22:53 15 Yanvar 2018
226 dəfə oxunub
Çap versiyası
...

 

 

Hindistanın şərqindəki Satiş Dhavan adına kosmodromdan Finlandiya istehsalı olan ilk kommersiya peyki buraxılıb.

Strategiya.az xəbər verir ki, bu barədə Finlandiyanın Yle teleradio şirkəti məlumat yayıb.

Məlumata əsasən, bu, üzərində hələlik işlərin davam etdiyi radiolokasiya peykləri seriyasından ilk peykdir.

Peykin istehsalçısı olan Finlandiyanın “Iceye” şirkətinin maliyyə direktoru Pekki Laurilanın sözlərinə görə, bu il iki peykin buraxılması nəzərdə tutulur. “Biz bundan sonra 10-larla peyk istehsal etməklə kommersiya fəaliyyətimizi genişləndirəcəyik”, - deyə P.Laurila planlarını açıqlayıb.

Kosmik layihə Aalto Universitetinin peyklər üzrə emalatxanasında başlayıb. Yetmiş kiloqramlıq radiolokasiya peyki hava şəraitindən asılı olmayaraq, günün istənilən vaxtında yerə məlumatlar göndərə biləcək. Peykin məlumatları, ilk növbədə, gəmiçilik üçün faydalı olacaq.

Finlandiya ötən ilin aprelindən kosmos ölkəsi olub. Həmin vaxt ABŞ-da “Aalto-2” adlı ilk kiçik fin peyki buraxılıb. Lakin bu, kommersiya layihəsi deyildi. Kosmos sahəsində nailiyyətlər Finlandiya hökumətini gələcəyin layihəsinə diqqəti artırmağa vadar edib. 2018-ci il yanvarın 12-də Prezident Sauli Niyniste ölkə tarixində ilk dəfə kosmos haqqında qanun imzalayıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-02-2018
21-02-2018
21.02.2018 Sabahın havası
21.02.2018 Neftin qiyməti
21.02.2018 Bərdədə yanğın
20-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4706 san