12:04 16 Yanvar 2018
212 dəfə oxunub
Çap versiyası
...

İpoteka kreditləri üzrə zəmanət mexanizminin 2018-ci ilin ilk rübündə tətbiqinə başlanılması nəzərdə tutulur.

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətindən bildiriblər ki, şəxsi yığımları az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka krediti vasitəsilə yaşayış sahəsi almağa şəraitin yaradılmasının təmini məqsədilə zəmanət mexanizminin tətbiqi ilə bağlı işlər yekunlaşıb. Fond ilə Dünya Bankı arasında imzalanmış birgə əməkdaşlığa dair saziş çərçivəsində qabaqcıl beynəlxalq təcrübə araşdırılıb, Dünya Bankının mütəxəssislərinin iştirakı ilə zəmanətlərin verilməsi üzrə müvafiq qaydaların layihəsi hazırlanıb, eləcə də risklərin idarə edilməsi üzrə baza modeli və müvafiq mexanizm formalaşdırılıb.

İpoteka kreditləri üzrə zəmanət mexanizminin 2018-ci ilin ilk rübündə tətbiqinə başlanılması nəzərdə tutulur. Zəmanət mexanizminin tətbiqi ipoteka kreditlərinin verilməsi prosesinin sürətləndirilməsi və sadələşdirilməsinə, habelə maliyyə risklərinin optimal idarə olunmasına zəmin yaradacaq.

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Qızıl ucuzlaşdı
10:09 23.02/2018
Neft ucuzlaşıb
09:25 23.02/2018
 
Xəbər başlıqları
23-02-2018
23.02.2018 Qızıl ucuzlaşdı
23.02.2018 Neft ucuzlaşıb
22-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4332 san