14:21 13 Yanvar 2018
296 dəfə oxunub
Çap versiyası
...

Yeniyetmə boksçular arasında açıq Bakı birinciliyi başa çatıb. Boks Mərkəzində təşkil olunan yarışda 150-dək idmançı gücünü yoxlayıb.

Azərbaycan Boks Federasiyasından  verilən xəbərə görə, 4 gün davam edən yarışın yekununda ən güclülərin adına aydınlıq gəlib. 2002-2003-cü il təvəllüdlü boksçular arasında təşkil olunan birincilikdə komanda hesabında “Rabitə” idman klubunun üzvləri bütün rəqiblərini qabaqlayıblar. İkinci pilləni “Qəbələ”, üçüncü yeri “Neftçi” idman klubu tutub.

Qeyd edək ki, 14 çəki dərəcəsi üzrə keçirilən yarışda paytaxt klubları ilə yanaşı, 8 rayon komandası da qüvvəsini sınayıb.

Müxtəlif çəki dərəcələrində yarışın qalibləri Nihad Ağakişiyev (44 kq), Ruslan Qədirov (46 kq), Əsəd Ağayev (48 kq), Zəlimxan Süleymanov (50 kq), Emil İbrahimov (52 kq), Əzrək Bəbirov (54 kq), Rəşid Həsənov (57 kq), Fərid Qarayev (60 kq), Samir Nəsirov (63 kq), Türkeş Mustafayev (66 kq), Nurlan Qasımov (70 kq), Mehman Quliyev (75 kq), Murad Allahverdiyev (80 kq) və Əhməd Əhmədov (80 kq-dan yuxarı) olublar.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-06-2018
19-06-2018
19.06.2018 Neft ucuzlaşıb
19.06.2018 Astarada faciə
18-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7172 san