19:43 30 Dekabr 2017
2604 dəfə oxunub
Çap versiyası

 

 

Oxuduqdan sonra onu digər məktublardan ayırıb bir kənara qoydum. “O bizi ölümdən qurtardı” cümləsi gözümün qabağından getmirdi, üstəlik, üzünü belə görmədiyim müəllifin səsi sanki qulaqlarımda cingildəyirdi.

İşlərimi sahmana salandan sonra yenidən məktuba göz gəzdirdim. Başına gələnləri elə təfərrüatı ilə yazmışdı ki, ondan bu barədə əlavə nəsə soruşmaq artıq olardı. Hadisə də, onun yaşatdığı stress də yəqin ki, uzun illər yadından çıxmayacaqdı.

Amma hər halda, məktubun sonunda yazılmış telefona zəng vurub polisin fədakarlığını, zəhmətini qiymətləndirən, ona dəyər verən soydaşımıza təşəkkür etmək istədim.

Xəttin o başından qadın səsi eşidildi. Özümü təqdim etdim, bizə məktub ünvanladığını dedim.

-Sizdən çox xahiş edirəm, dedi: o polisi tapın, heç olmasa adını, şəklini qəzetinizdə verin ki, qoy insanlarımız belə mərd oğulları, ölümün üstünə gedən polisi tanısınlar. Mən, övladlarım, bir sözlə, həmin gün evimizdə olan hər kəs həyatımızı ona borcluyuq.

Sonuncu cümləni deyəndə səsi titrədi, hiss etdim ki, qəhər onu boğdu. Sağollaşdım.

Gəlin, bir anlıq təsəvvür edək. Gecənin yarısı evimizə tanımadığımız biri soxulmağa çalışır. Daha dəqiq desək, pəncərənin məhəccərini söküb evə girməyə çalışır. Evdə isə körpə uşaq, qız, gəlin var. Pul, qızıl tələb edir. Şübhəsiz ki, ya silahlı adamla əlbəyaxa olmalısan, ya da gücün çatmayırsa, dediyini etməlisən...

O, bir ailəni faciədən qurtardı. Bəlkə də vaxtında çatmasaydılar ertəsi gün qəzetlərin, saytların manşetində hər kəsi sarsıdacaq xəbərdən qanımız qaralacaqdı...

Onu tapmaq çətin olmadı. 13-cü Polis Bölməsindən dedilər ki, polis leytenantı Arif Məmmədov DİN-in hospitalındadır. Əlaqə nömrəsini tapıb görüşmək istədiyimi bildirdim. Yaralı olduğunu hiss etdirməmək üçün özünü tox tutmağa çalışsa da hiss etdim ki, yaraları hələ tam sağalmayıb...

Həmkarıma Daxili İşlər Nazirliyinə ünvanlanan məktubdan söhbət açdım. “O gün yadında necə qalıb”,-dedim.

Sanki həmin anları yenidən yaşayırmış kimi xeyli fikrə getdi və nəhayət dilləndi:

- Saat 4-də məlumat daxil oldu ki, ərazidə evə basqın var, kömək istəyirlər. Artıq ikinci zəng gələndə mənim də daxil olduğum əməliyyat qrupu hadisə yerinə çataçatdaydıq. Evin sahibəsi bildirdi ki, “çağırılmamış qonaq” elə indicə qızılı, pulu alan kimi qaçıb.

Biz onun dediyi istiqamətdə axtarışa başladıq. Birdən binaların arasında gizlənməyə çalışan qaraltı gördüm. Avtomobili saxlatdırıb dalınca qaçdım. Mən xidməti ərazini yaxşı tanıyırdım deyə, binaların arası ilə keçib onun yolunu kəsdim. “Dayan, polis əməkdaşıyam”,- deyəndə üstümə şığıdı. Əlində bıçaq vardı. Bədəncə də məndən çox iriydi. İdman hərəkətləri ilə qəfil hücumu dəf etsəm də zərbələrindən biri sol böyrümə dəydi, digəri isə qolumu yaraladı. Hiss etdim ki, qanım axır. Ancaq bunu biruzə verə bilməzdim, çünki şübhəli yaralandığımı bilib daha da azğınlaşardı. Bıçağı onun əlindən alıb qolunu burdum. Bir az dayandı, təslim olacağını düşündüm. Burnuma ucu biz dəmir parçası ilə dəyən zərbədən sonra anladım ki, onda ikinci bıçaq varmış. Məqsədi məni öldürmək və canını qurtarmaq idi. Bütün gücümü toplayıb hər iki qolunu qanırdım və əllərini bağladım.

Onu bölməyə gətirdik. Gördüm ki, ev sahibi də bölməyə gəlib məni soruşur. Düzü, gözlərim doldu. Mən hospitalda olanda həmin ailə iki dəfə mənə baş çəkməyə gəldi, səhhətimlə maraqlandılar. Bilirsiniz məni məmnun edən daha çox nə oldu? Xanımın ayıqlığı, özünü itirməyib ağıllı qərar vermək bacarığı. Çünki gecənin bir vaxtı dəmir barmaqlıqları kəsərək evə soxulanla özünü itirmədən “bazarlığa getməsi”, güya onunla razılaşıb qızılı, pulu gətirmək bəhanəsi ilə vaxt qazanıb polisə ikinci dəfə zəng vurması qürurverici hərəkətdir...

Hə, onu sizinlə tanış etməyin məqamıdır. Polis leytenantı Arif Məmmədov 1983-cü ildə Şahbuzda doğulub. 2009-cu ildən daxili işlər orqanlarında xidmət edir. Naxçıvan Dövlət Universitetini və DİN-in Polis Akademiyasını bitirib. Hazırda Sabunçu RPİ-nin 13-cü Polis Bölməsində sahə inspektorudur.

Arif Məmmədov vaxtında köməyə çatıb silahlı cinayətkarı zərərsizləşdirməklə bir daha sübut etdi ki, sıralarında yüzlərlə igid Vətən qəhrəmanları yetişdirən Azərbaycan Polisi vətəndaşımıza təhlükədən daha yaxındır...


Müəllifin digər yazıları

  1. Altaylardan gələn Kişi...
  2. Söyməyə, yoxsa gəzməyə qərib ölkə...
  3. Tanıyın!... O, Azərbaycan Polisidir...
  4. Tarix yazan, tarixdə qalan qəhrəmanlar…
  5. 100-ə nə qaldı...
  6. Əsrin faciəsi, qəhrəmanlıq tarixi...
  7. “Gül var Xocalıdan sonra açılmır...”
  8. Nakomaniya ilə mübarizədə KİV-lərin rolu
  9. Ünvanına yetişən məktublar...
  10. Azadlığa can vermişik...
  11. Xilaskar
  12. Bir ömrün qazancı: inam və etibar... (FOTO)
  13. Bu köç hara gedir?...
  14. Uğurlu yollarla irəli…
  15. Tarixə dönənlər...
  16. Biz onları unutmadıq... FOTO
  17. Sizinlə qürur duyuruq… FOTOLAR
  18. Vətəndaşın güvənc yeri
  19. Könül adamı...
  20. Nəyi təbliğ edirsiniz, heç düşündünüzmü? Nəşələnib hallanıram...
  21. Kitab oxuduğunuza görə sizə təşəkkür edirəm …
  22. Vətənin başladığı yerdə… FOTOLAR
  23. Polisi sevənlər və sevdirənlər... (FOTO)
  24. “Mən Azərbaycanlıyam” demək haqqı...
  25. Bu, xilaskar ömrüdür...
  26. Uşaqlar ölməsin....
  27. Polis övladları-onları siz də tanıyın (FOTOLAR)
  28. Polis-döyüşə hazır əsgər kimi ...
  29. Tarixin yaratdığı, tarix yaradan Şəxsiyyət
  30. Xilaskarlar… (FOTO)
  31. Yeni maşınlar təqdim edildi
  32. Xocalıdan başlanan xilaskarlıq... (FOTO)
  33. “Vicdanlı” başlıqlar...
  34. Pirallahı-uzaq və yaxın yaşıl ada…
  35. Vətənpərvər və sağlam gənclik üçün…
  36. Vətən üçün, xalq üçün və gələcək üçün...
  37. Onun rəngli dünyası... (FOTO)
  38. Ölümün ağ rəngi... (Fotolar)
  39. “Artıq gecdir” deməmək üçün...
  40. Azərbaycan qadını-Müqəddəs və zəhmətkeş ömür sahibi…
  41. Görüşə polislər gəlmişdilər...
  42. Polislər bu nəcib işdə birincidirlər
  43. Haqqı görə bilmək xoşbəxtliyi...
  44. Bəxtiyar olmaq...
  45. Əbədiyaşar…
  46. Etibar edənlər peşman olmur…
  47. Bir həsrət yazısı…
  48. Tələsin insanlar...
  49. Azadlıq rəngli Bayrağım!
  50. Sabahı bu gün düşünək...
  51. Çətin qazanılan şirin nemət-Azadlıq…
  52. Sabitlik adlı sərvətimiz…
  53. Bu, müəllim ömrüdür: cəfakeş, qayğıkeş və əzabkeş bir ömür...
  54. 90 yaşın işığında… - FOTO
  55. İtirdiklərimiz…
  56. Təhlükəsizliyimizi qoruyurlar-yerin altında da… - Fotolar
  57. Dağ İlməzli məktəbinin məzunları və müəllimləri
  58. Çörək satıb, çörək qazanan qadın...
  59. AĞLAMA
  60. Qəhrəman şəhər və AZADLIĞA gedən yol...
  61. 20 yanvar-Vətən tarixi...
  62. Zəlimxan Yaqub həyatdan köçdü dedilər...
  63. Həmrəyliyə gedən yollar
  64. “Yox deməyi bacaraq”!!!
  65. On iki il, bir ömürlük həsrətdi hey....
  66. Vətən üçün...
  67. Mirzə Fətəlinin uzaqgörənliyi və ya dərviş Parisi partlatdı
  68. “Küçə uşaqları”nın gələcəyi...
  69. Çəkdim ki, izim qala...
  70. Kim haqlıdır? və ya “görünən dağa nə bələdçi”...
  71. Gələcəyimizin sağlamlığı üçün...
  72. “Sevdiyin və seçdiyin peşədə uğur qazanmaq da Vətənə xidmətdir”…
  73. “Söz”dən sonra….
  74. Vətən daşı olmaq üçün... Foto
  75. Ölüm ömrün sonu deyil… Foto
  76. Sədaqətindən, cəsarətindən, qeyrətindən Sən güc aldın, Azərbaycan Polisi!
  77. Xalq, dövlət və bayraq üçün… Foto
  78. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  79. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  80. Sən yanmasan, mən yanmasam...
  81. Məşhur Azərbaycan polisi ilə bağlı daha ətraflı… Foto
  82. Sahibsiz köçün hekayəsi...
  83. Rahatllıq da bir xoşbəxtlikdir...
  84. “Kapitan Kataniya” və ya “Qara rus polkovniki”... Fotolar - Xüsusi olaraq Strategiya.az üçün
  85. Gələcək üçün, gənclik üçün...
  86. Andına sadiq Azərbaycan Polisi…
  87. Vətən unudulmur, Vətən unutmur… Foto
  88. Ümidləri doğrultmaq üçün...
  89. İyirmi beş il, iyirmi beş qərənfil...
  90. Bir “həmkarıma...
  91. Bayram günlərində də...
  92. Bu, elə bir bəladır ki...
  93. “Uğur olsun”, deyirik…
  94. Azərbaycan deyiləndə ayağa dur ki...
  95. Hər atılan daşa...
  96. O, həmişə bizimlədir
  97. Bir oğul var... - Fotolar
  98. Qayğı da var, nəzarət də
  99. Görüşməyək, qorxuram...
  100. Dərdin adı Xocalı...
  101. Eşitdikləri xəbərdən, gördükləri mənzərələrdən qan iyisi gəlir az qala
  102. Bayrağımızı ucaldanlar... -Fotolar
  103. Rənglər danışır, biz isə susuruq...
  104. Vətəndaş kömək umur, kömək görür...
  105. Arzu dolu ömür yolu... - Foto
  106. Kaş, yuxum çin olaydı...
  107. Belə bir oğul vardı... - Fotolar
  108. Belə “qəhrəmanlıq” olmur...
  109. Ağ qadın
  110. Peşəkarlıq, məsuliyyət və nizam-intizam uğurların açarıdır
  111. Yollara
  112. Azərbaycan Polisi-illərdən və nəsillərdən yadigar...
  113. Həsrətinə bir film çəkmək istəyirəm...
  114. Bir gözəl gəzirəm məni öldürə
  115. Ürək
  116. Bir məktub, bir ailənin sevinci...
  117. 23 ay-23 il...
  118. Qayıtma
  119. Qocalar
  120. Həsrət
  121. Məktub
  122. Bir ömrün yuxusu
  123. Ayrılıq ölüm deyil...
  124. Ehtiyac ölümdən qorxuludur...
  125. Atamın 55 yaşı...
  126. Vətənin dərdini sevənlər çəkir... - Fotolar
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-06-2018
19-06-2018
19.06.2018 Neft ucuzlaşıb
19.06.2018 Astarada faciə
18-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6917 san