17:31 13 Yanvar 2018
112 dəfə oxunub
Çap versiyası
...

Son 10 gün üzrə respublika çaylarında sululuq səviyyəsi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 135-140, Kiçik Qafqazın çaylarında 140-210, Lənkəran-Astara bölgəsi çaylarında 140, Naxçıvan MR çaylarında isə 220 faizini təşkil edib.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, yanvarın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 187 m3/s olmaqla ongünlük normanın 117 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 135 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edib.

 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 70 m3/s olmaqla, ongünlük normanın 104 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 49 m3/s təşkil edərək ongünlük normanın 73 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, yanvarın 12-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Salyan və Araz çayının Novruzlu məntəqəsində 2, Bankədə 6 sm azalma qeydə alınıb, lakin Şirvan məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Surra məntəqəsində suyun səviyyəsi 377 sm (2017-ci il yanvarın 12-də 460 sm), Şirvanda 253 sm (2017-ci il yanvarın 12-də 355 sm), Salyanda 211 sm (2017-ci il yanvarın 12-də 319 sm), Bankədə 199 sm (2017-ci il yanvarın 12-də 243 sm), Araz çayının Novruzlu məntəqəsində isə 108 sm (2017-ci il yanvarın 12-də 185 sm) təşkil edib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Paytaxtda yanğın
09:59 16.01/2018
 
Xəbər başlıqları
16-01-2018
16.01.2018 Paytaxtda yanğın
16.01.2018 Neft bahalaşıb
15-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9665 san