13:00 13 Yanvar 2018
113 dəfə oxunub
Çap versiyası
...

Yanvarın 12-də saat 12.38-də Fövqəladə Hallar Nazirliyinin “112” Xidmətinə zəng edən naməlum şəxs ingilis dilində onlarda bomba olduğunu və terror hadisəsinin baş verəcəyini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, məlumat nazirliyin “102” Xidmətinə ötürülüb.

Dərhal əlaqədar orqanların əməkdaşları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilib və məlumatın yalan olduğu müəyyənləşib.

Bakı Şəhər Baş, Xətai və Abşeron Rayon Polis idarələri əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verən iki nəfər “isti izlər”lə müəyyənləşdirilərək saxlanılıb. Hər iki şəxs paytaxt sakinləridir.

Hazırda araşdırma aparılır.

Vətəndaşların nəzərinə çatdırılır ki, insanlar arasında təşvişə və ajiotaja səbəb olan belə əməllər cinayət məsuliyyəti yaradır və hüquq mühafizə orqanlarına bilərəkdən yalan məlumatlar verən şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Paytaxtda yanğın
09:59 16.01/2018
 
Xəbər başlıqları
16-01-2018
16.01.2018 Paytaxtda yanğın
16.01.2018 Neft bahalaşıb
15-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3815 san