə nəfərə satılmasının qarşısını almaqdır.

 

Dəyişikliyə əsasən, Azərbaycanda tikintisi başa çatmayan binaların tərkib hissələrinin (mənzillərin) alqı-satqısı, həmin binalarda mənzil əldə edən şəxslərin mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı çoxlu çatışmazlıqlar, o cümlədən mənzillərin eyni zamanda bir neçə şəxsə satılması kimi sui-istifadə hallarının aradan qaldırılması üçün tam yeni bir mexanizm yaradılacaq. Layihə daşınmaz əmlaka sərəncam verilməsi və daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, notariusla daşınmaz əmlakın dövlət reyestri arasında əlaqələrin elektron informasiya sistemləri vasitəsilə daha çevik qurulması, eləcə də tikilməkdə olan (tikintisi başa çatmayan) binaların tərkib hissələrinin (mənzillərin) alqı-satqısı prosesinin tənzimlənməsi məqsədi ilə hazırlanıb.

Mülki Məcəllənin 144-cü (Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi) maddəsinə təklif edilən dəyişikliyə əsasən, sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması məqsədilə “Notariat haqqında” qanuna uyğun olaraq notariuslarla daşınmaz əmlakın dövlət reyesteri arasında məlumat və sənəd mübadiləsi imkanı, o cümlədən notariusların daşınmaz əmlakın dövlət reyestrinə elektron qaydada birbaşa çıxışı təmin edilməlidir.

Notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neft bahalaşıb
08:55 20.06/2018
Neft ucuzlaşıb
09:34 19.06/2018
 
Xəbər başlıqları
20-06-2018
20.06.2018 Yay gəlir...
20.06.2018 Neft bahalaşıb
20.06.2018 Həbs edildi
19-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.129 san