12:59 06 Yanvar 2018
646 dəfə oxunub
Çap versiyası
...

Fevralın 6-da Heydər Əliyev Sarayında Muğam Televiziya müsabiqəsinin qaliblərinin konserti keçiriləcək.

Saraydan  verilən məlumata görə, konsertdə 2005-2017–ci illər Muğam Televiziya müsabiqəsinin qalibləri və laureatları Təyyar Bayramov, İlkin Əhmədov, Babək Niftəliyev, Ehtiram Hüseynov, Abgül Mirzəliyev, Rəvanə Qurbanova, Səbinə Ərəbli, Mirələm Mirələmov, Nigar Şabanova, Məmməd Nəcəfov, Kamilə Nəbiyeva, Sərxan Bünyadzadə, Xətai Hacıyev, Zümrüd Məmmədova, Ramiq Bayramov, Gülnar Qüdrətli, Babək Quliyev, Nisbət Sədrayeva, Məhəbbət Səfərov, Sədəf Budaqova, Almaxanım Əhmədli, Pərviz Qasımov, Rəvanə Əmiraslanlı, Səma Sultanova, Valid Abdullayev və Nurlan Namazov iştirak edəcəklər.

Musiqili gecədə xanəndələri Əməkdar Artist Sahib Paşazadənin rəhbərliyi ilə “Muğam” instrumental ansamblı müşayiət edəcək.

Konsertdə iştirak etmək istəyənlər biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından, “ASAN xidmət” və “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərlər.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-06-2018
17-06-2018
16-06-2018
16.06.2018 Neft ucuzlaşdı
15-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9887 san