12:59 16 Yanvar 2018
1323 dəfə oxunub
Çap versiyası
Vüqar Seyidov
Tarix üzrə fəlsəfə doktoru

Avropa Komissiyası Polşa barəsində cərimə prosedurunu müzakirə edir. Rumıniyada on minlərlə nümayişçi hüquqi dövlət prinsiplərinin saxtalaşdırılmasına qarşı etiraz edir. İstər Budapeşt olsun, istərsə Buxarest və ya Varşava – hər üçündə ümumi cəhət ondan ibarətdir ki, bu dövlətlərin hökumətləri məhkəmə təsisatları üzərində nəzarət etməyə və hakimiyyət bölgüsü prinsipini pozmağa cəhd göstərirlər.

Avropa Komissiyasının fikrincə, “dəmir pərdə” götürüləndən təxminən 30 il sonra Şərqi Avropa ölkələrində demokratiya prinsipləri “təhlükə qarşısındadır”.

“Alman dalğası” yazır ki, Polşa, Macarıstan və Rumıniya hökumətləri tərəfindən bu ölkələrdə məhkəmə hakimiyyətinə birbaşa nəzarət etmək cəhdləri qismən uğurlu olub, lakin məhkəmə təsisatlarının müstəqilliyinin pozulması hakimiyyət bölgüsü prinsipini və dövlətdə qüvvələrin tarazlığını təhlükə altına alır.

Rumıniyada hakimiyyət orqanları korrupsiya ilə bağlı işlərin təhqiqatının qarşısını almaq imkanı əldə etmək üçün prokurorluğun səlahiyyətlərini məhdudlaşdırmağa çalışırlar. Polşada məhkəmə islahatı ədliyyə nazirliyinə öz mülahizəsinə əsasən məhkəmələrin sədrlərini vəzifəyə təyin etmək və vəzifədən azad etmək səlahiyyəti verilməsini nəzərdə tutur. Macarıstanda 2011-ci ildə yeni Konstitusiya qəbul ediləndən sonra Konstitusiya Məhkəməsinin səlahiyyətləri xeyli məhdudlaşdırılıb, hakimlərin və prokurorların pensiya yaşının azaldılması isə “namünasib” dövlət qulluqçularından yaxa qurtarmağa imkan verib.

Şərqi və Cənub-Şərqi Avropa ölkələrində qaçqınlarla bərabər milli azlıqların nümayəndələrinin də vəziyyəti gərginləşib. Macarıstan hökuməti mütəmadi olaraq piar-aksiyalar keçirir, miqrant müsəlmanların zərəri barədə təbliğat apararaq ksenofob və islamafob ifadələrin köməyi ilə öz reytinqini artırmağa çalışır.

Ən iri etnik azlıq olan qaraçılar regionun bütün dövlətlərində ayrı-seçkiliyə məruz qalırlar. Keçmiş Yuqoslaviyada müharibənin nəticələrini ən çox hiss edən bu dövlət parçalanandan sonra onun yerində yaranmış ölkələrdəki etnik azlıqların nümayəndələri olub. Xorvatiyada və Kosovodakı serblər kimi, Serbiyadakı albanlar və bosniyalı müsəlmanlar da özlərinə qarşı düşmənçilik münasibəti ilə üzləşirlər. Macarıstan başqa ölkələrdə yaşayan həmvətənlərinin mənafelərini həddən artıq müdafiə etdiyinə görə Rumıniya və Slovakiya ilə daim münaqişə vəziyyətindədir.

Almaniyalı ekspert Martin Xok öz bloqunda yazır: “Bütün Avropa ölkələrində yüksəliş hiss edən populist partiyalar getdikcə tez-tez hökumətə daxil olurlar - yaxın vaxtlarda Avstriyada olduğu kimi. Lakin Şərqi Avropa bloku ölkələrinin əsas xüsusiyyəti hökumət partiyalarının çox güclü, dövlət institutlarının isə hədsiz zəif olmasıdır. İş yerlərinin və rəhbər vəzifələrin bölgüsü çox vaxt ixtisas səviyyəsindən və təcrübədən deyil, partiya mənsubiyyətindən asılıdır. Demokratik dəyərlərə sadiqlik bəzi dövlət liderləri üçün praktiki olaraq nominal məsələdir: həqiqətdə bu liderlərin bəziləri az qala bolşeviklər kimi hakimiyyəti mütləqləşdirməyə can atırlar”.

Brüssel isə Budapeşt və Varşava tərəfindən Aİ prinsiplərinin daim pozulmasına incidilmiş və qayğılı, lakin işi başdan aşan məktəb müəllimi kimi baxır. O, gah hiddətlənmiş şəkildə xəbərdarlıq edir, gah da cərimə prosedurları tətbiq etməyə başlayır, lakin illərlə davam edən bu prosedurlar çox səmərəsiz olur.

Görünür, Avropada mürəkkəb dövr başlanır və o hələ ümumi yanaşmalar və prinsiplər hazırlamalıdır. Lakin Aİ üzvləri arasında yaranmış fikir ayrılıqlarından göründüyü kimi, bu məsələ heç də asan olmayacaq.


Müəllifin digər yazıları

  1. Səmimi, amma nəticəsiz olmuş görüş
  2. Berlin Ukrayna tranzitinin saxlanılmasında israrlıdır
  3. Almaniyanın yeni hökumətinin prioritetləri nələrdir?
  4. BMT Təhlükəsizlik Şurasının “Afrin çoxgedişlisi”
  5. Deyəsən Avropa dağılır
  6. Almaniya hökuməti Hanoy hakimiyyət orqanlarını kəskin tənqid edib
  7. Almaniyada erməni fırıldaqları
  8. Avropa İnsan Haqları Məhkəməsi erməni mif yaradıcılığı barədə növbəti qərar çıxarıb
  9. Almaniyada hansı hərəkətləri etmək olmaz?
  10. Ermənistan nümayəndə heyəti Brüsseldən əliboş qayıdıb
  11. AFR Prezidenti Moskvaya səfər edəcək
  12. Hazırda Almaniya iqtisadiyyatı nə vəziyyətdədir?
  13. Tehran, Moskva və Ankara İdlibdə təhlükəsizliyə dair mövqelərini tutuşdururlar
  14. Almaniyada erməni kredit mafiyası ifşa edilib
  15. Almaniyada qaçqınlar işləyən müəssisələrin sayı üçqat artıb
  16. Dünya güclü kiberhücuma məruz qalıb
  17. Almaniyanın ən kiçik seçki məntəqəsi - xalliq Gröde
  18. Almaniyalı ekspertlər Angela Merkelin Soçiyə səfərinə münasibət bildirirlər
  19. Ksenofob zabitin suriyalı qaçqın adı altında terror aktı hazırlaması ehtimal edilir
  20. Berlin İsraillə diplomatik qalmaqala səbəb olub
  21. “Avropanın nəbzi” həftənin bazar günlərində Almaniya küçələrində hökmranlıq edir
  22. Alman mətbuatında Xocalı soyqırımı ilə bağlı müxtəlif məqalələr dərc edilib
  23. Almaniyada prezidenti necə seçirlər?
  24. Donald Trampın himayəçiliyi Almaniya biznesini narahat edir
  25. Konyakdan narkotiklərədək və ya ermənilərin rüsvayçılıq girdabından çıxmaq üçün konvulsiv cəhdləri
  26. Angela Merkel Avropa İttifaqını “Brexit”dən sonra birliyə çağırıb
  27. “Eurasia News” portalı Azərbaycan əsgərinin cəsədinin ermənilər tərəfindən təhqir olunmasından yazır
  28. Potensial terrorçular güclü müşahidə altındadırlar
  29. Berlindəki hadisə terror aktıdırmı?
  30. AFR DİN: Almaniya terrorçuların hədəfindədir
  31. Drezden sarayında ən məxfi illik forum keçirilir
  32. Oxfam: dünyada sosial təbəqələşmə kəskinləşir
  33. Soyqırımı kim-kimə qarşı törətmişdir? 1914-1922-ci illərdə qətlə yetirilmiş dinc ermənilərin və müsəlmanların sayı məsələsinə dair
Şərh yaz




Enter Code*:

Son xəbərlər
Göyçayda müəmma - VİDEO
19:05 21.05/2018
 
Xəbər başlıqları
22-05-2018
22.05.2018 La Liqada yeni klub
22.05.2018 Neftin qiyməti

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.7834 san