22:12 13 Yanvar 2018
205 dəfə oxunub
Çap versiyası
...

İngiltərə Premyer Liqasının 23-cü turunda “Lester City” klubunu qəbul edən “Çelsi” rəqibin müqavimətini qıra bilməyib.

Öz meydançasında keçirdiyi son 7 oyunu qələbə ilə başa vuran “zadəganlar” mövqe üstünlüyünə malik olsalar da, qonaqların qapısına yol tapa bilməyiblər. Premyer Liqanın son iki çempionunun qarşılaşması 0:0 hesabı ilə başa çatıb.

Qonaq komandanın oyunçusu Ben Chilvell 68-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb. “Lester City” 22 dəqiqə azlıqda oynasa da, qapısını toxunulmaz saxlaya bilib.

Xatırladaq ki, hazırda “Mançester City” 22 oyundan 62 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. “Mançester Yunayted” və “Çelsi” 47 xalla ikinci-üçüncü yerləri bölüşürlər. “Çelsi” öz rəqiblərinə nisbətən bir oyun çox keçirib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-01-2018
16.01.2018 Paytaxtda yanğın
16.01.2018 Neft bahalaşıb
15-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3918 san