08:45 10 Yanvar 2018
415 dəfə oxunub
Çap versiyası
...

 

 

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edən Xırdalan şəhər sakini olan bir qadın mobil telefonunun oğurlandığını bildirib.

Daxili İşlər Nazirlıiyindən  daxil olan məlumata görə, araşdırmalarla qadının “Samsung Galaxy S6” markalı telefonunun metronun “Elmlər Akademiyası” stansiyasında qatara minərkən gödəkçəsinin cibindən oğurlanması məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən oğurluğun 3 nəfər tərəfindən törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə şübhəli bilinən şəxslər saxlanılıblar.

Araşdırmalarla onların Elnur Hüseynov, əvvəllər məhkum olunmuşlar Emil Məmmədov və Əli Həsənov olduqları məlum olub. Saxlanılanlar bu əməli narkotikin təsiri altında etdiklərini və oğurladıqları həmin telefonu satdıqlarını etiraf ediblər.

Davam etdirilən əməliyyat tədbirləri ilə onların narkotik vasitəni əldə etdikləri mənbə də qısa zamanda müəyyən edilib və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Zaur Əzizov da Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Baxış zamanı onun üzərindən 10 bükümdə narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Onların digər cinayətlərdə iştirakının olub-olmaması da araşdırılır.

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Bakıda faciə
16:11 22.01/2018
 
Xəbər başlıqları
23-01-2018
22-01-2018
22.01.2018 Bakıda faciə
22.01.2018 Neft bahalaşıb
21-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6987 san